21 May 2026 08:30
243
Mədəniyyət
A- A+
Milli ornamentlərlə əhatələnən forum

Milli ornamentlərlə əhatələnən forum


Bakıda 2026-cı ilin ən mühüm beynəlxalq tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) davam edir. BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum dünyanın urbanizasiya gündəmini müəyyən edən ən nüfuzlu platformalardan biridir. Bakı forumu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ətrafında çağırışları və gələcək inkişaf strategiyalarını müzakirə etmək məqsədi daşıyır. Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi isə forumun miqyasını və beynəlxalq əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

Forumun keçirildiyi ilk gündən etibarən paytaxtımız tamamilə fərqli bir ab-havaya bürünüb. Şəhərin müxtəlif nöqtələrində yerləşdirilən forum simvolları, beynəlxalq nümayəndə heyətlərinin intensiv hərəkəti, müxtəlif dillərdə danışan insanların gəzintisi Bakının qlobal dialoq məkanına çevrildiyini hiss etdirir. Tədbirin əsas ünvanlarından biri olan Bakı Olimpiya Stadionu ətrafına yaxınlaşdıqca isə forumun miqyası daha aydın görünür. Stadionun ətrafında yaradılan xüsusi infrastruktur, təhlükəsizlik tədbirləri, böyük media platformaları və beynəlxalq pavilyonlar burada dünyanın ən böyük şəhərsalma tədbirlərindən birinin keçirildiyini nümayiş etdirir.

Forum məkanına daxil olan ziyarətçiləri ilk olaraq Azərbaycanın milli-mədəni irsini əks etdirən dekorativ elementlər qarşılayır. Ərazidə istifadə olunan vizual konsepsiya qədim milli ornamentlərlə müasir memarlıq estetikasını birləşdirir. Giriş hissəsindən başlayaraq, buta naxışlı dekorlar, xalça motivləri, milli ornamentli pərdələr və Azərbaycan mədəniyyətinə aid simvollar diqqəti cəlb edir. Burada məqsəd yalnız beynəlxalq tədbir keçirmək deyil, həm də ölkənin zəngin tarixini, mədəniyyətini və milli kimliyini xarici qonaqlara təqdim etməkdir.

Forum zonasının ümumi sahəsi 53 hektarı əhatə edir. Bu ərazidə plenar iclas zalları, sərgi pavilyonları, media mərkəzləri, innovasiya məkanları, açıq hava platformaları və müxtəlif müzakirə sahələri qurulub. Açılış və bağlanış mərasimlərinin keçirildiyi əsas zal eyni vaxtda 6 min nəfəri qəbul etmək imkanına malikdir. Gün ərzində burada müxtəlif sessiyalar, panel müzakirələri, təqdimatlar və tematik tədbirlər təşkil olunur. Şəhərsalma sahəsində fəaliyyət göstərən ekspertlər, memarlar, urbanistlər, investorlar, dövlət rəsmiləri, beynəlxalq təşkilat nümayəndələri və ekologiya üzrə mütəxəssislər bir araya gələrək gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu müzakirə edirlər.

Forumun əsas diqqət mərkəzində dayanıqlı inkişaf və urbanizasiya problemləri dayanır. İqlim dəyişikliklərinin şəhərlərə təsiri, "yaşıl enerji" mənbələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunması, rəqəmsal transformasiya, əlçatan nəqliyyat sistemləri və inklüziv şəhər mühiti tədbirin aparıcı mövzularındandır. Sessiyalarda xüsusilə sürətlə artan şəhər əhalisinin yaratdığı problemlər, yaşayış sahələrinin çatışmazlığı, ekoloji risklər və gələcək urbanizasiya modelləri ətrafında geniş fikir mübadiləsi aparılır. Dünyanın müxtəlif regionlarından gələn nümayəndələr öz ölkələrinin təcrübələrini təqdim edir, şəhərlərin inkişafında tətbiq olunan innovativ yanaşmalar haqqında məlumat verirlər.

Forum yalnız müzakirə platforması deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin qovuşduğu böyük beynəlxalq məkandır. Burada dünyanın fərqli ölkələrindən olan insanlar bir-biri ilə ünsiyyət qurur, təcrübə paylaşır və əməkdaşlıq imkanlarını müzakirə edirlər. Sərgi zonalarında yerləşən pavilyonlarda müxtəlif dövlətlərin şəhərsalma layihələri, texnoloji yenilikləri və urban inkişaf konsepsiyaları nümayiş etdirilir. Bəzi pavilyonlarda "ağıllı şəhər" texnologiyaları təqdim olunur, digərlərində isə ekoloji həllər, "yaşıl memarlıq" layihələri və alternativ enerji sistemləri nümayiş etdirilir.

Azərbaycan pavilyonu isə forum iştirakçılarının ən çox maraq göstərdiyi məkanlardan biridir. Burada ölkənin milli-mədəni irsi, memarlıq ənənələri və müasir inkişaf modeli bir arada təqdim olunur. Pavilyonda Azərbaycanın qədim şəhərsalma ənənələri ilə yanaşı, son illərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri də nümayiş etdirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" layihələri xarici qonaqlarda xüsusi maraq doğurur.

Sərgi ərazisində Azərbaycanın regionlarına aid milli geyim nümunələri də nümayiş olunur. Lahıc, Quba, Şirvan, Zaqatala, Qarabağ və Naxçıvan bölgələrinin milli geyimləri qədim sənətkarlıq ənənələrinin canlı nümunəsi kimi təqdim edilir. Hər bir geyimin yanında onun hazırlanma texnologiyası, istifadə olunan materiallar və üzərindəki ornamentlər barədə məlumat lövhələri yerləşdirilib. Ziyarətçilər geyimlərdəki zərif tikmə elementlərini, qədim toxuculuq sənətinin incəliklərini və zərgərlik nümunələrini yaxından izləyirlər.

Ən böyük maraq doğuran məkanlardan biri də xalçaçılıq guşəsidir. Burada peşəkar xalça ustaları öz əl işlərini nümayiş etdirir, qonaqlara Azərbaycan xalçaçılıq sənətinin tarixindən danışırlar. Xarici ziyarətçilər yalnız sərgiyə baxmaqla kifayətlənmir, eyni zamanda toxuculuq prosesində iştirak etməyə dəvət olunurlar. Xalçaçı xanımlar ilmələrin necə vurulduğunu, naxışların necə formalaşdığını izah edir, qonaqlar isə bu qədim sənətin incəliklərini öyrənməyə çalışırlar. Bu guşə forum iştirakçıları üçün həm maarifləndirici, həm də maraqlı milli mədəni təcrübənin bölüşməsinə çevrilib.

Sərgi boyunca milli geyimli gənclər xarici qonaqları qarşılayır, onlara Azərbaycan mədəniyyəti, adət-ənənələri və tarixindən ətraflı məlumat verirlər. Müxtəlif dillərdə ünsiyyət quran könüllülər forumun ən fəal iştirakçıları sırasında yer alırlar. Onlar qonaqlara tədbir məkanında istiqamət göstərir və Azərbaycan haqqında sualları cavablandırırlar. Forumun beynəlxalq xarakteri gənclərin kommunikasiya bacarıqlarını nümayiş etdirməsi üçün də geniş imkan yaradıb.

İştirakçıların xüsusi maraq göstərdiyi pavilyonlardan biri də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunan ekspozisiyadır. "İnklüzivlik və Yaradıcılığın Qovuşduğu Məkan" adı altında təqdim olunan pavilyonda mərkəzin təlimçiləri və benefisiarlarının hazırladığı yaradıcılıq nümunələri nümayiş etdirilir. Burada keramika, vitraj, bədii oyma, rəsm və dekorativ-tətbiqi sənətin müxtəlif istiqamətlərinə aid əl işləri sərgilənir. Pavilyonda Azərbaycanın tarixi memarlıq nümunələrini əks etdirən sənət əsərləri xüsusilə diqqət çəkir.

Mərkəzin fotoqrafiya istiqaməti üzrə hazırladığı xüsusi sərgi də ziyarətçilərin böyük marağına səbəb olub. Burada Bakının tarixi küçələri, müasir memarlıq nümunələri və paytaxtın urbanistik mənzərəsini əks etdirən fotolar nümayiş olunur. Şəhərin qədim və müasir simasının eyni sərgidə təqdim edilməsi Bakıdakı inkişaf dinamikasını aydın şəkildə göstərir.

Forum çərçivəsində hər gün müxtəlif master-klaslar təşkil olunur. Ziyarətçilər burada keramika hazırlanması, rəsm, xalçaçılıq, dekorativ sənət nümunələrinin işlənməsi və digər yaradıcılıq proseslərində iştirak edə bilirlər. Ən çox maraq doğuran məqamlardan biri isə xarici qonaqların bu proseslərə böyük həvəslə qoşulmasıdır. Onlar Azərbaycan sənətkarları ilə birlikdə müxtəlif əl işləri hazırlayır, milli mədəniyyətin bir parçasına çevrilirlər.

Tədbirin ən rəngarəng hissələrindən biri isə musiqi proqramlarıdır. Azərbaycan pavilyonunda gün ərzində milli musiqilər səsləndirilir, canlı ifalar təqdim olunur. Tar, kamança və nağara sədaları sərgi məkanına xüsusi ab-hava qatır. Xarici qonaqlar milli musiqiləri maraqla dinləyir, yerli iştirakçılarla birlikdə rəqs edirlər. Musiqi proqramları forumun rəsmi hissəsinə mədəni rəng qatmaqla yanaşı, Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya təqdimatında mühüm rol oynayır.

Forum iştirakçılarının diqqət çəkdiyi məqamlardan biri də Azərbaycanın müasir inkişaf modelinin təqdimatıdır. Pavilyonlarda ölkədə həyata keçirilən infrastruktur layihələri, yeni yaşayış kompleksləri, nəqliyyat sistemləri və ekoloji təşəbbüslər haqqında məlumat verilir. Xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri beynəlxalq qonaqlarda böyük maraq doğurur. Burada təqdim olunan maketlər və rəqəmsal təqdimatlar gələcəyin şəhərlərinin necə formalaşdırıldığını əyani şəkildə göstərir.

"WUF13" yalnız şəhərsalma forumu deyil, həm də beynəlxalq əməkdaşlıq platformasıdır. Tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir, yeni tərəfdaşlıqlar qurulur və birgə layihələr müzakirə olunur. Bir çox beynəlxalq şirkətlər və investorlar forumu gələcək əməkdaşlıqlar üçün mühüm imkan kimi qiymətləndirirlər. Burada təqdim olunan innovativ həllər və urban inkişaf layihələri gələcək illərdə müxtəlif ölkələrdə tətbiq oluna biləcək yeni yanaşmaların əsasını təşkil edir.

Şəhərin böyük beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi Azərbaycanın təşkilati imkanlarını və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirir. Xarici qonaqların böyük hissəsi Bakının təhlükəsizliyi, şəhər infrastrukturu, təmizliyi və müasir görünüşü haqqında müsbət fikirlər səsləndirirlər. Forum günlərində paytaxt dünyanın müxtəlif ölkələrindən gələn minlərlə insanın görüş nöqtəsinə çevrilib.

Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, gələcəyin şəhərləri yalnız böyük binalar və müasir texnologiyalar üzərində qurulmur. Burada əsas məsələ insan amili, sosial inklüzivlik, ekoloji təhlükəsizlik və dayanıqlı inkişafdır. Forum iştirakçıları hesab edirlər ki, gələcəyin şəhərləri həm texnoloji, həm ekoloji, həm də sosial baxımdan balanslı olmalıdır. Bu baxımdan, Bakıda keçirilən forum qlobal urbanizasiya gündəliyinin formalaşdırılmasına mühüm töhfə verir.

 

Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!