14 Aprel 2026 08:00
209
SİYASƏT
A- A+
ÖZ XALQININ DÜŞMƏNİNƏ VƏ QATİLİNƏ ÇEVRİLƏNLƏR

ÖZ XALQININ DÜŞMƏNİNƏ VƏ QATİLİNƏ ÇEVRİLƏNLƏR


Qarabağ münaqişəsinin təməli hələ 1724-cü ildə Rusiya çarı I Pyotr tərəfindən qoyulub.

Çar fərmanı ilə ermənilərin Azərbaycanın Xəzər dənizi  sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürvan ərazilərində məskunlaşdırılmasına başlanılıb.

1828-ci ildə imzalanmış "Türkmənçay" sülh müqaviləsinə əsasən, 40 min erməni Azərbaycanın  müxtəlif ərazilərində məskunlaşdırılıb.

I Dünya müharibəsi illərində Türkiyəyə xəyanət edən ermənilərin 250 mindən çoxu regionumuza köçürülüb.

Çar Rusiyasının bütün irsindən imtina edən sovet hakimiyyəti nədənsə onun  Ermənistanla bağlı siyasətini həvəslə davam etdirdi.

7 iyul 1923-cü ildə DQMV yaradıldı.

Daha sonra SSRİ hökumətinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları ilə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından zorakılıqla köçürülərək həmin ərazilər ermənilərə bağışlandı.

Bu köçürülmələrdə iki əsas məqsəd  güdülürdü:

Birincisi, ərazisiz ermənilərə forpost ərazi yaradaraq orada Türkiyəyə qarşı hərbi bazalar  yerləşdirmək;

İkincisi, türk dövlətlərini bir-birindən ayrı salaraq onların quru yolla əlaqələrini kəsmək.

SSRİ öz varlığı dövründə bu "vəzifə"ni sonadək yerinə yetirdi.

Qırmızı imperiya laxlayaraq parçalanmağa başlayanda isə köhnə niyyəti davam etdirmək üçün Qarabağ münaqişəsi yenidən qızışdırılaraq separatizmə rəvac verildi.

Ermənistanı pulsuz silah-sursatla təmin edən və hərbi əməliyyatlar zamanı ona dəstək verən Rusiya torpaqlarımızın 20 faizinin işğalına və ərazimizdə  "DQR" adlı qondarma qurumun  yaradılmasına nail  oldu.

Adətən hər bir mənfur istəyi və işğal niyyətini həyata keçirməkdən ötrü irəlicədən müəyyən yalanlar və əfsanələr uydurulur.

Haylar isə belə yalanların ustası sayılırlar.

Qaraçılar kimi dünyanın hər tərəfinə səpələnən və heç zaman öz dövlətləri olmayan ermənilər Cənubi Qafqazda hələ qədimlərdən yaşadıqları və bu torpaqların onlara məxsusluğu barədə  miflər yaratmağa, tarixi və dini  "abidələr"lə bunu isbata yetirməyə  girişdilər.

1988-ci ildən etibarən dünya erməniliyi və xristian dövlətləri tərəfindən müxtəlif üsul və vasitələrlə müdafiə olunan haylar "Miatsum" hərəkatına başlayaraq Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən ötrü ciddi  addımlar atmağa başladılar.

***

Hər bir xalqın seçilmiş insanları - ziyalıları, siyasətçiləri, ideoloqları, dövlət adamları olur və onlar ölkəni inkişaf etdirmək, doğru yolla aparmaq, xalqı daha yaxşı yaşatmaq üçün kütlənin önünə düşürlər.

Xoşbəxt o xalqdır ki, görkəmli şəxsiyyətləri, uzaqgörən rəhbərləri və liderləri olur!

Vay o günə ki, millətin qabağına düşənlər yanlış  ideya və ideologiyaya xidmət göstərələr, insanları milli qarşıdurmaya, düşmənçiliyə kökləyələr.

Özünün uydurduğu müxtəlif əfsanələrin əsirinə çevrilən, daim "əlaltı millət" statusu daşıyan ermənilərin liderləri hər zaman xalqı yox, şəxsi rifah və karyeralarını düşünüblər, öz millətlərini  yanlış, səhv yollara istiqamətləndiriblər.

Ağılsızlıqları üzündən başlarına gələn fəlakətləri isə  "soyqırımı" adı ilə təqdim edərək,  dünyanın  diqqətini özlərinə çəkməyə,  bundan da bəhrələnməyə çalışıblar.

Halbuki  özləri dəfələrlə soyqırımları törətmişlər, başqa xalqlara düşməncəsinə yanaşaraq müstəqil dövlətə çevrilmək imkanı yarananda müstəqilliyi yox, monoetnik respublika yaratmağı üstün tutmuşlar.

Daim murdar əməllərinə haqq qazandırmağa çalışmış,  ikili standartlar dünyasının yaratdığı imkanlardan bəhrələnməklə qonşu dövlətlərlə ədavət və düşmənçilik yolu tutmuş, ərazi iddiaları irəli sürmüşlər.

Bir ağıllı ziyalısı meydana çıxaraq onları səhv yoldan döndərmək istədikdə isə onu da milli düşmənə, hücum və qınaq obyektinə çevirmişlər.

***

Qırmızı imperiyanın parçalanması prosesi başlayanda Azərbaycan itirilmiş müstəqilliyini bərpa etmək, müstəqil dövlət kimi yaşamaq niyyətini açıq şəkildə ortaya qoydu.

Zəngin neft-qaz ehtiyatları,  yeraltı və yerüstü sərvətləri olan  Azərbaycanın  bu niyyəti bəzilərini,  xüsusən Rusiyanı qane etmədi.

Ölkəni itaət boyunduruğunda saxlamaq, əvvəllərdə olduğu kimi, onun təbii sərvətlərinə  ağalıq etməkdən ötrü mənfur planlar quraraq onun icrasına başladılar.

İlk növbədə sınaqdan "uğurla"  keçirdikləri  "Qarabağ problemi"  adlı münaqişəni yenidən qızışdırdılar.

SSRİ  rəhbərliyinin  "xeyir-duası"  ilə başlayan separatçı hərəkatın məqsədi  Ermənistanı Azərbaycandan  torpaq qoparmaq adı ilə  şirnikləndirmək,  bölgədə münaqişə və müharibə ocağı yaradaraq onu daim "qaynar" vəziyyətdə saxlamaq və bu yolla Cənubi Qafqazda mövcudluğunu qorumaqla hər iki dövlətə təsir imkanına malik olmaq idi.

Əlaltı millət olan haylar belə oyunlara hər zaman  hazır olublar.

Odur ki,  1988-ci ilin əvvəllərindən etibarən  ermənilər açıq fəaliyyətə keçdilər.

Əvvəlcə, keçmiş DQMV-nin  iqtisadi cəhətdən digər regionlardan geri qaldığını bəyan edərək  narazılıqlara başladılar.

Moskva  SSRİ-nin digər yerlərində baş verən analoji vəziyyətdə etdiyini DQMV-də etmədi.

Onları yumruqla  susdurmadı...

Əksinə,  başlarını sığalladı.

Muxtar vilayətdə "sosial-iqtisadi vəziyyəti  yaxşılaşdırmaqdan ötrü"  Sov. İKP MK və SSRİ Nazirlər Soveti xüsusi qərar qəbul etdi.

Bu qərar erməniləri daha da  qudurtdu.

Onlar küçələrə axışaraq  mitinq və tətillər keçirməyə,  "miatsum"  bağırmağa başladılar.

Yenə separatçılara qarşı fərqli,  yumşaq münasibət  sərgiləndi.

Əl altınca ermənilərin  silahlandırılmasına,  "fədainlər"  dəstəsinin  (başqa sözlə, terrorçu qruplarının)  yaradılmasına başlanıldı.

Paralel olaraq  Azərbaycan tərəfi  silahsızlaşdırılır,  əhalidəki ov tüfəngləri belə  yığılırdı.

Hərtərəfli müdafiə olunduqlarından ruhlanan və  cəzasızlıq şəraitindən  istifadə edən ermənilər  Azərbaycan kəndlərinə hücumlar edir,  yerli əhalinin əmlakını yağmalayır,  özlərini isə  qorxudaraq ərazidən çıxarmağa çalışırdılar.

Get-gedə terror-təxribat əməlləri hərbi əməliyyatlar fazasına keçirdi.

Erməni liderləri isə  münaqişəni daha da qızışdırır,  Azərbaycan ərazilərini  qəsb edərək  "Böyük Ermənistan"  yaratmaq niyyətilə  öz xalqlarını yanlış  və səhv  hərəkətlərə  yönəldirdilər.

***

"Miatsum"  hərəkatının ən böyük liderlərindən  biri yazıçı-jurnalist  Zori Balayan sayılırdı.

"Literaturnaya  qazeta"nın müxbiri  olduğundan Moskvanın  yüksək  dairələri ilə  sıx əlaqələri vardı.

Amma öz istedadını xalqının inkişafına yox, səhv yola yönəldilməsinə, fəlakətlər girdabına salınmasına  sərf edirdi.

Türk millətinə qarşı nifrətə  səsləyən, onların cəzalandırılmasına,  fiziki cəhətdən məhv edilməsinə çağıran  "Ocaq" adlı bir kitab da yazdı.

Azərbaycan xalqı ilə düşmənçiliyə  çağıran bu kitab dəfələrlə çap edildi,  geniş təbliğ olundu, Zori Balayan ermənilərin milli qəhrəmanı səviyyəsinə yüksəldildi.

***

Zori Balayan uzun  ömür  yaşadı - 92 il.

Amma  şərəfsiz ömür yaşadı.

* Bədii yaradıcılığı   "Ocaq"  kitabı  timsalında Azərbaycan və türk xalqlarına qarşı nifrətin  və düşmənçiliyin təbliğinə xidmət etdi.

* İnsan kimi  qəddarlığı və  qaniçənliyi ilə yadda qaldı - Xocalı soyqırımının təhrikçilərindən və təşkilatçılarından biri oldu.

* Terrorçuluqla məşğul olduğu aşkara çıxdı - 1994-cü ildə  Bakıdakı  20 Yanvar  metrostansiyasında törədilən terror aktının sifarişçisi olduğu sübuta yetirildi.

* Bir cinayətkar kimi  İnterpol tərəfindən axtarışa verildi.

* "Miatsum"  hərəkatının ideoloqlarından  biri sayılırdı.

Bu bədnam  "miatsum"  çağırışı nəticəsində başlanan separatizm hərəkatı  nə Ermənistana fayda gətirdi, nə də Dağlıq Qarabağda yaşayan ermənilərə.

"Mifik Ermənistan" uğrunda  aparılan mənasız mübarizə real Ermənistanı forpost dövlətə çevirdi, əhalisi dilənçi vəziyyətinə düşərək  kütləvi şəkildə ölkəni tərk etdi.

Öz xalqının düşməninə çevrilən  Z.Balayanın  Yerablurun genişlənməsində, separatizmə qurşanan ermənilərin  I və II Qarabağ müharibələrində böyük itkilər verməsində  "xidmət"ləri  çoxdur.

Erməni gənclərinin beynini millətçilik və separatizm zəhəri ilə yoluxduran bu zat uzun ömür yaşadığından əməlinin  bəhrəsindən də doyunca daddı!

"Miatsum"  hərəkatının məhvini,  separatizm ideyasının və qondarma respublikanın  süqutunu  gözləri ilə görmək  "xoşbəxtliy"ini  yaşadı:

44 günlük müharibədə  Ermənistan ordusunun biabırçı məğlubiyyətinin və kapitulyasiya aktına qol çəkdirilməsinin şahidlərindən biri oldu!

HABELƏ:

* 2023-cü ilin  23 aprel və 19-20 sentyabrında  Azərbaycan ordusunun  möhtəşəm əməliyyatlarının,  ərazi bütövlüyümüzün  və  dövlət suverenliyinin bərpasının;

* Qondarma  "DQR"in  darmadağın edilməsinin;

* Ermənistana məxsus  qanunsuz silahlı birləşmələrin və  terrorçu dəstələrin  məhv edilməsinin;

* Separatçıların  Qarabağı kütləvi şəkildə tərk etməsinin;

* "Böyük  Ermənistan"  ideyasının Azərbaycan tərəfindən məhv edilməsinin ağrı-acısını yaşadı,  səpdiyi toxumların zəhər dadan məhsulunu doyunca dərdi!

Sərsəm əməlləri ilə tarixdə erməni xalqına ən böyük  fəlakətlər  gətirən və  itkilər verməsinə səbəb olan  "ideoloqlar"  sırasında yer aldı!

Beləliklə, Ermənistana ən böyük biabırçılıq və itkilər yaşadan ermənilər sırasında  "fəxri" yerə sahib çıxdı!

Uzun ömür sürməsi murdar əməllərinin meyvəsini dərməsinə, sərsəm hərəkətlərinin nəticəsini  göz dolusu görməsinə şərait yaratdı!

***

SSRİ-dən  qopduqdan sonra Ermənistana  üç prezident başçılıq edib.

Adları və zahiri görkəmləri  müxtəlif  olsa da,  mahiyyətləri bir-birindən fərqlənməyib.

Biri Ermənistanda, digər ikisi isə  Azərbaycanın Qarabağ bölgəsində yaşayıb.

Bir-birlərini bəyənməsələr də,  bir-birləri ilə  yola getməsələr də, fəaliyyətləri eyni mahiyyət daşıyıb:

"Miatsum"u  və  separatizmi qızışdırdıqlarına, qonşulara qarşı ərazi iddiaları irəli sürərək düşmən mövqe tutduqlarına  görə  Ermənistanı blokadada saxlamış,  müharibəyə və terrorçuluğa dəstək  nəticəsində isə  minlərlə hayın ölümünə səbəb olmuşlar.

Levon  Ter-Petrosyan  daim özünü  sülhpərvər, ziyalı rəhbər kimi göstərməyə can atıb.

Amma Azərbaycan torpaqlarının bir qismi məhz onun dövründə işğala məruz qalıb.

Sülh danışıqlarında heç zaman razılaşmaya gəlməyib.

İşğalın bünövrəsini qoymaqla, xalqının məğlubiyyətinin və itkilərinin də təməlini  yaradıb.

1993-cü ilin 23 iyulunda  "Yerkrapa"  terror təşkilatının üzvləri ilə görüşəndə  "fəaliyyəti"nin məqsəd və mahiyyətini özü belə açıqlayıb:

"Təsəvvür edin, indi onlar Ermənistandadır. (Qərbi Azərbaycandakı  azərbaycanlılar nəzərdə tutulur - red.)  Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir".

Lakin  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  hərbi şücaəti  sayəsində ermənilərin əlində heç nə qalmadı!

Necə deyərlər, it də getdi, ip də!

Bu gün Qarabağəsilli digər iki  sabiq prezidentin vəziyyəti daha pisdir.

Hər ikisi  komsomol və partiya xətti ilə  inkişaf etmişdi.

Azərbaycan çörəyi ilə böyüyüb vəzifə sahibinə çevrilsələr də, sonradan yedikləri çörəyə xain çıxdılar.

Amma öz xalqlarına da heç bir fayda gətirmədilər.

Həm Qarabağda olanda, həm də  Ermənistana başçılıq edəndə müharibə üçün müxtəlif ünvanlardan ayrılan  pulları mənimsəyərək böyük sərvət topladılar.

Heç zaman da Azərbaycan xalqına nifrətlərini gizlətmədilər.

Faşistsayağı açıqlamaları ilə  "tarix"ə  düşdülər.

Robert  Koçaryan: "Azərbaycanlılar və ermənilər genetik və etnik cəhətdən bir-birinə uyğun gəlmirlər. Ona görə də eyni ərazidə yaşaya bilməzlər". 

Serj  Sarkisyan: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla, sadəcə, zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağı bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı".

"Sirkə nə qədər tünd olsa, öz qabını çatladar", - demişlər.

***

Bu üç  prezident özlərini yekəxana aparır, Qarabağda lovğa-lovğa  gəzir, erməni tarixində adlarının  "yeni torpaqlar fəth etmiş qəhrəmanlar"  kimi qalacağını zənn edirdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin  "dəmir yumruğ"u  bütün bu gümanlara  və lovğalıqlara son qoydu!

İndi hamısının rəngi qapqara qaralaraq boğulmuş, özləri cücə kimi  büzüşmüşlər.

Bu gün Qarabağda  Qarabağın əsl sahibi və xilaskarı  cənab İlham Əliyev qürurla, əli belində gəzir!

Özgə ağzı ilə hürən, ən böyük qələbədən sonra  ən böyük  rüsvayçılıqlarını yaşayan Ter-Petrosyan,  Sarkisyan və Koçaryan  isə hər gün  təzədən ölüb-dirilirlər.

Azərbaycan işğaldan azad etdiyi ərazilərdə, sözün əsl mənasında, xarüqələr yaradır:

* Xarabalıqlar   gülüstana çevrilərək, bir-birindən yaraşıqlı, müasir tipli yaşayış məntəqələri  inşa olunur;

* Yeni yollar çəkilir, dəmir yolları salınır;

* Tunellər qazılır, körpülər qurulur;

* Bir-birinin ardınca  beynəlxalq səviyyəli hava limanları istifadəyə verilir;

* Su anbarları  bərpa edilir,  yeni su-elektrik stansiyaları tikilir;

* Bölgədə  "yaşıl enerji"  istehsal olunur,  onun Avropaya ixracı üçün  Qara dənizin dibi ilə  kabel xətti çəkilir;

* Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq turizm mərkəzinə çevrilməsi üçün  zəruri infrastruktur yaradılır;

* Bütün bunları  qalib Azərbaycan xalqı edir!

* Bütün bunları Azərbaycan edir!

* Azad etdiyi əraziləri cənnətə çevirir!

Keçmiş sakinlər şad-xürrəm geriyə qayıdaraq  xoşbəxt günlərini yenidən yaşayırlar!

Artıq  bu məkanda nə bir nəfər  separatçı qalıb, nə də terrorçu.

Heç erməni də qalmayıb, hamısı qaçıb getdi.

Olub-qalanı  10-15 nəfərdir ki,  onlar da məlum ünvanda çay içirlər.

Azərbaycan çayı!

Azərbaycan xalqı  qəhrəmanlıqla döyüşərək yenidən öz torpağına  sahib çıxdı!

Ona-buna arxalanan haylar isə  acı məğlubiyyətlərini yaşamağa məhkum edildilər!

Daha nə onların göz yaşlarına baxan, nə  "soyqırımı"  nağıllarına inanan var!

"Məğlubedilməz xalq",  "məğlubedilməz ordu" mifləri indi təbəssümlə qarşılanır...

* Dalandan çıxmaq üçün bizə möhtacdırlar!

* Real Ermənistanı yaşatmaq üçün  bizimlə sülh şəraitində yaşamağa məcburdurlar!

* Oğulsuz qalan erməni analarına nə verəcəklərini özləri fikirləşib tapmalıdırlar!

Qarabağ uğrunda mübarizədə qazanan üç erməni prezidenti, erməni generalları və  erməni diaspor rəhbərləri oldu.

Yığılan pullar, ianələr, dünya erməniliyinin göndərdiyi vəsaitlər hesabına Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj  Sarkisyan  milyarderlərə  çevrildilər.

Erməni xalqına  isə Yerablurdakı mərmər məzarlar  qaldı.

Həmin məzarların mərmərlərini  isə Azərbaycandakı qəbiristanlıqlardan oğurlayıb aparmışlar...

Öz rəhbərlərini milyarderlərə çevirən ermənilərin özləri sonda dilənçi vəziyyətinə düşdülər, övladlarını  "miatsum"a qurban verərək Ermənistanı da tərk etdilər.

Xocalılılar isə  soyqırımına  uğrasalar da, doğma torpaqdan əl çəkmədilər,  toparlanaraq düşmənlərini öz vətənlərindən  iti qovan kimi qovdular!

Bu gün Azərbaycan övladları öz yurd-yuvalarına  qayıdaraq orada qurub-yaradır, qalib xalq kimi açıq alınla, fərəhlə ömür sürürlər!

Şərəfqarışıq hər şeylərini itirən ter-petrosyanlar,  koçaryanlar və sarkisyanlar isə uzaqdan yana-yana baxırlar!

Biz əmlakımızı itirsək də, illərboyu  Vətən həsrəti ilə yaşasaq da, sonda düşmənimizi məhv edərək hər şeyi geriyə qaytardıq!

Ermənilər isə şərəfqarışıq hər şeylərini itirərək bu gün gözdağı əzabını çəkirlər!

Bəli, "Qarabağ Azərbaycandır və nida işarəsi".

 


Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

Naxçıvanda həyata keçirilən strateji enerji siyasəti

08:55
14 Aprel

Mülki aviasiyamız üçün yeni təlim mərkəzi, "PAŞAHoldinq" ilə DİF arasında memorandum və bahalaşmaqda davam edən neft

08:50
14 Aprel

I Türkoloji Qurultay: dil, kimlik və tarixi varislik

08:45
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!