21 Aprel 2026 09:40
2148
Oxucu məktubları
A- A+
Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir


Səidə Nağızadə 1995-ci ildə Lerikin Vizəzəmin kəndində anadan olub.  Orta təhsilini Əbülfət Musayev adına kənd tam orta ümumtəhsil məktəbində alan bu mehriban, vətənpərvər, fitri istedada malik qız yüksək biliyi və çalışqanlığı ilə  seçilib, nümunə göstərilib. 

2012-ci ildə - XI sinifdə oxuduğu zaman respublika fənn Olimpiadasında biologiya fənni üzrə IV yerə layiq görülüb. Başqa uğurları da olub və hər uğuru ona məqsədinə çatmaq üçün stimul verib.

Səidə məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə verdi. Yuxusuz gecələri, oxuyub öyrəndikləri bəhrəsini verdi - seçdiyi ali məktəbə daxil oldu. Yenə də  gecəni gündüzə qatıb yaxşı həkim olmaq üçün çalışdı və 2018-ci ildə ali təhsilini uğurla başa vurdu. Sonra Almaniyada tibbi diplomunun tanınması və aprobasiya imtahanlarını verərək həkimliyə başladı.

Səidə Nağızadə 2021-ci ildən etibarən Almaniyada çalışır, eyni zamanda Şimali Reyn-Vestfaliya  əyalətində nevrologiya ixtisası üzrə rezidentura təhsili alır. Xoşbəxtliyini  sevib-seçdiyi həkimlik peşəsində görən Səidə xanım işinə vicdanla yanaşır, təmiz, ali duyğularla həkimlik peşəsinin şərəfini uca tutur. 


Zəfər ORUCOÜLU,

Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının xarici siyasəti başqa dövlətlərin ideoloji gözləntilərinə uyğunlaşdırılan dəyişkən mexanizm deyil  

14:58
15 Oktyabr

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

14:55
15 Oktyabr

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər  

14:54
15 Oktyabr

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik  

14:53
15 Oktyabr

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır  

14:52
15 Oktyabr

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir  

14:45
15 Oktyabr

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub  

14:34
15 Oktyabr

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır  

14:31
15 Oktyabr

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

14:30
15 Oktyabr

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib  

14:27
15 Oktyabr

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib  

14:21
15 Oktyabr

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır  

14:17
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

14:16
15 Oktyabr

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub  

14:07
15 Oktyabr

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik  

14:01
15 Oktyabr

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

13:48
15 Oktyabr

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib  

13:33
15 Oktyabr

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik  

13:32
15 Oktyabr

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır  

13:29
15 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb  

13:28
15 Oktyabr

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb  

13:27
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!