25 May 2026 14:45
114
CƏMİYYƏT
A- A+
QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə şeyxülislam İslam aləminin əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edib, hamıya Allah-taaladan səadət, rifah, xeyirli və uğurlu ömür arzulayıb.

Qeyd edib ki, bu əziz bayram müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi ilə qarşılanır, ata-baba yurdlarına qayıdanlar Qarabağa yeni nəfəs, yeni həyat verirlər: “Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Ali Baş Komandan İlham Əliyevə xeyir-dualar diləyirik! Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaq”.

A.Paşazadə təbrikində, həmçinin bildirib ki, builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-una, miladi tarixlə mayın 27-nə təsadüf edir. Üç gün ərzində icra oluna bilən Qurban kəsimi Həcc ziyarəti zamanı mütləq vacib əməldir, Həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır. Hədislərdə qeyd olunduğu kimi, Qurbanın ərəfə gecəsi və bayram günü edilən duaların müstəcab olduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfalar və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur.

“Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində 09:00-da qılınacaq. Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-taala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Müqəddəs Qurban bayramımız mübarək!”, - deyə şeyxülislam bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə keçir

15:16
25 May

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:50
25 May

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

14:47
25 May

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

14:45
25 May

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur  

14:32
25 May

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

14:26
25 May

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

14:21
25 May

Yağıntılar sabah axşam tədricən kəsiləcək

14:15
25 May

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

14:06
25 May

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

14:01
25 May

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

13:56
25 May

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!