28 Aprel 2026 08:00
2691
SİYASƏT
A- A+
İlham Əliyevin qlobal barış missiyası

İlham Əliyevin qlobal barış missiyası


"Sülh və Barışıq üçün Gernika mükafatı" Azərbaycan Prezidentinin sülh gündəliyinə beynəlxalq etimadın təsdiqi oldu


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət kursu bu gün Cənubi Qafqazı münaqişə ocağından sabitlik və əməkdaşlıq mərkəzinə çevirib. Beynəlxalq birliyin bu tarixi nailiyyətlərə verdiyi ali dəyər isə özünü nüfuzlu mükafatlarla büruzə verir. Prezident İlham Əliyevə təqdim olunan "Sülh və Barışıq üçün Gernika mükafatı" Azərbaycanın sülh gündəliyinin qlobal miqyasda qəbul olunmasının daha bir rəsmi təsdiqi kimi tarixə yazıldı.  


Qətiyyətli siyasi iradə


26 aprel tarixində - bəşəriyyət üçün ağır xatirələrlə yüklənmiş Gernika qurbanlarının anım günündə Prezident İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi tarixi ədalətin və humanizmin təntənəsidir. Bu mükafat Azərbaycanın 30 illik işğala son qoyaraq regionda yaratdığı yeni reallığa, yəni barışığa verilən qiymətdir.

"Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirib ki, Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir: "Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm".

Dövlətimizin rəhbəri Azərbaycan xalqının sülhün qədrini necə dərindən bildiyini bu sözlərlə ifadə edib: "30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir".

Vətən müharibəsi və antiterror tədbirləri sayəsində Azərbaycan ədaləti və barışı öz gücünə təmin etməklə dünya üçün örnək nümunə ortaya qoydu. Bununla sübut etdi ki, bütün çətinliklərə rəğmən nümayiş etdirilən qətiyyətli siyasi iradə sülhü bərqərar etmək iqtidarındadır.

Bu gün Azərbaycan Ermənistanla münasibətlərdə faktiki əməkdaşlıq mühiti formalaşdırıb. Ötən il Ağ Evdə sülh sazişi mətninin paraflanmasından sonra iki ölkə arasında normallaşma istiqamətində mühüm addımlar atılıb. Neft məhsullarının və digər zəruri malların Azərbaycan ərazisindən Ermənistana ixrac edilməsi sülhün kağız üzərində deyil, insanların gündəlik həyatında hiss olunan real faydasıdır.

"Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində ölkəmizin rəhbəri qeyd edib ki, ötən il Vaşinqton şəhərində Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması, eyni zamanda Birgə Bəyannamənin imzalanması ilə üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı  tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur: "Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür".


Azərbaycan nümunəsi


Azərbaycanın sülhə gedən yolu heç də asan olmayıb. Ötən onilliklər ərzində ölkəmiz münaqişənin danışıqlar yolu ilə həlli üçün xeyli səy göstərib. Qarşı tərəfin qeyri-konstruktivlik nümayiş etdirməsi nəticəsində uzun onilliklər boyu bölgə münaqişə, müharibə zonası kimi qalıb. Yalnız Azərbaycanın hərbi yolla Qarabağ məsələsini birdəfəlik yoluna qoyması ilə region, nəhayət, rahat nəfəs almağa başlayıb. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan tarixi Zirvə görüşü və ondan bir ay əvvəl Əbu-Dabidə əldə olunan razılaşmalar sülh sazişinin paraflanması ilə nəticələndi. Bununla Cənubi Qafqazda qanlı münaqişəyə nöqtə qoyuldu.

Qətiyyətli iradə ortaya qoyan Prezident İlham Əliyev BMT TŞ-nin qətnamələrini hərbi-siyasi yolla icra etdi və Azərbaycanın suverenliyini bərpa etdi. Çevik diplomatiya yürüdən ölkəmizin rəhbəri Vaşinqton və Əbu-Dabi kimi beynəlxalq platformalarda səmərəli dialoqun tərəfdarı olduğunu ortaya qoydu. İqtisadi inteqrasiya xətti tutan rəsmi Bakı regionun kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin bərpası üçün konstruktivlik nümayiş etdirdi. Bölgədə de-fakto sülh yaratdı. Bütün bu sadalananlar Prezident İlham Əliyevin sülh missiyasını uğurlu edən amillərdəndir.  

Sülh istiqamətində atılan qətiyyətli addımlara görə cari il fevralın 4-də Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olundu. Bu mükafat Azərbaycanın sülh missiyasının yalnız regional çərçivə ilə məhdudlaşmadığını və qlobal xarakterini ortaya qoydu. Həmçinin bu, Azərbaycanın ədalətli zəfərini sülh naminə istifadə etmə bacarığına verilən beynəlxalq ehtiram oldu. Tarixdə nadir nümunələrdəndir ki, qalib qarşı tərəfə nifrət və qorxu yox, sülh əli uzatsın. Bunu məhz Azərbaycan etdi.  Ölkəmizin humanizmi əsas tutan siyasəti nəticəsində Ermənistan özünü saldığı dalan vəziyyətindən çıxarmaq üçün tarixi fürsət qazandı. 

Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatındakı çıxışı müharibə və etimadsızlıqdan əziyyət çəkən bütün xalqlar üçün yol xəritəsi xarakteri daşıyırdı: "Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".

Bakının irəli sürdüyü və siyasi iradə ilə humanitar dəyərlərin harmoniyasına dayanan sülh gündəliyi hazırda bəşəriyyətin üzləşdiyi münaqişələrin həlli üçün universal model rolunu oynayır. Azərbaycanın yaratdığı bu uğurlu model sülhün yalnız arzu deyil, həm də real və əlçatan hədəf olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycanın ucaltdığı "Sülh qalası"nın dünyanın hər yerindən aydın görünməsi də bu baxımdan təsadüfi deyil. Azərbaycan Prezidentinə verilən "Sülh və Barışıq üçün Gernika mükafatı" bir daha sübut edir ki, İlham Əliyev təkcə qalib lider deyil, həm də humanizmin, sülhün və birgəyaşayışın ən böyük müdafiəçisidir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!