23 İyun 2026 08:55
141
Mədəniyyət
A- A+
"Azərbaycanda alman memarlığı"

"Azərbaycanda alman memarlığı"


Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində rayon icra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycanda alman memarlığı" mövzusunda fotosərgi təşkil edilmişdir. 

Sərginin açılışında rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, cəmiyyətin üzvləri - İsveçdə yaşayan rejissor Rəhim Sadıqbəyli və koordinator Zaur Musayev, Türkiyə Respublikası Çanakkale Onsekiz Mart Üniversitesi professoru Vedat Çalışkan və Özyegin Universitetinin tədqiqatçı alimi professor Ayşegül Özer, Almaniyadan olan tədqiqatçı alim İnge Şturm, Gürcüstan-Almaniya Assosiasiyasının sədri  Aleksandr Feldmayer və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Fotosərgidə Göygöldə yerləşən alman memarlıq abidələrinin və evlərinin fotoları nümayiş olunur. İştirakçılara bu irsin memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə məlumat verilmiş, həmçinin ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verildiyi diqqətə çatdırılmışdır. 

Sərgi çərçivəsində iki əsrə yaxın müddətdə bölgədə yaşamış alman icmasının həyat tərzini və mədəni irsini əks etdirən, hazırda muzey kimi fəaliyyət göstərən göygöllü sonuncu alman Viktor Klaynın ev-muzeyinə ekskursiya təşkil edilmişdir.

      

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!