10 Aprel 2026 08:00
3995
SİYASƏT
A- A+
Qlobal münaqişələr fonunda Azərbaycan reallığı

Qlobal münaqişələr fonunda Azərbaycan reallığı


Bu reallığın müəllifi İlham Əliyevdir


Bugünkü dünya tarixin ən dərin sarsıntılar dövrünü yaşayır. Geosiyasi qarşıdurmaların intensivləşməsi, regional münaqişələrin qlobal təhlükəsizlik sisteminə təsirinin artması və beynəlxalq hüququn selektiv tətbiqi XXI əsrin ciddi çağırışlarından birinə çevrilib. Planetin müxtəlif nöqtələrində baş verən müharibələr təkcə tərəfləri deyil, bütövlükdə dünya iqtisadiyyatını, enerji təhlükəsizliyini və humanitar mühiti sarsıdır. Belə mürəkkəb və qeyri-müəyyən şəraitdə hər hansı münaqişənin qısa müddətdə, qəti və siyasi nəticə ilə başa çatması nadir hadisə kimi qiymətləndirilir. Məhz bu baxımdan Azərbaycanın əldə etdiyi Zəfər təkcə regional deyil, həm də qlobal miqyasda xüsusi diqqətəlayiq nümunədir.

Son illərin geosiyasi mənzərəsi göstərir ki, müasir münaqişələr həm sürətli və qəti nəticələri, həm də uzunmüddətli və tükəndirici xarakteri ilə seçilir. Gözümüz önündə dağıdıcı və dəhşətli xarakteri və nəticələri ilə davam edən Rusiya-Ukrayna müharibəsi minlərlə insan itkisi, şəhərlərin viran qalması, iqtisadiyyatın zəifləməsi və infrastrukturun geniş miqyasda məhv edilməsi ilə müşayiət olunur. Savaşın ilk mərhələlərində qısa müddətdə yekunlaşacağına dair verilən proqnozlar özünü doğrultmadı və bu gün də onun nə vaxt hansı şərtlərlə başa çatacağı ilə bağlı perspektiv görünmür. Bu isə müasir müharibələrin qeyri-müəyyənlik və davamlı risk amili ilə xarakterizə olunduğunu bir daha təsdiqləyir.

Oxşar vəziyyət Yaxın Şərqdə də müşahidə olunur. Başlanğıcda lokal və qısamüddətli toqquşma kimi qiymətləndirilən İran-İsrail gərginliyi sonradan ABŞ faktorunun iştirakı ilə daha mürəkkəb və çoxşaxəli bir münaqişəyə çevrildi. 40 gün davam edən bu qarşıdurma yalnız hərbi müstəvidə deyil, həm də siyasi və iqtisadi müstəvidə ciddi təsirlər doğurdu. Atəşkəs elan olunsa da, onun hansı müddətə davam edəcəyinin qeyri-müəyyən qalması, tərəflər arasında etimadsızlığın davam etməsi və münaqişənin yenidən alovlanma ehtimalı qlobal sabitlik üçün ciddi  risklər yaradır. Enerji bazarlarında dalğalanmalar, ticarət əlaqələrinin pozulması və investor etimadının azalması kimi amillər bu qarşıdurmanın təsir dairəsinin regional çərçivəni aşaraq dünya iqtisadiyyatına sirayət etdiyini açıq şəkildə nümayiş etdirir.

Dünyanın rənginin belə bir mürəkkəb çalarlarla qarışdığı zamanda  Azərbaycanın 44 gün ərzində əldə etdiyi hərbi-siyasi Zəfər, sözün əsl mənasında, unikal presedent kimi özünü göstərir. İkinci Qarabağ müharibəsi təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, eyni zamanda müasir müharibə konsepsiyalarının effektiv tətbiqinin parlaq nümunəsinə çevrildi. Bu qələbə təsadüfi deyildi, onun arxasında uzun illər ərzində formalaşan strateji yanaşma, siyasi iradə və hərbi hazırlıq dayanırdı.

Azərbaycanın qələbəsini şərtləndirən əsas amillərdən biri dövlət başçısının  qətiyyətli və prinsipial siyasəti idi. Prezident İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı gücləndirildi, ordu quruculuğu prioritet istiqamətə çevrildi və beynəlxalq arenada Azərbaycanın mövqeləri möhkəmləndirildi. Prezidentin dəfələrlə vurğuladığı kimi, "Qarabağ Azərbaycandır!" tezisi, sadəcə, siyasi bəyanat deyildi, həm də milli iradənin ifadəsi və strateji hədəfin konkret formulası idi.

Bu qələbənin digər mühüm komponenti Azərbaycan Ordusunun peşəkarlığı və döyüş qabiliyyəti oldu. Müasir texnologiyaların tətbiqi, yüksək koordinasiya və taktiki çeviklik 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, fədakarlıq, vətənə bağlılıq isə bu qələbəni mənəvi baxımdan daha da ucaltdı. O səbəbdən bu, hərbi uğurla yanaşı, həmçinin milli ruhun təntənəsi idi.

Postmünaqişə reallıqlarını dəyərləndirərkən qeyd etməliyik ki, Azərbaycanın əldə etdiyi qələbə eyni zamanda beynəlxalq hüququn bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən səsləndirilən fikirlər qələbənin mahiyyətini dolğun şəkildə ifadə edir. Dövlətimizin başçısının vurğuladığı kimi, "Biz Qarabağı azad edərkən BMT-nin icra olunmamış 4 qətnaməsini təkbaşına icra etdik". Bu yanaşma Azərbaycanın öz gücünə əsaslanaraq beynəlxalq hüququn tələblərini təmin etməsi, illərlə kağız üzərində qalan qərarların real müstəviyə daşınması baxımından xüsusi əhəmiyyət kəsb edir və qələbəmizi həm hüquqi, həm də siyasi müstəvidə daha da legitimləşdirir.

2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın öz suverenliyini tam şəkildə təmin etmək istiqamətində növbəti qəti addımı oldu. Bu əməliyyatın qısa müddətdə və minimal itkilərlə nəticələnməsi bir daha göstərdi ki, Azərbaycan regionda yeni reallıqları diktə edən gücə malikdir.

Bütün bu reallıqların fonunda Azərbaycan modeli müasir münaqişələrin həlli üçün alternativ yanaşma kimi diqqət çəkir. Bu modelin əsas xüsusiyyətləri - güclü siyasi iradə, strateji səbir, müasir ordu quruculuğu, milli birlik və beynəlxalq hüquqa əsaslanan mövqedir. Elə onu digər münaqişələrdən fərqləndirən də bu xüsusiyyətlərdir. Ən vacib məqam isə odur ki, Azərbaycan öz məqsədinə çatmaq üçün həm diplomatik, həm də hərbi alətləri balanslı şəkildə istifadə etməyi bacardı.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın nümayiş etdirdiyi siyasi davranış modeli də müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən praqmatik və uzaqgörən yanaşma kimi diqqəti cəlb edir. Müharibədən qalib çıxmasına baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanı klassik "qalib ölkə diktəsi" mövqeyində təqdim etmədi. Əksinə,  dəfələrlə vurğuladı ki, ən böyük qələbə regionda davamlı sülhün və sabitliyin təmin olunmasıdır. Bu yanaşma Azərbaycanın strateji baxışında güc nümayişindən daha çox uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq mühitinin qurulmasına üstünlük verildiyini göstərdi.

Məhz bu kontekstdə Azərbaycanın Ermənistana ünvanladığı sülh təklifləri və normallaşma çağırışları xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı açıq bəyan etdi ki, münaqişə mərhələsi artıq arxada qalıb, regionun gələcəyi yalnız qarşılıqlı etimad və əməkdaşlıqdan asılıdır. Bu siyasətin praktik təzahürü kimi kommunikasiya xətlərinin açılması, o cümlədən nəqliyyat və dəmir yolu bağlantılarının bərpası istiqamətində atılan addımlar diqqət çəkir. Azərbaycanın bu istiqamətdə göstərdiyi təşəbbüslər, hətta Ermənistanla iqtisadi və ticarət əlaqələrinin bərpasına hazır olduğunu bildirməsi regionda yeni iqtisadi inteqrasiya mühitinin formalaşdırılmasına hesablanmış mühüm siyasi gediş kimi nəzərə alınmalıdır.

Nəticə etibarilə bu gün dünyanın müxtəlif bölgələrində uzanan və qeyri-müəyyən sonluğa malik münaqişələr fonunda Azərbaycanın əldə etdiyi qələbə yalnız regional uğur deyil, həm də qlobal dərs kimi qiymətləndirilməlidir. Bu dərs ondan ibarətdir ki, əgər dövlət güclü siyasi iradəyə, milli birliyə və düzgün strateji yanaşmaya sahibdirsə, ən mürəkkəb problemlərin belə qısa müddətdə və qəti həlli mümkündür.


Elşən QƏNİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!