26 İyun 2026 08:50
804
Mədəniyyət
A- A+
Ekranlardan düşməyən "Babək"

Ekranlardan düşməyən "Babək"


Bu film Azərbaycan kino sənətinin ən möhtəşəm və ən böyük büdcəli tarixi şah əsəridir


Azərbaycan xalqının çoxəsrlik mübarizə tarixinə işıq salan, milli azadlıq və qürur hisslərini alovlandıran elə sənət əsərləri var ki, onlar zamanın sınağından keçərək yaddaşlarda yaşayır və özünə əbədilik qazanırlar. Milli kino tariximizin zirvəsində dayanan, hər baxışda damarlardakı qanı donduran və milli qürur hissini coşduran belə şah əsərlərdən biri də tarixi-biblioqrafik janrda çəkilmiş "Babək" bədii filmidir. 

Bu ekran işində sadəcə IX əsrin sərkərdəlik salnaməsi deyil, eyni zamanda əsarətə baş əyməyən bir xalqın azadlıq və müstəqillik uğrunda mücadiləsi öz əksini tapıb. Çəkildiyi dövrdə sərt sovet ideologiyasına və senzura buxovlarına baxmayaraq, rejissor Eldar Quliyevin və ssenari müəllifi Ənvər Məmmədxanlının cəsarəti sayəsində filmdə milli dövlətçilik, torpağa bağlılıq və əyilməz ruh ideyası ön plana çıxarılmışdır. Bu gün yaradılmasından yarım əsrə yaxın keçməsinə baxmayaraq, "Babək" filmi hələ də tamaşaçısını heyran qoymaqda, gənc nəsillərə vətənpərvərlik ruhu aşılamaqda davam edir. Film kinomuzun gücünü və milli düşüncəmizin sarsılmazlığını dünyaya bəyan edən gerçək abidədir. 


Milyonların sevgisi və böyük büdcə


Film "Azərbaycanfilm" və "Mosfilm" kinostudiyalarının müştərək yaradıcılıq məhsuludur. Çəkilişlər üçün o dövrün ən yüksək rəqəmi sayılan 1 milyon 650 min rubl vəsait ayrılmışdır. Ekran əsəri dünyanın 60-dan çox ölkəsi tərəfindən alınmış və göstərilmişdir. Təkcə ilk nümayiş ilində film 35 milyon tamaşaçı toplamışdır. Döyüşçülər üçün SSRİ-nin müxtəlif fabrik və emalatxanalarında 1500-dən çox xüsusi tarixi geyim tikilmişdir. 

Babək rolunu canlandıran Rasim Balayev öz möhtəşəm oyunu ilə bu obraza ikinci həyat qazandırmışdır. Aktyorun yaratdığı Babək obrazı təkcə qılınc oynadan sərkərdə deyil, həm də dərin təfəkkürlü filosof, xalqının dərdini çəkən rəhbərdir. R.Balayevin gur səsi, iti baxışları və xüsusilə filmin finalındakı edam səhnəsində nümayiş etdirdiyi məğrurluq Azərbaycan kinosunun ən unudulmaz vizual möhürüdür. 

Şahmar Ələkbərovun yaratdığı Cavidan obrazı filmin ideoloji təməlidir. O, xalqın gələcək rəhbərini görən, ona yol göstərən qüdrətli lider obrazını çox böyük ustalıqla, emosional və xarizmatik şəkildə canlandırıb. Həsənağa Turabovun Afşin obrazı filmin ən çətin və mürəkkəb psixoloji personajıdır. Turabov öz dühası ilə Afşini sadəcə "mənfi qəhrəman" kimi yox, daxili ziddiyyətlər içində boğulan, rəqibinə hörmət edən, amma imperiyanın quluna çevrilmiş faciəvi bir sərkərdə kimi təqdim edir. Amaliya Pənahovanın Zərnisəsi filmdəki psixoloji gərginliyi və dramaturji xətti ən yüksək zirvəyə çatdırır. Ekran əsərində eyni zamanda Hamlet Xanızadə, Ənvər Həsənov, Səməndər Rzayev, Mikayıl Mirzə, Hacımurad Yegizarov, Muxtar Maniyev, Süleyman Ələsgərov kimi aktyorlar çəkiliblər.  

Filmin məzmunu bir neçə dramatik mərhələdən ibarətdir. İki seriyadan ibarət olan filmin süjet xətti xilafət zülmünün son həddə çatdığı, insanların əsarət altında inildədiyi bir dövrdə başlayır. Bəzz qalası azadlıq ideyalarının ocağıdır və bu hərəkata qüdrətli Cavidan rəhbərlik edir. Təsadüfi bir qarşılaşma nəticəsində Cavidan gənc, cəsur və yüksək təfəkkürə malik Babəki kəşf edir. Daxili çəkişmələr və ərəb qoşunları ilə döyüşlərin birində Cavidan ölümcül yaralanır. O, ölüm yatağında hərəkatın rəhbərliyini və xalqın gələcəyini məhz Babəkə vəsiyyət edir.

Babəkin rəhbərliyə gəlməsi ilə hərəkat yeni, daha mütəşəkkil və qüdrətli bir mərhələyə qədəm qoyur. O, pərakəndə halda olan qüvvələri birləşdirir, xalqı vahid bir ideya ətrafında toplayır. Ekran əsərində Babək eyni zamanda mükəmməl hərbi strateq və ədalətli rəhbərdir. Filmdə xalqın ona olan sonsuz inamı, kəndlilərin, sənətkarların azadlıq naminə canlarından keçməyə hazır olması kütləvi səhnələrlə heyranedici şəkildə təsvir olunur. Babəkin başçılığı altında Xürrəmilər ordusu Xilafətin ən güclü sərkərdələrini və böyük ordularını dəfələrlə məğlubiyyətə uğradır.

Filmin ən güclü dramaturji xətti daxili ziddiyyətlər və xəyanət mövzusudur. Xilafət Babəki döyüş meydanında məğlub edə bilməyəcəyini anlayanda, hiyləyə əl atır. Bu missiya əslən türk soylu olan bacarıqlı sərkərdə Afşinə həvalə olunur. Afşin obrazı vasitəsilə filmdə böyük bir tarixi faciə - eyni kökdən olan insanların imperiyanın maraqları naminə üz-üzə gəlməsi nümayiş etdirilir. Digər tərəfdən, Babəkin ətrafında olan bəzi feodalların və sərkərdələrin (məsələn, Müaviyənin) şəxsi maraqlarını və var-dövləti vətəndən üstün tutaraq satqınlıq yolunu seçməsi Bəzz qalasının süqutunu qaçılmaz edir.

Qalanın süqutu və əbədiyyətə ucalan finalda uzun sürən mühasirə, qeyri-bərabər döyüşlər və xəyanətlər nəticəsində Bəzz qalası qan içində sakitliyə çökür. Babək yaxın sığınacaq tapmaq ümidi ilə Arran tərəfə keçsə də, inandığı müttəfiqi Səhl ibn Sumbat tərəfindən satılaraq ərəblərə təslim edilir.

Ekran əsərinin finalı dünya kino tarixinin ən təsirli və fəlsəfi sonluqlarından biridir. Samarra şəhərində, xəlifənin və saray əhlinin qarşısında edam olunarkən belə Babək diz çökmür. Onun sağ və sol qolları kəsilərkən üzünün qorxudan deyil, qan itkisindən ağardığını bəyan etmək üçün öz qanını üzünə sürtməsi səhnəsi filmin kulminasiya nöqtəsidir. Babək ölümü ilə ölümsüzlüyə qovuşur.

Filmin ən çətin və mühüm epizodları Naxçıvanın, xüsusilə Culfa rayonunun sıldırım qayalıqlarında lentə alınmışdır. Bakıdakı Ramana qalası və Suraxanı "Atəşgah"ı filmin əsas çəkiliş məkanları rolunu oynamışdır. Polad Bülbüloğlunun bəstələdiyi simfonik musiqi filmin dramatik yükünü və döyüş ruhunu mükəmməl şəkildə tamamlayır.


"Babək" filminin çəkilişində Heydər Əliyevin rolu


"Babək" filminin ərsəyə gəlməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna və həlledici rolu olmuşdur. O dövr Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevin birbaşa siyasi iradəsi, dəstəyi və müdaxiləsi olmasaydı, sovet ideologiyasının və senzurasının hökm sürdüyü bir vaxtda belə nəhəng milli tarixi layihənin reallaşması mümkün deyildi. Sovet İttifaqı dövründə milli qəhrəmanlar haqqında, xüsusən də imperiyaya (ərəb xilafətinə qarşı olsa belə, mahiyyətcə mərkəzi hakimiyyətə qarşı) üsyan etmiş bir şəxs barədə irimiqyaslı film çəkmək  böyük siyasi risk daşıyırdı. Heydər Əliyev öz nüfuzundan istifadə edərək filmin çəkilişinə  Moskvadan icazə almasını  təmin etdi və layihəyə  "Mosfilm" kinostudiyasının tərəfdaş kimi cəlb olunmasına nail oldu. Filmin ümumi büdcəsi qeyd etdiyimiz kimi, 1 milyon 650 min rubl idi. Amma ilkin olaraq SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən ayrılan vəsait belə genişmiqyaslı tarixi ekran əsəri üçün  kifayət etmirdi. Heydər Əliyevin birbaşa göstərişi və rəsmi müdaxiləsi ilə Azərbaycan tərəfindən film üçün əlavə xüsusi vəsait ayrıldı. 

Heydər Əliyev filmin ssenarisini və çəkilişini diqqətdə saxlayaraq ekran işinin sovet təbliğatı içində boğulmasının qarşısını aldı. O, Babək obrazının xalqın azadlıq, müstəqillik və sarsılmaz dövlətçilik ruhunun simvolu kimi qabardılmasına yaşıl işıq yandırdı. Rejissor Eldar Quliyev və baş rolun ifaçısı Rasim Balayev öz müsahibələrində dəfələrlə vurğulamışlar ki, Heydər Əliyevin böyük mənəvi sipəri və himayəsi olmasaydı, film bu gün heyranlıqla baxdığımız yüksək zirvəyə ucalmazdı.

Bir maraqlı məqamı da qeyd etmək yerinə düşərdi. Filmin ən böyük kütləvi və döyüş səhnələri Naxçıvanda lentə alınırdı. Lakin çəkiliş dövrü Naxçıvan üçün strateji əhəmiyyət kəsb edən məhsuldar üzüm yığımı mövsümünə təsadüf edirdi. Buna görə yerli rəhbərlik insanları çəkilişlərə və kütləvi səhnələrə buraxmaqda çətinlik çəkirdi. Məsələdən xəbər tutan Heydər Əliyev dərhal prosesə müdaxilə edərək yerli rəhbərliyə qəti tapşırıq verir ki, "Babək" filmi üçün lazım olan bütün şərait yaradılsın: "Eybi yox, Naxçıvan bu il üzümü  az yığsa da olar. Heç bir məsələ bu filmin çəkilişindən əhəmiyyətli deyil". Bu göstərişdən sonra yerli əhali, texnika və hərbi hissələr kütləvi döyüş səhnələrinin çəkilişinə tam səfərbər olunur. 

"Babək" filmi təkcə Azərbaycan kino sənətinin zirvəsi deyil, həm də xalqımızın milli azadlıq və mübarizə tarixini yaşadan canlı bir abidədir. Sovet imperiyasının tərkibində olduğumuz, milli kimliyimizin sıxışdırıldığı dövrdə çəkilən bu  film xalqa öz şanlı keçmişini, sarsılmaz ruhunu və azadlıq ideallarını xatırladan tribuna rolunu oynamışdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb

18:49
16 İyul

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!