04 Noyabr 2025 09:07
38702
Oxucu məktubları
A- A+
Bir məktuba iki cavab

Bir məktuba iki cavab


Quba rayonu Uzunmeşə kəndi yaxınlığındakı ərazinin məişət tullantıları ilə çirkləndirilməsi probleminin həlli barədə tədbirin görülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 2025-ci il 9 sentyabr tarixli müraciətiniz nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.

Araşdırma zamanı Quba rayonu Uzunmeşə kəndi ərazisində Alpan bələdiyyəsinin mülkiyyətində olan yaşıllıq sahəsində bir neçə yerdə bərk məişət tullantılarının qalaqlanması faktı aşkar edilmişdir.

Alpan bələdiyyəsinin araşdırmaya təqdim etdiyi 15.10.2025-ci il tarixli arayışda tullantıların qalaqlandığı ərazinin Alpan bələdiyyəsinin mülkiyyətində olduğu sözügedən əraziyə tullantıların naməlum şəxslər tərəfindən atıldığı, ərazinin nəzarətə götürüldüyü və qısa müddət ərzində həmin ərazinin tullantılardan təmizlənəcəyi  bildirilmişdir.

Bələdiyyə sədrinə bələdiyyə ərazisində tullantıların qanunvericiliyin tələblərinə uyğun idarə edilməsinə nəzarətin gücləndirilməsi, vətəndaşlar arasında bu sahədə maarifləndirici tədbirlərin keçirilməsi tövsiyə olunmuş, həmçinin aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması barədə Alpan bələdiyyəsinə 2025-ci ilin 21 oktyabr tarixli "Ekoloji tələb" verilmiş və icrası nəzarətə götürülmüşdür.


Hikmət ƏLİZADƏ,

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi


***

"Azərbaycan" qəzetinin 9 sentyabr 2025-ci il tarixli sayında dərc edilmiş "Meşələrimizi zibil poliqonuna çevirməyək" sərlövhəli məqalədə qaldırılmış problemin həlli barədə rayon icra hakimiyyətinə ünvanlanmış məktuba tərəfimizdən baxılmışdır.

Məlumat üçün bildiririk ki, müraciətlə bağlı müvafiq tədbirlər görülməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə müvafiq qurumlara tapşırıqlar verilmiş, nəticədə tullantılar ərazidən tam şəkildə yığılaraq daşınmış və ərazi əvvəlki təbii vəziyyətinə gətirilmişdir.

Əlavə olaraq bildiririk ki, ərazidə belə halların təkrarlanmaması üçün maarifləndirmə tədbirləri həyata keçirilmiş, ətraf kənd və yaşayış məntəqələrinin sakinlərinə tullantıların təbiətə atılmasının zərərli nəticələri barədə izahat işi aparılmışdır. Hazırda ərazidə mütəmadi nəzarət tədbirləri davam etdirilir.


Tariyel İBRAHİMOV,

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!