19 İyun 2026 15:40
139
Mədəniyyət
A- A+
Daşkənddə Azərbaycan və Özbəkistan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş nəşrlərin təqdimatı olub

Daşkənddə Azərbaycan və Özbəkistan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş nəşrlərin təqdimatı olub


Özbəkistandakı səfirliyimizin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafına həsr olunmuş nəşrlərin təqdimat keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirdə tanınmış publisist, “Xalq qəzeti”nin Türküstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin tərtib etdiyi “Qəlbimiz bir döyünür” almanaxı, “Ədəbi və əbədi körpü” antologiyası, həmçinin “Keçmiş unudulmayanda tarixə dönür” və “İki xalqın oğlu: Firudin Səfərov” kitabları ictimaiyyətə təqdim olunub.

Mərasimi giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli Azərbaycan və Özbəkistan xalqları arasında dostluq, qardaşlıq və mənəvi yaxınlığın dərin tarixi köklərə əsaslandığını bildirib. Çıxışda Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi və xüsusi diqqəti nəticəsində iki ölkə arasında strateji tərəfdaşlığın, o cümlədən mədəni-humanitar əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyi xüsusi vurğulanıb. Bu kontekstdə müəllifin təqdim olunan nəşrlərinin Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin sistemli şəkildə araşdırılması, ortaq tarixi yaddaşın qorunması, eləcə də iki qardaş xalqın söz, sənət və mədəniyyət xadimlərinin geniş oxucu auditoriyasına tanıdılması baxımından mühüm elmi-publisistik dəyər daşıdığı qeyd olunub.

Tədbirdə çıxış edən Özbəkistanın ədəbi ictimaiyyətinin nümayəndələri Nurxan Əlimirzəyeva və Mənzurə Bəxtiyor təqdim olunan nəşrlərin Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni münasibətlərin zəngin məzmununu əks etdirdiyini bildiriblər. Çıxışlarda bu nəşrlərin yalnız ədəbi hadisə deyil, həm də Azərbaycan-Özbəkistan dostluğunu, mənəvi yaxınlığını və humanitar əməkdaşlığını gücləndirən mühüm mədəni töhfə olduğu vurğulanıb.

Nəşrlərin müəllifi və redaktoru Qulu Kəngərli çıxışında kitabların ərsəyə gəlməsi prosesindən danışaraq qeyd edib ki, uzun illərin müşahidələri, araşdırmaları və ədəbi əlaqələrə olan dərin maraq nəticəsində ərsəyə gələn bu nəşrlər iki qardaş xalq arasında söz və sənət körpüsünü daha da möhkəmləndirməyə xidmət edir. O vurğulayıb ki, təqdim olunan kitablar gələcək nəsillər üçün Azərbaycan-Özbəkistan ədəbi-mədəni münasibətlərinin öyrənilməsində dəyərli mənbə kimi xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, “Qəlbimiz bir döyünür” almanaxında müasir özbək ədəbiyyatının 36 nümayəndəsinin Azərbaycan dilinə tərcümə edilmiş şeirləri, “Ədəbi və əbədi körpü” antologiyasında isə 11 Azərbaycan və 11 özbək şairinin poetik nümunələri yer alıb. “Keçmiş unudulmayanda tarixə dönür” kitabı Mərkəzi Asiya ilə taleyi bağlı olan azərbaycanlıların həyat yoluna, “İki xalqın oğlu: Firudin Səfərov” nəşri isə görkəmli opera rejissoru Firudin Səfərovun yaradıcılığına həsr edilib.

Ümumilikdə, təqdim olunan nəşrlərin Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin genişlənməsinə, mədəni-humanitar əməkdaşlığın möhkəmlənməsinə və qarşılıqlı yaradıcılıq mübadiləsinin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

17:37
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib - YENİLƏNİB

17:31
19 İyun

UNICEF: Dünyada təxminən 1,1 milyard uşaq eyni vaxtda ən azı üç iqlim təhlükəsinə məruz qalır

17:29
19 İyun

Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşların müraciətlərini dinləyib

17:21
19 İyun

Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

17:16
19 İyun

İran XİN: Müttəfiqlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik

17:08
19 İyun

Yağış yağacaq, dolu düşəcək, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

17:01
19 İyun

Şavkat Mirziyoyev: Beynəlxalq investorlar Özbəkistana 120 yeni təklif və təşəbbüs təqdim ediblər

16:56
19 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:43
19 İyun

Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir

16:39
19 İyun

İran dünya çempionatında səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya şikayət edəcək

16:37
19 İyun

Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı yubiley tədbirləri başlayıb  

16:36
19 İyun

Azərbaycanlı şahmatçı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub edib

16:33
19 İyun

Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi təşkil edilib

16:31
19 İyun

Bakı İƏT-in antikorrupsiya gündəminin mərkəzində: Hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb  

16:28
19 İyun

Ciorcia Meloni Donald Trampın iddiasına sərt cavab verib

16:16
19 İyun

Mikayıl Cabbarov: Azərbaycanın İslam İnkişaf Bankı ilə tərəfdaşlığı yeni strateji mərhələyə yüksəlib  

16:07
19 İyun

Komitə sədri Bahar Muradova Bakı şəhərində vətəndaşlarla görüşüb  

16:01
19 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:56
19 İyun

Zelenski: Müttəfiqlər Ukraynaya 4 milyard dollarlıq yeni yardım paketi elan ediblər  

15:49
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!