28 İyul 2026 08:45
197
SİYASƏT
A- A+
Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir


Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubu iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir. Ölkə rəhbərinin də vurğuladığı kimi, Azərbaycan Birləşmiş Krallıqla münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Böyük Britaniya şirkətləri Azərbaycanda həm neft, həm də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərirlər və bu əlaqələr uzun illərdir davam edir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etmələri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Tural GƏNCƏLİYEV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan-Birləşmiş Krallıq əlaqələri çox dərin köklərə bağlıdır və iki ölkə arasında münasibətlər ölkəmizin müstəqilliyini hələ yeni qazandığı günlərdən başlayıb. Həmin dövrdən bəri  ölkəmizin neft-qazının Avropaya ixracı üçün Böyük Britaniyanın və şirkətlərinin Azərbaycana yatırdıqları investisiyalar, böyük layihələrin - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, daha sonra "Cənub qaz dəhlizi"nin çəkilməsi, TANAP və TAP layihələrinin inkişaf etdirilməsi, eyni zamanda, Britaniyanın BP kimi böyük şirkətinin on milyardlarla dollar investisiya yatırması əlaqələrimizin  nə qədər sıx olduğunu göstərir. "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı özünəməxsus ölkədir və dünyada güc mərkəzlərindən biri olaraq Azərbaycanla münasibətlərini sırf ikitərəfli konteksdə Avropa İttifaqından, ABŞ-dən ayrı və müəyyən cəhətləri nəzərə almaqla inkişaf etdirir. Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrlə yanaşı, siyasi, hərbi və təhlükəsizlik sahələrində də əməkdaşlıqlar illər boyu inkişaf edib. Böyük Britaniya Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi və daha sonrakı dövrdə obyektiv, ədalətli mövqe nümayiş etdirən tərəf kimi imic formalaşdırıb və rəsmi Bakı ilə həmişə praqmatik münasibətlər qurmağa çalışıb. Çünki Birləşmiş Krallıq Sovet İttifaqı dağılandan sonra Qafqazın, Xəzər hövzəsinin və bu xüsusda Azərbaycanın dəyərini, strateji vizyonu olan ölkə olduğunu yaxşı anlayırdı. Bu baxımdan Azərbaycanla münasibətlərini məhz o vaxtdan yüksək səviyyədə qurub", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubu Azərbaycanın yeni hökumətlə də münasibətlərinin yüksək səviyyədə inkişaf edəcəyini göstərir. Bu əlaqələr həmçinin başqa parametrləri də əhatə edir. Parlamentlərarası dostluq qrupları, işçi qruplar öz fəaliyyətini davam etdirir, qarşılıqlı səfərlər, parlamentarilərin fəaliyyəti intensiv xarakter daşıyır. 

T.Gəncəliyev bildirib ki, Azərbaycan-Böyük Britaniya əlaqələri həmçinin  humanitar, iqtisadi, ticarət, kommunikasiya xətləri baxımından da yüksək səviyyədədir: "Bir sözlə, Britaniya hazırda istər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə - İran ətrafındakı müharibə kontekstində Azərbaycanı böyük Avrasiyanın strateji, ən dəyərli açar ölkəsi kimi görür. Birləşmiş Krallıq Orta dəhlizin, "Şərq-Qərb" marşrutunun önəmini, xüsusilə Azərbaycanın burada oynadığı əsas rolu dəyərləndirir. Xüsusilə postmünaqişə dövründə ölkəmizin yeni reallıq formalaşdırdığını və "orta güc" kimi özünü göstərdiyini bilir. Buna görə də Azərbaycanla ikitərəfli əlaqələrini genişləndirir və möhkəmləndirir". 

Deputat yekunda vurğulayıb ki, Böyük Britaniya-Azərbaycan əlaqələrinin genişlənməsi üçün böyük imkanlar mövcuddur və münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!