28 İyul 2026 03:16
3648
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 39-cu maddə üzrə:

1.1.1. 39.4-cü maddədə "təsviri, spesifikasiyası və nümunəsi" sözləri "məzmunu" sözü ilə əvəz edilsin;

1.1.2. 39.5-ci maddənin ikinci cümləsi çıxarılsın;

1.2. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"41.2. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi müsbət həll edildikdə bu barədə qərarın verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra həmin qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təqdim etdikləri elektron poçt ünvanına göndərilir.";

1.3. 42-ci maddə üzrə:

1.3.1. 42.6-cı maddədə "edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə" sözləri "edildikdə" sözü ilə, "qərar təqdim edir" sözləri "qərarı "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edir, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərir" sözləri ilə əvəz edilsin;

1.3.2. 42.8-ci maddədə "fərdi olaraq doldurulması, verilməsi" sözləri "elektron qaydada tərtib olunması, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi və onun müraciət edənin təqdim etdiyi elektron poçt ünvanına göndərilməsi" sözləri ilə əvəz edilsin;

1.4. 43.1.4-cü maddəyə "olmadıqda" sözündən sonra "və ya bu Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 41.3-cü və 41.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

Maddə 2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88 (Cild I); 2025, № 6, maddə 523, № 7, maddə 629; 2026, № 1, maddə 8) 3-cü maddəsinin birinci hissəsinin 4-cü bəndində "nümunəli" sözü "məzmunlu" sözü ilə əvəz edilsin.

Maddə 3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026,  № 1, maddələr 8, 13, 20; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 14.9-cu maddəsindən "və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın" sözləri çıxarılsın.

Maddə 4. Keçid müddəa

Bu Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə elektron qaydada tərtib olunur, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də müraciət edənin elektron poçt ünvanına göndərilir və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

Beyni qocalmaqdan qoruyan vitamin məlum olub

19:11
28 Sentyabr

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 

18:58
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

18:31
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

18:20
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

17:53
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!