26 May 2026 13:32
121
SİYASƏT
A- A+
Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi


Qarşıdakı illərdə Azərbaycanda aqrar sektor həm ərzaq təhlükəsizliyi, həm də qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından biri kimi inkişaf etdiriləcək. Mayın 25-də İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son 20 ildə regionların sosial-iqtisadi inkişafı proqramları kənd təsərrüfatının dirçəlməsində həlledici rol oynayıb. Ölkədə qazlaşdırmanın 96 faizə çatdırılması, yol və su infrastrukturlarının yenilənməsi, yeni su anbarlarının tikilməsi kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi su anbarlarının istifadəyə verilməsi, yeni magistral kanalların inşası əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırıb.

Bununla belə, dövlət başçısı son illərdə aqrar sahədə müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirdi. Bu səbəbdən 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması qərara alınıb. Proqramın əsas məqsədi məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsidir.

Beləliklə, yeni Dövlət Proqramı kənd təsərrüfatının transformasiyasını müxtəlif istiqamətlər  üzrə həyata keçirəcək. İlk növbədə resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatı, dəyər zəncirinin və bazar inteqrasiyasının gücləndirilməsi, eləcə də texnologiya və innovasiyaların tətbiqini əhatə edəcək.

Əsas prioritetlərdən biri intensiv əkinçiliyə keçidin sürətləndirilməsidir. Hazırda müasir suvarma sistemləri tətbiq olunan sahələr 130 min hektardır. Məqsəd bu göstəricini 300 min hektara çatdırmaqdır. 

Müşavirədə xüsusi vurğulanan məsələlərdən biri aqrar emal sənayesinin inkişafı oldu. Təhlillər göstərir ki, Azərbaycan daha çox xammal ixrac edir, hazır məhsul idxal edir. Buna görə də yeni mərhələdə emal müəssisələrinin yaradılması prioritet istiqamətlərdən biri olacaq.

Prezident İlham Əliyev pambıqçılıqda mahlıc ixracından hazır tekstil məhsulları istehsalına keçidin vacibliyini qeyd etdi və investorları yeni fabriklər yaratmağa çağırdı. Eyni yanaşmanın digər sahələrdə də tətbiqi nəzərdə tutulur.

Müşavirədə su ehtiyatlarının idarə olunması məsələsinə də xüsusi diqqət yetirildi. İqlim dəyişiklikləri fonunda su resurslarından daha səmərəli istifadə həyati əhəmiyyət daşıyır. Şirvan və Qarabağ kanallarının yenidən qurulması, yeni su anbarlarının tikilməsi və müasir damcı suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılması ilə yanaşı, su itkilərinin azaldılmasına xidmət edəcək.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri də aqrar inkişaf strategiyasının mühüm hissəsidir. Yeni su infrastrukturu sayəsində yüz minlərlə hektar torpağın dövriyyəyə qaytarılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi mühüm məqamlardan biri də Azərbaycanın artıq beynəlxalq miqyasda “orta gücə malik dövlət” kimi tanınması barədə fikirləri oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın artan beynəlxalq nüfuzu xarici investorların ölkəyə marağını gücləndirir.

Yeni mərhələdə kənd təsərrüfatının inkişafı xarici investisiya və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə də sürətləndiriləcək. Cənab Prezidentin mesajı ondan ibarət idi ki, Azərbaycan artıq regional iqtisadi proseslərdə fəal rol oynayan, sabit və etibarlı tərəfdaş kimi qəbul edilir. Bu isə aqrar sektora texnologiya transferi, müasir idarəetmə təcrübələrinin gətirilməsi və yeni ixrac bazarlarının açılması üçün əlavə imkanlar yaradır.

“Orta güc” statusu Azərbaycanın ərzaq təhlükəsizliyi, logistika və regional ticarət zəncirlərində təsir imkanlarının artdığını göstərir. Xüsusilə müharibələr, enerji böhranı və nəqliyyat marşrutlarının dəyişdiyi dövrdə Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında regional mərkəzə çevrilməyi hədəfləyir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

13:32
26 May

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər kənd təsərrüfatında inkişafı daha da sürətləndirəcək  

12:54
26 May

Latifə Orujun “Sirli yürüşlər” romanında insan, cəmiyyət, zaman və əxlaq, mənəvi dərslər

12:37
26 May

Keçmiş məcburi köçkün: Demişdim ki, mən Ağdama qonaq kimi yox, birdəfəlik qayıdanda gedəcəyəm 

10:51
26 May

Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür 

10:50
26 May

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

10:49
26 May

Tacikistan su məsələləri üzrə Düşənbə çərçivə proqramını hazırlamağı təklif edir

10:42
26 May

Minskdə 28 May–Müstəqillik Günü münasibətilə rəsmi qəbul

10:36
26 May

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik başa çatıb

10:32
26 May

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

10:16
26 May

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

10:14
26 May

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır

10:04
26 May

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib 

10:03
26 May

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

09:51
26 May

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!