24 Aprel 2026 08:40
179
Mədəniyyət
A- A+
Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır


Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, həm də zəngin mədəniyyət ocağıdır. Ölkəmizin ərazisindəki qayaüstü təsvirlər, memarlıq inciləri və arxeoloji tapıntılar bu torpaqlarda formalaşmış qədim ictimai-mədəni mühitin dərin köklərini əyani şəkildə nümayiş etdirir. 

Ermənistanın işğalı dövründə Qarabağ və ətraf rayonlarımız hərbi təcavüzlə yanaşı, həm də mədəni irsimizin soyqırımı ilə üzləşib. Torpaqlarımızın işğalı nəticəsində Azərbaycanın mədəni mühiti vandallığa məruz qalıb, yüzlərlə tarixi abidə, muzey, minlərlə sənət nümunəsi vandalizmin qurbanı olub.

Ermənistan tərəfindən həyata keçirilən işğal siyasəti, sadəcə, torpaqlarımızı zəbt etmək deyil, həm də azərbaycanlıların bu yerlərdəki izlərini tamamilə silmək məqsədi daşıyıb. Şuşadan Ağdama, Kəlbəcərdən Füzuliyə qədər bütün qədim şəhərlərimizdə məscidlər, muzeylər, türbələr və kitabxanalar vəhşicəsinə dağıdılıb. Tarixi abidələrin təhqir olunması və mənimsənilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, bəşəri dəyərlərə qarşı törədilmiş bir cinayətdir. Törədilmiş dağıntıların miqyası Ermənistanın həm hüquqi, həm də mənəvi məsuliyyətini önə çıxarır.

İşğal nəticəsində 700-dən çox tarixi abidə, 22 muzey və 4 rəsm qalereyası məhv edilib, o cümlədən 100 min muzey eksponatı talan olunub. 927 kitabxanada saxlanılan 4,6 milyon kitab və əlyazma yandırılıb. 58 arxeoloji yaşayış yeri, 26 qala və qala divarı, 144 məbəd və 65 məscid dağıdılıb. Bütün bu faktlar sistemli şəkildə həyata keçirilən vandalizmin təsdiqidir.

Şuşanın işğalı dövründə şəhərin 170-dən çox tarixi yaşayış binası və 160-a yaxın abidəsi  dağıdılıb və ya talan edilib. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunda qorunan Daş dövrünə aid mağaralardan tutmuş XVIII əsrə məxsus Pənahəli xan və İbrahimxəlil xan sarayları, "Gəncə qapısı", XVIII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri, karvansaralar Ermənistanın soyqırımı siyasətinin qurbanı olub. Şuşa Tarix Muzeyinin 5 minə yaxın eksponatı, Azərbaycan Xalça Muzeyinin Şuşa filialının fondları, Üzeyir bəy Hacıbəylinin 300-dən çox şəxsi əşyası, Bülbülün 400-ə yaxın eksponatı, Mir Möhsün Nəvvabın xatirə muzeyinin materialları qarət edilib. Həmin dahi şəxsiyyətlərin ev muzeylərinin viran qoyulması təcavüzün birbaşa Azərbaycanın tarixi yaddaşına və irsinə qarşı yönəldiyini sübut edir.

Bundan başqa, ən qədim insan məskənlərindən sayılan Azıx və Tağlar mağaraları belə hərbi məqsədlərlə istifadə edilərək dağıdılıb. Qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr məhv edilib. Məzar daşlarının üzərindəki yazılar silinib. Qafqaz Albaniyasına aid xristian abidələri erməni kilsəsi kimi təqdim olunub. Tatev, Noravank və Sevanavank kimi monastır kompleksləri üzərində aparılan dəyişikliklər onların mənşəyinin saxtalaşdırılmasına səbəb olub.

Ağdam şəhərində yerləşən Pənahəli xanın imarəti və Cümə məscidi də dağıntıya məruz qalıb. Məscidin uzun müddət baxımsız qalması və heyvandarlıq məqsədilə istifadə edilməsi faktı beynəlxalq mediada da əks olunub. Bu, dini irsə qarşı açıq hörmətsizlik kimi qiymətləndirilir. Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd sarayları, digər məscid və ziyarətgahlar da eyni aqibəti yaşayıb. İşğal dövründə muzeylər də talan edilib. Ağdam, Qubadlı və Zəngilan tarix-diyarşünaslıq muzeylərinin minlərlə eksponatı Ermənistana daşınıb. Ağdam Çörək Muzeyi tamamilə məhv edilib. Kəlbəcər muzeyinin 13 min, Laçın muzeyinin isə 5 mindən çox nadir əşyası talan olunub. Bütün bunlar mədəni irsə qarşı vandalizm deyil, bəs nədir? 

Qeyd edək ki, məsələ, sadəcə, Qarabağla da məhdudlaşmırdı. Bugünkü Ermənistan ərazisində də Azərbaycan irsi sistemli şəkildə məhv edilib. İrəvan şəhərində vaxtilə mövcud olmuş onlarla məscid, karvansara və memarlıq abidəsi artıq yoxdur. Abbas Mirzə məscidi, Zal xan məscidi, İrəvan qalası və Xan sarayı dağıdılıb. Şəhərin tarixi siması məqsədli şəkildə dəyişdirilib. Bu proses XX əsrin ortalarına qədər davam edib. Eyni zamanda bəzi abidələrin kimliyi dəyişdirilib. Göy məscid bu gün "fars məscidi" kimi təqdim olunur. Halbuki tarixi faktlar onun Azərbaycan irsi olduğunu göstərir. Bu, mədəni mənimsəmə siyasətinin açıq nümunəsidir.

Göyçə, Zəngəzur, Dərələyəz və digər bölgələrdə də oxşar hallar yaşanıb. Qəbiristanlıqlar dağıdılıb, məscidlər baxımsız vəziyyətə salınıb. 

Tarixi proseslərə nəzər saldıqda, bu siyasətin mərhələli şəkildə həyata keçirildiyi aydın olur. Birinci mərhələ XIX əsrdə ermənilərin regiona köçürülməsi ilə başladı. İkinci mərhələ 1918-1920-ci illərdə Daşnak Ermənistanı dövründə davam etdi. Üçüncü mərhələ sovet dövrünü əhatə etdi. Bu dövrdə abidələr baxımsızlıq nəticəsində məhv edildi və toponimlər dəyişdirildi. Dördüncü mərhələ isə 1991-ci ildən sonra davam etdi və açıq şəkildə dövlət siyasətinə çevrildi. Beynəlxalq hüquq baxımından bu əməllər ciddi qanunsuzluqdur. 1954-cü il Haaqa Konvensiyası, 1972-ci il UNESCO Konvensiyası və digər sənədlər açıq şəkildə pozulub. Bu isə qlobal mədəni irsə qarşı cinayətdir.

Ekspertlər hesab edirlər ki, bu faktların beynəlxalq səviyyədə sənədləşdirilməsi vacibdir. Sübutlar toplanmalı, rəqəmsal arxivlər yaradılmalıdır. Peyk görüntüləri və ekspert rəyləri ilə faktlar təsdiqlənməlidir. UNESCO və digər təşkilatların monitorinq missiyaları təşkil olunmalıdır. Eyni zamanda beynəlxalq məhkəmələrdə iddialar irəli sürülməlidir. Kompensasiya məsələsi prinsipial şəkildə qaldırılmalıdır. Çünki bu, mənəvi zərərlə yanaşı, həm də maddi zərərdir. İnformasiya müstəvisində də fəaliyyət genişləndirilməlidir. Beynəlxalq mediada kampaniyalar aparılmalıdır. Sənədli filmlər, sərgilər və akademik nəşrlər hazırlanmalıdır. Xarici universitetlərdə tədqiqatlar təbliğ olunmalıdır.

Bütün bu kompleks təhlillər sübut edir ki, işğal dövründəki dağıntılar Azərbaycanın izlərini silməyə yönəlmiş sistemli bir siyasətdir. Bu fəaliyyət beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, həm də regionun gələcək sabitliyinə vurulmuş ağır zərbədir. 

Bu gün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri tarixi ədalətin təntənəsidir. Lakin işğala son qoyulması Ermənistanı 30 il ərzində mədəni irsimizə qarşı törətdiyi cinayətlərinə görə məsuliyyətdən azad etmir. Azərbaycan xalqının mədəni və tarixi yaddaşına qəsd edən Ermənistan həm beynəlxalq hüquq müstəvisində, həm də bəşəri vicdan qarşısında cavabdehlik daşıyır.


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto), 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!