28 İyul 2026 09:20
85
DÜNYA
A- A+
Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 


Bu obyektlər UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib


Yunanıstan hakimiyyəti illərdir ki, buna nail olmaq istəyirdi: nəhayət, UNESCO Olimp dağını dünyanın ən ikonik abidələrindən biri kimi tanıyıb. Dünya İrs Siyahısına həmçinin müttəfiqlərin Normandiyada desant atdığı çimərliklər və İtaliyadakı "xalq" teatrları da daxil edilib.

Yunanıstanın Mədəniyyət, Ətraf Mühit və Enerji nazirliklərinin birgə bəyanatına görə, Olimp dağının Dünya İrs Siyahısına daxil edilməsi "mədəni və təbii irsin qorunmasında ən əhəmiyyətli beynəlxalq nailiyyətlərdən biridir, çünki bu, geniş Olimpiya ərazisinin görkəmli universal dəyərini tanıyır və onu ən ikonik abidələr sırasına daxil edir". Baş nazir Kiriakos Mitsotakis öz bəyanatında vurğulayıb ki, bu gündən etibarən mifik Olimp bəşəriyyətə məxsusdur və qorunmalıdır. UNESCO-nun onu Dünya İrs Siyahısına daxil etmək barədə yekdil qərarı ən yüksək miqyaslı milli uğurdur.

 Qeyd edək ki, ildırımın  və şimşəyin "yaradıcısı" Zevsin başçılıq etdiyi 12 olimpiya Tanrısının mifik evi olan Olimpin UNESCO siyahısına daxil edilməsi Yunanıstan hökumətinin son 12 ildəki səylərinin bəhrəsidir. Ölkənin ən yüksək dağı - 2918 metr yüksəklikdə yerləşən bu dağ biomüxtəlifliyi ilə seçilən unikal təbii landşaftdır. Burada çoxsaylı nadir flora və fauna növləri yaşayır. Bundan əlavə, Olimp massivinin uzandığı bölgə din, tarix və mədəniyyətin simbiozunu təmsil edən abidələrin bolluğu ilə məşhurdur.

Cənubi Koreyanın Busan şəhərində keçirilən  sessiyada onlarca namizəd nəzərdən keçirilib. Komitə həmçinin İkinci Dünya müharibəsi zamanı Qərbi Avropanı nasist işğalından azad etmək kampaniyasının bir hissəsi olan Normandiyadakı müttəfiqlərin desant atdığı 5 çimərliyi Dünya İrs Siyahısına daxil edib.

Dünya İrs Komitəsinə namizədləri qiymətləndirən Beynəlxalq Abidələr və Yerlər Şurası (ICOMOS) ərazidə geniş alman istehkamlarının xarabalıqları, bombardman basqınlarının görünən izləri və gəmi qəzalarının olduğu qənaətinə gəlib - bu, "Avropa qitəsində azadlığı bərpa etmiş və davamlı sülhü elan etmiş hesab olunan" tarixi bir hadisənin sübutudur.

Qədim Yaponiya paytaxtları Asuka və Fucivara, eləcə də təxminən 6 milyon antilopun hərəkətini əhatə edən, planetdə Böyük Nil Miqrasiyası kimi tanınan ən böyük quru məməlilərinin miqrasiyasına evsahibliyi edən Cənubi Sudanın Boma-Bandingilo bölgəsi də UNESCO siyahısında yer alıb. Siyahıya həmçinin İtaliyanın Marke bölgəsinin tarixi teatrları, Fransanın Langedok Kral Qalaları kompleksi (Forteresses royales), Finlandiyada Alvar Aalto tərəfindən tikilmiş 13 memarlıq obyekti (Aalto Works), Berlinin Zehlendorf Meşə Məskəni (Waldsiedlung Zehlendorf), İranın Əlamut qalası, San-Tome və Prinsipinin 19-cu əsrə aid tarixi kənd təsərrüfatı torpaqları, müstəmləkə aqrosənaye kompleksləri və plantasiyaları - rokaslar və Özbəkistanın paytaxtı Daşkənddəki müasir memarlıq ansamblı daxil edilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!