26 May 2026 14:06
122
SİYASƏT
A- A+
İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət 

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət 


Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İndoneziyanın mədəniyyət naziri Fadli Zon, parlamentin Regional Nümayəndələr Palatasının sədri Sultan Baktiar Nacamudin, ASEAN Parlamentlərarası Assambleyasının (AIPA) Baş katibi Çem Vidhya, Sukabumi şəhərinin meri Ayep Zaki, eləcə də İndoneziya Nümayəndələr Palatasının üzvü Cazuli Cuvaini, dövlət qurumlarının nümayəndələri, diplomatik missiyaların rəhbərləri, ictimai-siyasi xadimlər, iş adamları və media təmsilçiləri iştirak ediblər.

Səfir Ramil Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika kimi yaradıldığını, qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, demokratik dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu yolu keçib və hazırda Prezident İlham Əliyevin liderliyi ilə ölkə dinamik inkişaf mərhələsini yaşayır. Diplomat Azərbaycanın regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, multikulturalizm və davamlı inkişaf sahələrində mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan ilə İndoneziya arasında münasibətlərin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını bildirib. O, iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin, investisiya imkanlarının və humanitar münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

İndoneziyanın işçi qüvvəsi naziri Yassierli ölkəsinin Azərbaycan ilə strateji əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib, iki ölkə arasında münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan ilə İndoneziya arasında dostluq əlaqələrinin qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb.

Tədbirdə Azərbaycanı tanıdan, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına dair videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Emin Ağalarov: “Sea Breeze”də sahil iqliminə uyğunlaşdırılmış 11 milyon ağac və bitki əkilib

15:48
26 May

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən  

15:46
26 May

Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır  

15:45
26 May

2026-cı ilin daimi seçici siyahıları dəqiqləşdirilib - MSK-da iclas

15:44
26 May

Rusiya səfiri: “Sea Breeze” Azərbaycanın turizm və mədəni cəlbediciliyinin bir hissəsinə çevrilib

15:43
26 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
26 May

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

15:42
26 May

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

15:41
26 May

Ali Məclisin yaz sessiyası başa çatıb

15:39
26 May

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

15:37
26 May

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

15:31
26 May

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Xocalıya daha 29 nəfər qayıdıb

15:01
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!