02 May 2026 09:00
641
Mədəniyyət
A- A+
Ədalətli tələb, haqlı istək

Ədalətli tələb, haqlı istək


Çobankərəlilər doğma yurdlarına qayıdacaqlarına inanırlar


Ermənilərin ötən əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsində əsrlər boyu bu torpaqlarda yaşamış azərbaycanlılara qarşı "yersiz gəldi, yerli qaç" prinspi ilə törətdikləri soyqırımı hadisələri - silahlı terror, qətliamlar, kütləvi soyğunçuluq, quldurluq, bir sözlə, hər cür vəhşiliklər soydaşlarımızın taleyində dərin izlər buraxmışdır.

Qərbi Azərbaycanın talesizliyə düçar olan kəndlərindən biri də Göyçə mahalında yerləşən qədim Çobankərə kəndi olub. Bu kənd ondan təxminən 3 kilometr məsafədəki qonşu Xatunarx kəndinin yaxınlığında - Zəngi çayı ilə Qarasu çayının arasında idi. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri"ində (Bakı, "Elm" nəşriyyatı, 2002) yazıldığı kimi, 1918-ci ildə kəndin əhalisi 5000 nəfər olmuşdur. "Daşnaksütyun"un liderləri Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə dəfələrlə fəlakət törətmiş, quduz cəlladlar uşaga, qocaya, qadına rəhm etmədən qırmışlar, camaatın malını-mülkünü çapıb-talamışlar. 

Oırğınlar, faciələr ucbatından o zaman Çobankərədəki yurd-yuvasını məcburi tərk edən ailələrdən biri də Qərbi Azərbaycan İcması Şəmkir rayon təşkilatının üzvü təzəkəndli Abdulla Əkbərovun ailəsidir. Abdulla 1918-ci ildə erməni qırğınları ucbatından təkcə ailəsini götürüb Şəmkirə pənah gətirib. Hələ o vaxtlar bığ yeri təzəcə tərləməyə başlayan Məcid Muxtarov, Tahir Novruzov, Cəfər Abbasov, Teymur Əliyev, Yahya Mehtiyev və digərləri də ata-ana, bacı-qardaş. əmi-dayı, xala-bibi ilə birgə gizlincə qaçqın kimi əvvəl Qazaxa, sonra isə Şəmkirə köç ediblər. 

Bu yerlərin həsrətinə dözməyən 66 çobankərəli 1962-ci ildə yenidən doğulub boya-başa çatdıqları kəndə dönüb. Məlum olub ki, Çobankərə azərbaycanlılardan tamam təmizlənəndən sonra onların ev-eşiklərində gəlmə ermənilər yerləşdiriliblər. 1930-cu ildə isə Çobankərə kənd kimi ümumiyyətlə Yer üzündən silinib. 

Abdulla kişi 10 ildən çox Şəmkirin Təzəkənd  kəndində almanlardan qalma üzüm sahələrində, şərab emalı zavodunda çalışıb. 1941-ci ildə İkinci Dünya müharibəsinə səfərbər edilib. Vaxtilə erməni qırğınlarından salamat qurtulan Abdulla Əkbərov müharibənin sonuncu ili döyüşlərdə həlak olub. Onun övladları, nəvələri, eləcə də vaxtilə Abdulla kişi ilə birlikdə Təzəkəndə gələn 15-dən çox ailənin törəmələri illərdir ki,  baba və nənələrinin məcburən qoyub gəldikləri Çobankərəyə qayıtmaq arzusu ilə Qərbi Azərbaycan İcmasının Şəmkir rayon təşkilatında birləşiblər. Onların istəyi Çobankərəyə qayıtmaqdır. Bu, təkcə doğma yurd sevgisi deyil, həm də beynəlxalq  insan hüquqları baxımından haqlı tələb və istəkdir. 

Hələ 1900-cü ildən 1987-ci ilə kimi erməni quldurlarının dinc  azərbaycanlı əhalisinin başına gətirdikləri faciələri bir kənara qoyub, lap yaxın keçmişə nəzər salsaq görərik ki, təkcə 1988-1991-ci illərdə indiki Ermənistan ərazisinin 130 kəndindən 50 mindən çox ailə qovulmuş, yüzlərlə günahsız dinc insan öldürülmüşdür. Bu isə o deməkdir ki, xalqımıza qarşı ermənilərin törətdikləri soyqırımı illərlə sistemli şəkildə həyata keçirilmiş və tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün ərazilərini əhatə etmişdir. 

Reallıqdır ki, 1905-ci ildən açıq forma almağa başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olub. Ermənistan silahlı quldur birləşmələri 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçiriblər. Nəticədə İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq idilər. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində isə azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb və azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb.

Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il martın 26-da imzaladığı fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlərlə aparılıb və əsas məqsəd tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.

Mənbələr və arxiv sənədləri göstərir ki, indiki Ermənistan ərazisi - İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur bölgəsi, Vedibasar, Dərələyəz və digər ərazilər uzun müddət Azərbaycan türklərinin yaşadığı əsas məkanlardır. Bu torpaqlarda formalaşmış mədəni irs, dini abidələr, toponimlər və folklor nümunələri Azərbaycan türklərinin həmin ərazilərə dərin tarixi bağlılığını təsdiq edir.

Tarix sübut edir ki, haqq nazilər, amma üzülməz. Ədalət gec də olsa, öz yerini tapır. Odur ki, nəinki çobankərəlilər, minlərlə qərbi azərbaycanlı əmindir ki, onlar da doğma yurdlarına dönəcəklər, sadəcə, geci-tezi var.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

11:03
13 May

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

10:58
13 May

bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub

10:44
13 May

Dünya birjalarında neft ucuzlaşıb 

10:34
13 May

Dünya bazarında qızıl 20 dollar bahalaşıb

10:29
13 May

Metronun rəhbəri bir neçə gün əvvəl yaranan enerji problemindən danışdı 

10:29
13 May

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb

10:26
13 May

BDYPİ: Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol aça bilər

10:21
13 May

Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?

10:19
13 May

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır 

10:14
13 May

Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir

10:11
13 May

Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - "Bakı Metropoliteni"nin sədri MÜSAHİBƏ 

10:01
13 May

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

09:49
13 May

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

09:48
13 May

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq  

09:46
13 May

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm

09:46
13 May

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb

09:44
13 May

NYT: İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib

09:43
13 May

ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin dəyəri 1,2 trilyon dollar qiymətləndirilir

09:40
13 May

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb  

09:39
13 May

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

09:38
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!