25 İyun 2026 14:58
709
Mədəniyyət
A- A+
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu təşkil olunub - YENİLƏNİB 

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu təşkil olunub - YENİLƏNİB 

İyunun 25-də Bakıda Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisiləri iştirak edib. Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.

Forumun açılış mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, İraq parlamentinin kərküklü deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihi, Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci, Livanda “Azərbaycan Evi” nin rəhbəri Xalid Gani, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, İraqdakı Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafanın və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, türkman icmaları arasında əlaqələrin gücləndirilməsi, ortaq tarixi və mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi bu cür forumların əsas məqsədlərindən biridir. Qeyd olunub ki, türkmanların yaşadığı coğrafiyalarda mədəni kimliyin qorunması, dil və ənənələrin yaşadılması xüsusi əhəmiyyət daşıyır.

Natiqlər bildiriblər ki, Azərbaycan bu sahədə mühüm platforma rolunu oynayır və türkman icmaları arasında dialoqun genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi istiqamətində vacib mərkəzlərdən biridir.

Eyni zamanda qeyd olunub ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən türkman təşkilatları arasında əlaqələrin sistemləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni əməkdaşlığın dərinləşdirilməsi gələcəkdə daha güclü nəticələrə yol aça bilər.

Forum çərçivəsində Azərbaycanın QHT Agentliyinin donorluğu ilə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi “Kərkük oğuz gözəli” adlı yeni musiqi əsərini ilk dəfə ictimaiyyətə təqdim edib. Mahnının sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Əsəri Əməkdar artist, görkəmli vokal ustası Ramil Qasımov ifa edib. Estrada-simfonik orkestr və xor kollektivinin də iştirakı ilə yüksək estetik zövqlə işlənilmiş əsər Kərkükün qədim Oğuz-türk ruhunu, Azərbaycanla mənəvi tellərini canlandırır.

Tədbir musiqi əsərinin mətnindən bəhrələnən “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsi ilə davam edib.

Türkman irsi üzrə tədqiqatçı, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayevin moderatorluğu ilə keçirilən paneldə professor, Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev, İraqın Türkman Alimlər Birliyinin sədri Nebil Şahin Kifrili, Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Esat Arber Hasan, İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyüp Kərəm, Suriya Türkman Dərnəkləri Federasiyasının rəhbəri Ali Bedo Mustafa məruzələrlə çıxış ediblər.

Panel iştirakçıları türkman icmaları arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, ortaq tədqiqatların aparılması, arxiv və folklor materiallarının toplanması, eləcə də akademik mübadilələrin genişləndirilməsi bu istiqamətdə mühüm nəticələr verə bilər.

Sonda qeyd olunub ki, belə forum və panellər türkman irsinin beynəlxalq səviyyədə tanıdılmasına, elmi dairələrdə daha geniş müzakirə olunmasına və ortaq mədəni dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Forum bədii hissə ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!