07 Mart 2026 08:05
2302
SİYASƏT
A- A+
"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!


Azərbaycan dövləti öz milli maraqlarını və suverenliyini hədəf alan hər bir xain əmələ qarşı həmişə sarsılmaz iradə nümayiş etdirib. Martın 5-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası bir daha təsdiqlədi ki, ölkəmizə qarşı yönələn heç bir təhdid cavabsız qalmayacaq. Dövlət başçısı ölkəmizin sarsılmaz qüdrətini bu sözlərlə bəyan etdi: "Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar".

Ölkəmiz hərbi təcavüzdən tutmuş terror aktlarına qədər istənilən çirkin plana layiqli cavab vermək iqtidarındadır. Heç bir ölkə Azərbaycanla təhdid və şantaj dilində danışa bilməz. Bu, illərdir regionda "şər yuvası" funksiyasını yerinə yetirən və hər fürsətdə nankorluq nümayiş etdirən İran molla rejiminə də şamil edilir. 

Prezident İlham Əliyev iclasda qətiyyətlə vurğuladı ki, Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.


Mülki hədəflərə namərd hücumu


Martın 5-də İran tərəfinin Azərbaycan ərazilərini pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutması bu ölkənin əsl xislətini bir daha üzə çıxardı. Naxçıvan Muxtar Respublikasında mülki obyektlərin - Naxçıvan Beynəlxalq Hava Limanının, onun terminal binasının, məktəb və digər ərazilərin hədəfə alınması birbaşa terror aktı və namərdlikdir. 

Rəsmi Bakı İranda cərəyan edən hadisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edərək tərəfləri daim dialoqa səsləyib. Cəmi bir neçə gün əvvəl - martın 1-də Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubda İran xalqına sülh və sabitlik arzulamış, başsağlığı vermişdi. 

Eyni zamanda dövlətimizin başçısı İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib. Halbuki Azərbaycan Prezidentindən başqa heç bir dövlət başçısı İranın səfirliyinə getməyib.

 Amma bu dostluq və humanizm jestlərinə cavab olaraq, İran rejimi öz nankor xislətinə sadiq qalaraq Azərbaycanın mülki şəxslərini yaralayıb.

Bu, İranın ilk xəyanəti deyil. Biz həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı bu "islam" ölkəsinin müsəlman qardaşlarının deyil, işğalçı Ermənistanın yanında durduğunu görmüşük. 30 il boyunca torpaqlarımızda məscidlərin dağıdılmasına səssiz qalan Tehran hər zaman Azərbaycanın uğurlarına düşmən kəsilib. Prezident İlham Əliyev bu xain davranışları belə xatırlatdı: "Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır... Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi".


İrana son xəbərdarlıq


İranın son terror aktı da cavabsız qalmayacaq. Rəsmi Bakı artıq lazımi mesajları verib. Prezident İlham Əliyev Silahlı Qüvvələrə konkret tapşırıqlar verərək bəyan etdi ki, Azərbaycan bu təcavüzlə heç vaxt barışmayacaq: "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin".

Azərbaycanın xarici siyasəti şəffaf və prinsipialdır. Rəsmi Bakı hər zaman bildirib ki, bizim ərazimizdən heç vaxt üçüncü tərəfə qarşı istifadə oluna bilməz. 

Bu mövqe yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov tərəfindən iranlı həmkarına da çatdırılmışdı. Lakin görünən odur ki, İran tərəfi ədalətli qonşuluq münasibətlərini deyil, nankorluğu seçir.

Dron hücumları, şər-böhtan kampaniyaları Azərbaycanı məqsədindən döndərə bilməz. Milli maraqlarımıza əl uzadan istənilən güc diz çökdürüləcək. Dövlət başçısının Təhlükəsizlik Şurasının iclasındakı son xəbərdarlığı nankor qonşu üçün həlledici dərsin anonsudur:

"Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!