25 İyun 2026 02:31
655
Nazirlər Kabineti
A- A+
“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə


№ 189


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. “Qaz təchizatı sisteminə dair Qaydalar”da Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir;

2.2. “Qaz təchizatı sisteminə dair Qaydalar”da həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

3. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8, maddə 1280 (Cild I); 2024, № 1, maddə 95, № 3, maddə 305; 2025, № 2, maddə 204, № 9, maddə 877, № 12 (II kitab), maddələr 1209, 1257) ləğv edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, 22 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb

18:49
16 İyul

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!