11 Mart 2026 09:05
796
İQTİSADİYYAT
A- A+
Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır


Tovuzlu fermerlər hava şəraitinin əlverişli keçməsindən istifadə edərək builki əkinə vaxtından əvvəl başlamışlar. Rayonun aran ərazisində hazırda əkin işləri sürətlə davam edir. Dağlıq ərazilərdə isə əkin prosesinə havalar bir qədər mülayimləşdikdən sonra başlanacaq.   

Fermerlərin dediklərinə görə, əkin zamanı əsasən yerli sortlara üstünlük verirlər. "Telman", "Əmiri", "Vaqif", "Çənlibel", "Uğur", "Turan" belə sortlardır. Paralel olaraq xarici - "Orkestra", "Arizona", "Anna Karaleva", "Silvanna", "Ariya" da əkinçilərin istifadə etdikləri sortlar  sırasındadır.

Keçən il olduğu kimi, bu il də "Tovuz Aqrokompleks", "AzərAqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-lər kartof əkinində fərqlənirlər. Bu təsərrüfatların hər biri 94 hektarda kartof əkməyi planlaşdırmışdır. Bundan başqa, fiziki şəxslər  Ədalət Məhərrəmov 70, Mehman İsgəndərov 23, Sakit Hüseynov 21, Nazilə İmamverdiyeva 14,7 hektarda əkin aparırlar. Yeri gəlmişkən xatırladaq ki, keçən il 4492 hektarda kartof əkən tovuzlular hər hektardan 304,5 sentner olmaqla  ümumilikdə 136803 ton məhsul götürmüşlər. Bu rəqəmi yeniləmək üçün rayon fermerləri cari ildə əkin sahələrini bir qədər də genişləndirməyi məqsəd qoymuşlar. Qərara almışlar ki, 5000 hektardan çox sahədə kartof əksinlər. İndiyədək 900 hektar sahədə kartof əkini başa çatdırılmışdır.

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov söhbət zamanı dedi ki, ötən illərdən fərqli olaraq, builki əkinlərin 90 faizi texnikanın köməyi ilə aparılır: "Kartofsəpən texnikanın təxminən 100 nəfərin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirməsini nəzərə alsaq, bunun nə qədər sərfəli olduğunu yəqin etmək çətin deyil. Texnika hesabına əl əməyinin azalması məhsulun maya dəyərini də aşağı salır. Bundan başqa, texnika ilə becərilən sahələrdə məhsuldarlıq da yüksək olur. Odur ki, rayonumuzda fəaliyyət göstərən təsərrüfatlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnika ilə həyata keçirməyə üstülük verirlər".

Rayonda ən çox kartof əkilən kəndlərdən biri Əyyubludur. Kənddə 3 mindən çox təsərrüfat var və əhalinin əksəriyyəti kartofçuluqla məşğuldur. Burada 2 min hektar əkin sahəsinin 1000 hektarında kartof əkilir. İstehsal olunan kartofun bir hissəsi satılır, bir hissəsi isə sonradan daha sərfəli qiymətə satmaq üçün kənddəki soyuducu anbarda saxlanılır.  

Əyyubluda kartof istehsalında fərqlənən təcrübəli fermerlərdən biri Fərrux Qurbanovdur. O, hər il yetişdirdiyi kartofun satışından götürdüyü qazancla dolanışığını artıqlaması ilə təmin edir. Fermer keçən il də sahələrdən bol məhsul götürmüşdür. Hər hektardan 250 sentner məhsul götürməklə xeyli qazanc əldə etmişdir. 

Məhəmməd Əliyev də hər il bol məhsul yetişdirir. Onun 1 hektar pay torpağı, 2 hektar icarəyə götürdüyü torpaq sahəsi var. Hər il bu torpaqlardan 80 tona yaxın məhsul toplayır. Cari mövsüm əkin sahəsini bir qədər də genişləndirərək 6 hektarda kartof əkini aparır. Fermer əmindir ki, bu il də qazancı yüksək olacaq. Çünki bazarda yerli məhsulun alıcısı başının üstündədir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!