19 İyun 2026 16:31
138
CƏMİYYƏT
A- A+
Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi təşkil edilib

Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi təşkil edilib


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və bp şirkətinin dəstəyi ilə iyunun 15-19-u tarixlərində İsmayıllı rayonunda yerləşən “Basqal Resort & Spa” hotelində şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi keçirilib.

Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, düşərgədə ölkənin müxtəlif bölgələrindən olan 50 nəfər şəhid övladı iştirak edib. Beş gün davam edən düşərgədə şəhid övladları üçün zəngin təlim, intellektual, sosial və əyləncəli proqramlar təşkil olunub. İştirakçılar korporativ ünsiyyət bacarıqları, emosional zəka, sosial media savadlılığı, özünüinkişaf və STEAM istiqamətlərində təlimlərə qatılıb, tanınmış mütəxəssislərlə görüşlərdə, intellektual yarışlarda və komanda quruculuğu fəaliyyətlərində iştirak ediblər.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyli ilə “Hekayəni özün yaz” mövzusunda görüş xüsusilə yaddaqalan olub. Bununla yanaşı, Basqal qəsəbəsi və İvanovka kəndinə ekskursiyalar təşkil olunub, müxtəlif idman və yaradıcılıq fəaliyyətləri həyata keçirilib.

İyunun 19-da düşərgənin rəsmi bağlanış mərasimi keçirilib. Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, İsmayıllı rayonunun təhsil sektorunun müdiri Rəşid Məmmədov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, layihənin əhəmiyyətindən bəhs edib, şəhid övladlarının inkişafına yönələn bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda düşərgə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd şəhid övladlarının asudə vaxtının səmərəli təşkili, onların fərdi və intellektual inkişafına dəstək, eləcə də gənclər arasında birlik və bərabərlik hisslərini gücləndirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT: Dünyada milyonlarla uşaq yoxsulluq və zorakılıq qurbanıdır  

18:59
19 İyun

TRIPP layihəsi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

18:51
19 İyun

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:48
19 İyun

Brexit Britaniya iqtisadiyyatına 6 faiz ziyan vurub

18:42
19 İyun

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

18:40
19 İyun

QDTİB-nin Azərbaycandakı layihələrdə iştirak imkanları dəyərləndirilib

18:39
19 İyun

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

18:37
19 İyun

Nazir müavini: Ölkəmizdə sosial müdafiə sistemi inkişaf etdirilir və müasirləşdirilir  

18:35
19 İyun

Dünyada quraqlığa qarşı unikal həll

18:34
19 İyun

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

18:33
19 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

17:37
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib - YENİLƏNİB

17:31
19 İyun

UNICEF: Dünyada təxminən 1,1 milyard uşaq eyni vaxtda ən azı üç iqlim təhlükəsinə məruz qalır

17:29
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!