23 İyun 2026 09:13
142
CƏMİYYƏT
A- A+
Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

 

Aqrar sahədə yeni dövlət proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib

 

Prezidentin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib.

Müşavirə 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və dövlət proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunmasına həsr edilib.

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov son illər Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və əldə edilmiş nəticələr barədə danışıb. Bildirib ki, keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, aqrar sahədə məhsuldarlığın və rəqabət qabiliyyətinin daha da artırılması yeni yanaşmaların tətbiqini zəruri edir. Qeyd edib ki, bu məqsədlə qəbul olunmuş 2026-2030-cu illər üçün dövlət proqramı kənd təsərrüfatının yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəddir. Proqram aqrar sahədə intensiv istehsal modelinə keçidin sürətləndirilməsini, emal və ixrac imkanlarının genişləndirilməsini, eləcə də ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini nəzərdə tutur.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, dövlət proqramı regionlarda istehsal infrastrukturunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Qeyd edilib ki, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaq konsolidasiyası və rəqəmsal idarəetmə həllərinin tətbiqi məhsuldarlığın artırılmasına töhfə verəcək. Salyan rayonunun torpaq konsolidasiyası üzrə pilot ərazi kimi seçildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, saxlama, emal və logistika infrastrukturunun inkişafı aqrar sektorda dayanıqlı inkişafı və fermer gəlirlərinin artımını dəstəkləyəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov isə söyləyib ki, Şirvan-Salyan iqtisadi rayonunun aqrar və akvakultura potensialının reallaşdırılmasında su ehtiyatlarının səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. O, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması, yeni suvarma kanallarının çəkilməsi və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində işlərin davam etdiyini nəzərə çatdırıb. Bildirilib ki, proqram çərçivəsində rəqəmsal monitorinq, dəqiq su uçotu və fermerlərin maarifləndirilməsi prioritet istiqamətlərdən olacaq.

Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun aqrar sahədə mövcud vəziyyəti barədə məlumat verib. Vurğulayıb ki, Biləsuvar pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində ölkənin aparıcı rayonlarından biridir. Aqroparkların fəaliyyəti və müasir suvarma sistemlərinin tətbiqinin istehsalın səmərəliyinin artırılmasına mühüm töhfə verdiyini qeyd edən F.Qürbətov əlavə edib ki, dövlət proqramı mövcud potensialın daha səmərəli reallaşdırılmasına və istehsal imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Müşavirədə Biləsuvar, Hacıqabul və Neftçala rayonlarından olan fermerlər və sahibkarlar təsərrüfatlarının mövcud vəziyyəti və ümumi inkişaf istiqamətləri barədə məlumat verib, kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir etdiyini qeyd ediblər.

Müşavirənin yekununda Xalid Əhədov dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmasında mərkəzi və yerli icra orqanlarının əlaqələndirilmiş fəaliyyətinin, eləcə də özəl sektorun fəal iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, dövlət proqramı regionlarda kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və emal imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və dövlət proqramının icrası prosesində nəzərə alınacaq.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini axmaqlıq adlandırıb

10:38
23 İyun

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb  

10:36
23 İyun

Dünya bazarında qızıl 65 dollar ucuzlaşıb

10:31
23 İyun

Dünya birjalarında neft ucuzlaşıb

10:31
23 İyun

Yaxın Şərqin uzaq sülhü, nəhayət, reallaşmaq üzrədir

09:55
23 İyun

Azərbaycan nefti 80 dollara satılır

09:50
23 İyun

Ölkəmizdə sağlamlıq turizminin coğrafiyası genişlənir

09:50
23 İyun

Göz önündə təhlükə saçan ağac

09:45
23 İyun

İran və ABŞ arasında danışıqlardan sonra dörd işçi qrupu yaradılıb

09:43
23 İyun

"Yaşıl dərə"də bələdiyyə parkı salınıb

09:40
23 İyun

Dünya çempionatı: Əlcəzair İordaniyanı üstələyib

09:35
23 İyun

"Ləzginka"nın ritmi məğrurluğa çağırışdır

09:35
23 İyun

Problem tam həllini tapacaq

09:30
23 İyun

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

09:25
23 İyun

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib

09:21
23 İyun

Kəndimizdə yaşamaq getdikcə daha rahat olur

09:20
23 İyun

Qalib Azərbaycan əsgərı başımızın tacıdır

09:15
23 İyun

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

09:13
23 İyun

Ziyadxan bayraq aşiqi idi

09:10
23 İyun

44 gün bir əlində cərrah bıçağı, bir əlində avtomat oldu

09:05
23 İyun

Yağışlar baramaçılığa təsir etsə də...

09:00
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!