22 May 2026 08:10
822
Mədəniyyət
A- A+
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub


Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

"Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist və mistik üslubun sintezi kimi dəyərləndirir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, rəssamla artıq bir neçə ildir sərginin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılırdı və nəhayət bu layihəni reallaşdırmaq mümkün olub. O, bu müddət ərzində fəal yaradıcılıq fəaliyyəti göstərdiyinə və sərginin təşkilinə verdiyi dəstəyə görə rəssama təşəkkür edib. Anar Ələkbərov həmçinin bu cür layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. 

Çıxış edən Ronald Kompanoka isə qeyd edib ki, sərgidə təqdim olunan iriölçülü əsərlər üzərində son bir il ərzində intensiv çalışıb. Onun sözlərinə görə, bu əsərlər detallara olan xüsusi həssaslığının, görünməyəni görünənə çevirmək istəyinin və daxili dünyasının bədii ifadəsinin nəticəsidir.

Qeyd olunub ki, ekspozisiyada nümayiş olunan əsərlərin ana xəttini zaman, səyahət və yuxular mövzusu təşkil edir. Sərgidə xatirələri qoruyan saatlar, buludlar yaradan gəmilər, ay işığında hərəkət edən karvanlar və eyni mənzilə doğru can atan obrazlar xüsusi yer tutur.

Tədbir çərçivəsində Kompanokanın əsərlərindəki obrazları səciyyələndirən müxtəlif personajların iştirakı ilə bədii proqram da təqdim olunub. Daha sonra qonaqlar "Yuxular teatrı" sərgisi ilə tanış olublar.

Xəyali aləmə aparan sərginin əsas personajlarını təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar və fantastik varlıqlar təşkil edirlər. Bu obrazlar tamaşaçını rəssamın daxili dünyasına doğru qeyri-adi səyahətə aparır.

Ronald Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi əsasında yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün incə tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Bu bədii yanaşmada İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi dünyaşöhrətli sənətkarların yaradıcılığına istinad olunur.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə ünsiyyət quran Ronald Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş etdirilib.

Sərgi 2027-ci il martın 1-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp və Zelenski Parisdə görüşüblər

15:18
16 İyun

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb  

15:17
16 İyun

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

15:09
16 İyun

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib  

15:01
16 İyun

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

14:56
16 İyun

Tunisin baş məşqçisi işdən çıxarıldı  

14:43
16 İyun

Azərbaycan və Monqolustan arasında beynəlxalq yük daşımaları üzrə əməkdaşlıq genişlənir

14:42
16 İyun

 Orxan Məmmədov: “Azərbaycan halal iqtisadiyyat üçün əlverişli şərait yaradır”

14:38
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB 

14:36
16 İyun

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

14:35
16 İyun

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

14:34
16 İyun

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

14:34
16 İyun

Serbiya Gürcüstanda səfirlik açacaq

14:28
16 İyun

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir  

14:26
16 İyun

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

14:17
16 İyun

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub  

14:15
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB 

14:13
16 İyun

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 

14:09
16 İyun

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir  

14:01
16 İyun

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

13:58
16 İyun

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir  

13:49
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!