02 May 2026 08:23
121
SİYASƏT
A- A+
Heydər Əliyev və milli məfkurə

Heydər Əliyev və milli məfkurə


Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. 

Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".

1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi. Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı.

Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərə azərbaycançılıq ideyasının tərkib hissələrindən biri kimi yanaşmışdır. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" deyən dahi öndər milli-mənəvi dəyərlərin inkişafını müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndirmişdir. Vətəninin, xalqının adını ucaldanlar, mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır. Böyüklərə hörmət və ehtiram, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Vaxt gəlir doğma Vətəni, xalqı da onlarla qürur duyur. Eynilə Vətən müharibəsində olduğu kimi…

Vətən müharibəsində Azərbaycan Ordusu təkcə düşmənlərinə deyil, bütün dünyaya qəhrəmanlığını, yenilməzliyini göstərdi. Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərimizi azad edən, yağı düşmənin işğalına son qoyan Azərbaycan oğulları igidliyin, cəsurluğun, vətənpərvərliyin simvolu oldular. Respublikamızda yaşayan bütün xalqlar, etnik qruplar bir amal, bir məqsəd ətrafında sıx birləşdilər. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu ölkənin vətəndaşı olan hər kəs doğma Vətəni Azərbaycanın ərazi bütövlüyü naminə ayağa qalxdı. Göstərdilər ki, tolerantlıq və multikultural dəyərləri ilə bütün dünyaya nümunə olan Azərbaycanın qələbə və uğur dolu günləri bundan sonra da davam edəcək.

Milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, Azərbaycan dilinin inkişafı, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi və digər məsələlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlər əsasında ölkəmizin müasirləşməsini nəzərdə tutaraq bildirmişdir: "Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq".

Prezident İlham Əliyevin "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında 2026-cı il yanvarın 14-də imzaladığı sərəncam ölkəmizin mədəni inkişaf tarixində mühüm mərhələdir. Konsepsiya təkcə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmir, eyni zamanda milli kimliyin qorunması, qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin rəqabət qabiliyyətinin artırılması və gələcək nəsillərə ötürülməsi baxımından fundamental əhəmiyyət daşıyır.

Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir. Təbii ki, bu mühüm strateji sənəd mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcək. Konsepsiyanın ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin də başlanğıcı olacaq. Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır. Bu istiqamətdə görüləcək tədbirlərə Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir. "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası ölkəmiz qarşısında yeni prioritetlər təyin edərək cəmiyyətin hər  üzvünü ölkənin mədəni həyatında fəal iştiraka səsləyir. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Prezident İlham Əliyevin imzaladığı bu sərəncam dövlətin mədəniyyət siyasətində ardıcıllığı, uzaqgörənliyi və milli kimliyə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirir. "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası Azərbaycan mədəniyyətinin gələcək onilliklərdə davamlı inkişafını təmin edən yol xəritəsi olmaqla yanaşı, həmçinin milli irsimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm strateji sənəd kimi də dəyərləndirilməlidir. Müasir dünyada mədəniyyət təkcə irs və ənənələrin qorunması ilə məhdudlaşmır. O, cəmiyyətlərin daxili dayanıqlılığını və xalqların qlobal rəqabətdə mövqeyini müəyyən edən əsas amillərdən biri kimi diqqət çəkir. Bu baxımdan "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası regional və qlobal çağırışlar fonunda mədəniyyəti milli inkişafın aparıcı sütunlarından biri olaraq təsdiq edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə qayğı, onların qorunması və təbliğində  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, eləcə də işğaldan azad edilmiş ərazilərdə mədəniyyət ocaqlarının, tarixi abidələrin bərpası, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Heydər Əliyev Fondunun elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr milli-mənəvi dəyərlərimizin nəinki ölkəmizdə, bütün dünyada təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən mühüm töhfələrdən biri olan muğam sənətinin yaşadılmasında, öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi qeyd etməliyik. Ötən illər ərzində fondun dəstəyi ilə xeyli sayda məscid bərpa olunaraq istifadəyə verilmişdir. Fondun milli-mənəvi dəyərlərin dünyada təbliği istiqamətində atdığı addımlar xalqımızın qədim mədəniyyət nümunələrini ermənilərin özününküləşdirməsi kimi mənfur niyyətlərinin qarşısını alır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fondun xətti ilə milli-mənəvi irsin qorunması sahəsində çoxsaylı layihələr həyata keçirilir ki, onları xalqımızın ziyalıları, mədəniyyət və incəsənət xadimləri yüksək qiymətləndirirlər.

Xalqımızın milli-mənəvi dəyərləri tarixi varislik prinsipinə əsaslanaraq inkişaf edir və onlar dünya mədəniyyətinin zənginləşməsində xüsusi yer tutur. Milli-mənəvi dəyərlərin qorunması və təbliği Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizdəki mədəniyyətlərarası və dinlərarası dialoq milli-mənəvi dəyərlərin inkişafında böyük əhəmiyyət daşıyır. Azərbaycan dilinin, ədəbiyyat və incəsənətinin inkişafı, adət-ənənələrin, mütərəqqi dini dəyərlərin ictimai həyatda özünə mühüm yer tutması milli-mənəvi dəyərləri zənginləşdirir. Xalqımızın milli-mənəvi irsinin dünyada təbliği ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayır. Ölkəmizdə milli dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin, Ulu Öndərin müqəddəs irsinə dərin hörmətin təzahürü, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azadlıq və müstəqillik ideallarına, möhkəm milli bünövrəyə malik zəngin mənəvi irsinin təbliği işinə də böyük töhfədir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz. Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz öz milli dəyərlərimizlə fəxr edirik".


Sevinc RZAYEVA,

Naxçıvan Dövlət Universitetinin baş müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!