02 May 2026 10:47
151
CƏMİYYƏT
A- A+
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum “Dizayn həftəsi” çərçivəsində keçirilən görüşdə AzMUİ-nun rektoru, professor Gülçöhrə Məmmədova və ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tərəfindən imzalanıb. Qeyd edək ki, bu sənəd daha əvvəl iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqavilələrinin davamı olaraq strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir.

İmzalanan Memorandum AzMİU və ADA Universiteti arasında dizayn sahəsində təhsil, elmi-tədqiqat və yaradıcı fəaliyyət istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər qrafik dizayn, media, mühit, sənaye və geyim dizaynı istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, elmi konfranslar, sərgilər və müsabiqələrin keçirilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.

Bu kontekstdə AzMİU-nun dizayn sahəsində beynəlxalq nailiyyətləri də xüsusi diqqət çəkir. Belə ki, universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə yer alaraq dizayn sahəsi üzrə ölkə üzrə təmsil olunan yeganə, dünya üzrə isə ən yaxşı 250 ali təhsil müəssisəsindən biri kimi çıxış edib. Bu göstərici AzMİU-da formalaşmış güclü akademik mühitin, yaradıcı yanaşmanın və müasir tədris modelinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir və imzalanan Memorandumun əhəmiyyətini daha da artırır.

Eyni zamanda, inklüziv dizayn, vizual kommunikasiya və ictimai mühitin dizaynı üzrə ortaq təşəbbüslərin irəli sürülməsi, bu sahələrdə innovativ yanaşmaların tətbiqi və müasir dizayn düşüncəsinin inkişaf etdirilməsi də əməkdaşlığın əsas prioritet istiqamətləri sırasındadır.

Memorandum çərçivəsində süni intellekt, rəqəmsal dizayn və multimedia sahələrində birgə fəaliyyətlərin təşviqi, sənaye və kreativ sektorla inteqrasiyalı layihələrin həyata keçirilməsi, startap və innovasiyayönümlü təşəbbüslərin dəstəklənməsi xüsusi diqqət mərkəzində olacaq.

Sənəd, həmçinin tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılmasına zəmin yaradır. Bu çərçivədə gələcəkdə birgə akademik proqramların hazırlanması, müasir dizayn yanaşmalarının tədris prosesinə inteqrasiyası, tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələrin icrası planlaşdırılır. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal dizayn trendlərinin tətbiqi və yaradıcı sənayelərlə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi də nəzərdə tutulur.

Xüsusi vurğulanmalıdır ki, imzalanmış Anlaşma Memorandumu Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində baş tutmaqla, tərəflər arasında akademik tərəfdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, eləcə də birgə akademik proqram və kursların hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlıq həm tələbə və müəllim heyəti üçün yeni imkanlar açacaq, həm də ölkədə dizayn və yaradıcı sənayelər ekosisteminin inkişafına, universitet-sənaye və beynəlxalq tərəfdaşlıq modelinin daha da güclənməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!