24 İyun 2026 21:07
135
SİYASƏT
A- A+
Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  


Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci Sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Məhəmməd Baqer Qalibafla əvvəlki görüşlərini məmnunluqla xatırladan Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının mühüm rolunu qeyd edib və bu konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.

Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova əlaqələrin bundan sonra da iki dost və qonşu ölkə arasında münasibətlərə uyğun şəkildə inkişaf edəcəyinə inamını bildirib. Qeyd olunub ki, hazırda iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir, yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. Bütün bunlar isə ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan verəcək.

Regionda baş verən son proseslər də görüş zamanı müzakirə olunub. Sahibə Qafarova aparılan danışıqların regionda gərginliyin azalmasına, davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib. Eyni zamanda, diqqətə çatdırılıb ki, məlum hadisələr zamanı Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan İrana ilk humanitar yardım göndərən ölkə olub. Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyev İran səfirliyinə gələrək matəm kitabını imzalayıb və xarici ölkədəki İran səfirliyinə gedən yeganə dövlət başçısı məhz Azərbaycan Prezidenti olub.

Görüşdə parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərdə özünəməxsus rolu qeyd olunaraq, tərəflərin parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub. İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Prezident İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsini, İran səfirliyinə gələrək matəm kitabını imzalamasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə edib. O, müharibə dövründə Azərbaycan dövlətinin və xalqının atdığı addımlara, göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib və bunların İran xalqı üçün çox dəyərli olduğunu vurğulayıb.

İran parlamentinin sədri qeyd edib ki, onun Azərbaycana səfəri və tədbirdə iştirakı da bu təşəkkürün ifadəsidir. O, göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və xalqına təşəkkür edib.

Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.

Məhəmməd Baqer Qalibaf, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının uğurla təşkil olunduğunu vurğulayıb və İƏT Parlament İttifaqında növbəti dövr üzrə sədrlik fəaliyyətində Milli Məclisin sədrinə uğurlar arzulayıb. O, regionda müsəlman ölkələri arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib.

İran parlamentinin sədri qanunvericilik orqanları arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, əlaqələrin daha da genişlənməsinin parlamentlərarası əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

BMT Baş katibi iqlim və enerji böhranı ilə bağlı çağırış edib

19:57
24 İyun

Alston Lourens: Əgər insanlar öz gələcəklərini müəyyən edə bilmirlərsə, bu, tam öz müqəddəratını təyinetmə deyil  

19:53
24 İyun

“SpaceX”dən 25 milyard dollarlıq istiqraz satışı

19:46
24 İyun

BMT böhran bölgələrindəki qadın və qızlar üçün 10 milyon dollar ayırıb

19:37
24 İyun

Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

19:23
24 İyun

AZAL üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsi Hamburqda təhvil verilib

19:06
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!