28 İyul 2026 09:00
171
İQTİSADİYYAT
A- A+
Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı


Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə Göygöldə V Milli Yaylaq Festivalı keçirilib. 

Rayon icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Dünya Etnoidman Konfederasiyasının və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təşəbbüsü ilə keçirilən festival iştirakçılara əsl bayram ovqatı  yaşatmışdır. 

"Xan Yurdu" etnoqəsəbəsində keçirilən festivalda iştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini birdəqiqəlik sükutla yad etmişlər. Sonra rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Göygölün qədim tarixə malik olduğunu diqqətə çatdırmış,  Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin irsimizin qorunması, bölgələrimizin sosial-iqtisadi inkişafı və turizm potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, mədəni irsimizin təbliği, mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması və qədim ənənələrimizin yaşadılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  gördüyü işlərdən söz açmışdır. 

Sonra gənclər və idman naziri Fərid Qayıbov və Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop və digər natiqlər festivalın əhəmiyyətindən bəhs edərək belə tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd etmişlər. Tədbirin layihə rəhbəri Müzadil Həsənov isə çıxış edərək vurğulamışdır ki, festival ilbəil miqyasını genişləndirərək təkcə yerli qonaqların deyil, eyni zamanda xarici turistlərin də böyük maraq göstərdikləri beynəlxalq platformaya çevrilmişdir.

Sonra əsrarəngiz Xan Yaylağı ərazisində yerləşən "Xan Yurdu " etnoqəsəbəsində V Milli Yaylaq Festivalına start verilmişdir. Festivalda "Xan Çadırı"nda xalçaçılıq sənətinin sərgisi, "Sənətkarlıq guşəsi", milli idman növləri (oxatma, atçılıq, zorxana və sair), etnospor-oxatma məşqləri, uşaqlar üçün guşə, aşıq musiqisi, folklor-tamaşalar, yorğa atların sərgisi, kəndirbazlar, həmçinin "Yaylaq süfrəsi" və sair tematik sahələr nümyiş etdirilmişdir. Festivalda xarici qonaqların çıxışları da maraqla qarşılanmışdır. 

Artıq ənənə halını almış Milli Yaylaq festivalları iştirakçılarda təkcə bayram ovqatı   yaratmır, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsində, bölgələrin turizm potensialının tanıdılmasında və milli dəyərlərin təbliğində mühüm rol oynayır. Bu dəfə də istisna olmadı. 3 gün davam edən 5-ci festivala ölkəmizin müxtəlif regionlarından, həmçinin 20-dən artıq ölkədən çoxsaylı qonaqların qatılması da bunu sübut edir.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!