28 İyul 2026 08:10
147
SİYASƏT
A- A+
Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 


Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında formalaşan yeni əməkdaşlıq modeli bütün dünya tərəfindən böyük diqqətlə izlənilir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, hazırda Azərbaycan-Mərkəzi Asiya formatı ikitərəfli münasibətlərin inkişafı ilə bərabər, həm də Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasına xidmət edən strateji platformaya çevrilməkdədir. 

Dövlətimizin başçısının məsələ ilə bağlı çıxışlarında vurğulanan əsas məqamlardan biri ondan ibarətdir ki, bu ölkələr arasında əlaqələr təsadüfi siyasi maraqlar üzərində deyil, əsrlərlə formalaşmış ortaq tarix, mədəniyyət, dil yaxınlığı və qarşılıqlı etimada əsaslanır. Məhz bu tarixi təməl yeni siyasi və iqtisadi əməkdaşlıq modelinin bünövrəsini təşkil edir. Beləliklə, ilk növbədə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin inkişafı ortaq maraqlara əsaslanır. Bu ölkələr bir-birini tamamlayan iqtisadi potensiala malikdir. Daha sonra Azərbaycan Xəzər regionunda mühüm nəqliyyat və enerji qovşağı kimi çıxış edir. Mərkəzi Asiya ölkələri üçün isə Azərbaycan üzərindən dünya bazarlarına çıxış imkanlarının genişlənməsi xüsusi əhəmiyyət daşıyır.


Tarixi köklərə söykənən strateji tərəfdaşlıq


Azərbaycan və Mərkəzi Asiya xalqları minilliklər boyu eyni sivilizasiya məkanının tərkib hissəsi olmuşlar. Böyük İpək yolunun mühüm qovşaqlarında yerləşən bu ölkələr tarix boyu ticarət, elm, mədəniyyət və mənəvi dəyərlərin mübadiləsində əhəmiyyətli rol oynamışlar. Türk xalqlarının ortaq etnik və mədəni kökləri, dil yaxınlığı, oxşar adət-ənənələr və ortaq tarixi yaddaş bu münasibətlərin möhkəm bünövrəsini təşkil edir. Müstəqillik əldə etdikdən sonra isə bu tarixi bağlar yeni siyasi məzmun qazanaraq dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yalnız diplomatik əlaqələr kimi deyil, ortaq kimlik və qarşılıqlı etimada əsaslanan uzunmüddətli strateji əməkdaşlıq kimi qiymətləndirir. Son illər dövlət başçıları arasında intensiv qarşılıqlı səfərlər, imzalanan çoxsaylı sazişlər və reallaşdırılan birgə layihələr də bunun praktik təsdiqidir.

Dünyada baş verən geosiyasi dəyişikliklər, qlobal nəqliyyat marşrutlarının yenidən formalaşması və beynəlxalq ticarətdə alternativ dəhlizlərə artan maraq bu ölkələr arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da yüksəldir. Təbii ki, belə bir əməkdaşlıq təkcə region dövlətlərinin maraqlarına xidmət etmir. Azərbaycan-Mərkəzi Asiya formatı Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın sürətlənməsinə, yeni logistika marşrutlarının formalaşmasına və qlobal ticarətin təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.

Ölkəmiz artıq Xəzər dənizinin qərb sahilində mühüm logistika mərkəzinə çevrilib. Mərkəzi Asiya dövlətləri isə Xəzərin Şərq sahilindən Avropa bazarlarına çıxış üçün ən etibarlı tərəfdaşlardan biri kimi məhz Azərbaycana üstünlük verirlər. Bu qarşılıqlı maraqlar yeni regional əməkdaşlıq modelini daha da möhkəmləndirməkdədir.

Cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda suallara verdiyi cavablarda  diqqətçəkən mühüm məqamlardan biri də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin faktiki olaraq vahid iqtisadi və siyasi məkan yaratması barədə səsləndirdiyi fikirlər idi. Bu yanaşma heç də formal inteqrasiya layihəsi sayılmamalıdır. Son illər həyata keçirilən çoxsaylı nəqliyyat, enerji, rəqəmsallaşma və investisiya layihələri göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri artıq vahid iqtisadi zəncirin mühüm halqalarına çevrilirlər. Ticarət dövriyyəsinin artması, gömrük prosedurlarının sadələşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi, birgə investisiya fondlarının yaradılması və biznes mühitinin yaxınlaşdırılması bu prosesi sürətləndirən əsas amillərdəndir. Siyasi baxımdan da dövlətlərin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi, regional təhlükəsizlik məsələlərində oxşar mövqelər nümayiş etdirmələri və suverenlik prinsipinə sadiqlik vahid siyasi baxışın formalaşdığını göstərir.


Türk Dövlətləri Təşkilatı inteqrasiyanın əsas platformasıdır


Azərbaycan və Mərkəzi Asiya əməkdaşlığından danışarkən Türk Dövlətləri Təşkilatının (TDT) rolu xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışlarında da bu təşkilatın region dövlətlərini bir araya gətirən əsas siyasi platformalardan biri olduğu aydın şəkildə hiss olunurdu.

Son illər Türk Dövlətləri Təşkilatı yalnız mədəni-humanitar əməkdaşlıq mexanizmi olmaqdan çıxaraq iqtisadi, nəqliyyat, enerji, rəqəmsal transformasiya, investisiya, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı təşviq edən nüfuzlu beynəlxalq quruma çevrilib. Azərbaycan bu təşkilatın inkişafına mühüm töhfə verən aparıcı dövlətlərdəndir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, türk dünyasının həmrəyliyi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir.

TDT çərçivəsində qəbul olunan qərarlar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına, gömrük prosedurlarının uyğunlaşdırılmasına, rəqəmsal ticarətin genişləndirilməsinə və investisiya əməkdaşlığının güclənməsinə mühüm təkan verir. Bu baxımdan Azərbaycan-Mərkəzi Asiya formatı TDT-nin praktik fəaliyyətinin ən uğurlu xətlərindən biri kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin Mərkəzi Asiya regionu üzrə həyata keçirdiyi siyasətdə, o cümlədən türk dünyasının birliyinə xidmət edən strateji qərarlarında Azərbaycan-Özbəkistan münasibətləri xüsusi yer tutur. Hər iki ölkə arasında əlaqələr son illər görünməmiş sürətlə inkişaf edərək strateji müttəfiqlik mərhələsinə yüksəlib. Azərbaycan və Özbəkistan prezidentləri arasında formalaşmış qarşılıqlı etimad münasibətləri iqtisadi, siyasi və humanitar əməkdaşlığın bütün istiqamətlərinə müsbət təsir göstərməkdədir. İki ölkə arasında sənaye kooperasiyası, avtomobil istehsalı, kənd təsərrüfatı, tekstil sənayesi, enerji, tikinti, logistika və investisiya sahələrində həyata keçirilən layihələr əməkdaşlığın real iqtisadi nəticələr verdiyini nümayiş etdirir.

Qarabağın bərpasında Özbəkistanın göstərdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Füzuli şəhərində Özbəkistanın inşa etdiyi məktəb kompleksi iki ölkə arasında dostluğun və qardaşlığın rəmzinə çevrilib. Bu layihə humanitar əməkdaşlığın siyasi münasibətləri daha da möhkəmləndirdiyini göstərən nümunələrdəndir. Azərbaycan və Özbəkistan həm də Türk Dövlətləri Təşkilatının inkişafı istiqamətində oxşar baxışlara malikdirlər. Hər iki ölkə təşkilatın institusional gücləndirilməsini, iqtisadi inteqrasiyanın dərinləşdirilməsini və nəqliyyat əlaqələrinin genişləndirilməsini prioritet hesab edir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bu məsələyə xüsusi münasibət bildirmişdi: "Bir çox iqtisadi-sənaye layihələri icra edilir. Həm Azərbaycan investisiyaları, həm Özbəkistan investisiyaları qoyulur. Biz 500 milyon dollar dəyərində birgə sərmayə fondu yaratdıq. Bu sərmayə fondu həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycanın neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə bir müjdə, xoş xəbər verəcəklər. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir və ümid edirəm ki, "Üstyurt" yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq".


Nəqliyyat və logistika əməkdaşlığın əsas dayağıdır


Hazırda xüsusi vurğulanan istiqamətlərdən biri də nəqliyyat və logistika layihələrinin inkişafıdır. Azərbaycan Avropa ilə Asiya arasında ən mühüm tranzit qovşağıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil magistralları və geniş logistika infrastrukturu Mərkəzi Asiya yüklərinin dünya bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhliz son illərdə xüsusi aktuallıq qazanıb. Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropa bazarlarına daşınması qlobal ticarətdə yeni alternativ kimi çıxış edir.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat sahəsində koordinasiyanın gücləndirilməsi yükdaşımaların həcmini artırır, logistika xərclərinin azalmasına, çatdırılma müddətinin qısalmasına və regional iqtisadi inteqrasiyanın sürətlənməsinə xidmət edir. Eyni zamanda rəqəmsal logistika platformalarının yaradılması, gömrük prosedurlarının elektronlaşdırılması və vahid tranzit mexanizmlərinin tətbiqi regionun rəqabət qabiliyyətini daha da yüksəldir.

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığı yalnız nəqliyyatla məhdudlaşmır. Son illər "yaşıl enerji" - bərpaolunan enerji mənbələrinin inkişafı və enerji ixrac marşrutlarının şaxələndirilməsi də gündəmdə olan əsas istiqamətlərdəndir.

Xəzər dənizi bu baxımdan həm nəqliyyat-logistika, həm də enerji əməkdaşlığının mühüm platformasına çevrilir. Azərbaycan öz enerji infrastrukturu və beynəlxalq tərəfdaşlıq təcrübəsi ilə Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Avrasiyada dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. 


Sabitlik, inteqrasiya və dayanıqlı inkişaf


Son illərin inkişaf dinamikası göstərir ki, Azərbaycan artıq yalnız coğrafi baxımdan yox, siyasi və iqtisadi baxımdan da Mərkəzi Asiya ilə Avropa arasında etibarlı körpü rolunu oynayır. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasında Mərkəzi Asiya istiqamətinin xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. Bu əməkdaşlıq modeli qarşılıqlı hörmətə, suverenliyə, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır.

Azərbaycan-Mərkəzi Asiya formatı region dövlətlərini iqtisadi baxımdan yaxınlaşdırır, aradakı siyasi dialoqu dərinləşdirir, təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir, Türk Dövlətləri Təşkilatının institusional inkişafını sürətləndirir və Avrasiyada yeni əməkdaşlıq arxitekturasının formalaşmasına töhfə verir.

Prezident İlham Əliyevin Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı ilə bağlı səsləndirdiyi fikirlər müasir dövrdə regionun inkişaf istiqamətlərini müəyyən edən strateji baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Ortaq tarixə, mədəni yaxınlığa və qarşılıqlı etimada söykənən bu əməkdaşlıq artıq siyasi bəyanatlar mərhələsini geridə qoyaraq konkret iqtisadi layihələr, nəqliyyat dəhlizləri, logistika infrastrukturu və institusional inteqrasiya ilə möhkəmlənməkdədir. 

Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşməsi, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının sürətli inkişafı, Trans-Xəzər marşrutunun genişlənməsi və yeni investisiya layihələrinin reallaşdırılması göstərir ki, ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri vahid geoiqtisadi məkanın formalaşdırılması istiqamətində ardıcıl addımlar atırlar. Bu proses təkcə iştirakçı dövlətlərin milli maraqlarına deyil, bütövlükdə Avrasiya məkanında sabitliyə, iqtisadi inteqrasiyaya və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:12
28 İyul

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

03:12
28 İyul

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!