27 İyun 2026 17:19
126
SİYASƏT
A- A+
Azərbaycan–Peru dostluğunun 30 ili: Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub

Azərbaycan–Peru dostluğunun 30 ili: Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub


Perunun paytaxtı Limada Azərbaycanla Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərginin təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Peru Xarici İşlər Nazirliyində təşkil olunan tədbir iki ölkə arasında üç onillik ərzində formalaşmış siyasi, diplomatik, mədəni və humanitar əməkdaşlığın inkişaf yolunu əks etdirib.

Peru Xarici İşlər Nazirliyi və Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda, Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev xatırladıb ki, Azərbaycan ilə Peru arasında diplomatik münasibətlər 25 iyun 1996-cı ildə qurulub. O bildirib ki, ötən 30 il ərzində ölkələr arasında siyasi dialoq, parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, eləcə də mədəniyyət və təhsil sahələrində əlaqələr davamlı inkişaf edib.

Vurğulanıb ki, 2025-ci ildə Azərbaycan və Peru Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olub. Qarşılıqlı rəsmi səfərlər, parlamentlərarası təmaslar və mədəni-humanitar əməkdaşlıq ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.

Qeyd edilib ki, açılışı keçirilən sərgi təkcə son 30 ilin diplomatik salnaməsini nümayiş etdirmir, həm də Azərbaycan ilə Peru arasında formalaşmış etibarlı tərəfdaşlığın və gələcək əməkdaşlıq perspektivlərinin rəmzidir.

Peru xarici işlər nazirinin müavini, səfir Erik Anderson son otuz ildə iki ölkə arasında formalaşmış dostluq münasibətlərini yüksək qiymətləndirərək siyasi dialoqun, iqtisadi, mədəni və humanitar əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Mərasim çərçivəsində diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış birgə yubiley poçt açıqcası, poçt zərfi və xüsusi poçt möhürü də ictimaiyyətə təqdim olunub. Peru Poçt Xidmətinin nümayəndəsi Xorxe Santa Kruz Montero bildirib ki, bu filateliya məhsulları Azərbaycan və Peru arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın simvolunu əks etdirir.

Yubiley poçt açıqcası və zərfin dizaynında füsunkar Göygöl ilə Perunun dünyaşöhrətli Titikaka gölü təsvir olunub. Bu təsvirlər hər iki ölkənin zəngin təbiətini, milli irsini və mədəni dəyərlərini simvolizə edir.

Poçt möhüründə isə Azərbaycanın memarlıq inciləri olan Qız qalası və Alov qüllələri, həmçinin Perunun tarixi simvollarından biri olan Maçu-Pikçu əks olunub. Bu dizayn coğrafi baxımdan uzaq məsafədə yerləşən iki ölkəni dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq kimi ortaq dəyərlər ətrafında birləşdirən rəmzi mesaj daşıyır.

Tədbir çərçivəsində yubiley poçt zərfinin rəsmi möhürlənməsi mərasimi də keçirilib. Mərasimdə səfir Seymur Fətəliyev, Peru xarici işlər nazirinin müavini Erik Anderson və Peru Poçt Xidmətinin nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra qonaqlar Azərbaycan–Peru münasibətlərinin 30 illik tarixini əks etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada 1996-cı ildən bu günədək ikitərəfli əlaqələrin inkişafını əks etdirən fotoşəkillər, arxiv sənədləri və müxtəlif materiallar nümayiş etdirilib. Sərgidə yüksəksəviyyəli qarşılıqlı səfərlər, diplomatik görüşlər, Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də mədəni, akademik və humanitar əlaqələrin əsas mərhələləri geniş şəkildə təqdim olunub.

İştirakçıların böyük marağına səbəb olan sərgi 15 gün ərzində ziyarətçilər üçün açıq olacaq və Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin zəngin tarixini nümayiş etdirməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesueladakı zəlzələlərdə ölənlərin sayı 1400-ü ötüb

23:21
27 İyun

Almaniyada yeni temperatur rekordu qeydə alınıb

22:49
27 İyun

Aleksandar Vuçiç: Serbiya Prezidenti kimi son günlərimdir

22:29
27 İyun

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

22:17
27 İyun

Vuçiç Serbiyanın enerji müstəqilliyindən danışıb

22:03
27 İyun

İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb

21:58
27 İyun

Rusiya və Çin Hərbi Hava Qüvvələri birgə patrul həyata keçirib

20:41
27 İyun

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub

19:09
27 İyun

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası elan edilib

18:59
27 İyun

Azərbaycan–Peru dostluğunun 30 ili: Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub

17:19
27 İyun

Britaniyada istilik rekordları qırılıb, hökumət “sarı” səviyyədə xəbərdarlığın müddətini uzadıb

16:26
27 İyun

İran və BƏƏ arasında ticarət əməliyyatları bərpa edilir

16:07
27 İyun

Özbəkistan Prezidenti kölgə iqtisadiyyatının azaldılması barədə prokurorluq orqanlarına göstəriş verib  

15:41
27 İyun

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!