02 May 2026 16:46
867
Mədəniyyət
A- A+
Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

Heydər Əliyev Mərkəzində gənclərlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş olub

Mayın 2-də Heydər Əliyev Mərkəzində tələbələrlə “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan görüşün məqsədi Ulu Öndərin irsinin dərindən öyrənilməsi və təbliği, eləcə də ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” olması nəzərə alınaraq, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda formalaşmış memarlıq məktəbi haqqında, şəhərsalma üzrə həyata keçirilmiş irimiqyaslı işlər, bu sahədə milli irsin qorunması baxımından aparılan siyasət barədə gənc nəsli maarifləndirməkdir.

Görüşdə tanınmış heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı, onun Azərbaycan memarlıq və təsviri sənətində rolu, eləcə də Ümummilli Liderin mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələr barədə müzakirələr aparılıb.

Heydər Əliyev Mərkəzində müxtəlif sahələri, o cümlədən mədəniyyət və incəsənət sahələrini əhatə edən tədbirlərin təşkil olunduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov heykəltaraşlıq nümunələrinin nümayişinin keçirildiyini də diqqətə çatdırıb: "Ömər Eldarov daim bizə bu məsələlərdə dəstək olur. Bu günlərdə biz Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu olaraq Ulu Öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçiririk. Bizim üçün qürurlu bir gündür ki, bu gün siz Heydər Əliyev Mərkəzində xüsusi hazırlanmış bir tədbirdə iştirak edirsiniz".

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Ömər Eldarov onun çox müdrik lider, ünsiyyətcil və səmimi bir insan olduğunu deyib. Ümummilli Liderin incəsənətə olan marağından bəhs edən Xalq rəssamı Heydər Əliyevin rəssam olmaq arzusundan danışıb, doğmaları arasında tanınmış rəssam və memarın olduğunu qeyd edib. O, Ulu Öndərin sərgiləri ziyarət etdiyini, təsviri incəsənət barədə fikir mübadiləsi apardığını bildirib.

Görüş zamanı, həmçinin videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda sənətkarın zəhmətkeşliyinə və əzmkarlığına verilən yüksək qiymət, Ulu Öndərin Ömər Eldarovla yaradıcılıq prosesi, əsərlərin konsepsiyası ilə bağlı dialoqu, Azərbaycan heykəltaraşlıq məktəbinin rolu əks olunub.

Qeyd edək ki, “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” layihəsi Ulu Öndərlə yaxın ünsiyyətdə olmuş, onunla sıx təmasda fəaliyyət göstərmiş tanınmış şəxslərin iştirakı ilə reallaşan ilk tədbirlərdən biridir. Həmin silsiləyə Ömər Eldarovun yaradıcılığına müraciət etməklə start verilməsi də təsadüfi deyil. Yaradıcılıq hər dövrdə təkcə estetik zövqün formalaşmasına deyil, həm də xalqlar arasında dostluq körpüsünün qurulmasına xidmət edib. Ümummilli Lider Heydər Əliyev isə Ömər Eldarovun sənətini “insanlıq və mədəniyyət rəmzi” adlandırıb.

Layihə gənc nəslin milli-mədəni irsə marağının artırılması, onların estetik zövqünün formalaşdırılması və ölkəmizin memarlıq və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Görüş çərçivəsində Xalq rəssamı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

09:49
13 May

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

09:48
13 May

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq  

09:46
13 May

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm

09:46
13 May

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb

09:44
13 May

NYT: İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib

09:43
13 May

ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin dəyəri 1,2 trilyon dollar qiymətləndirilir

09:40
13 May

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb  

09:39
13 May

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

09:38
13 May

Tramp: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik”

09:34
13 May

Neftin bahalaşması fonunda qızıl niyə ucuzlaşır?

09:00
13 May

Ötən həftənin iqtisadi icmalı

08:55
13 May

Məktəb, yoxsa repetitor?

08:50
13 May

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

08:45
13 May

İşğaldan azad olunmuş ərazilərimizdə bu gün sabahın şəhər və kəndləri salınır

08:40
13 May

WUF-un Bakı zirvəsi

08:35
13 May

Minsk qrupu işğalın siyasi dəstəkçisi idi

08:30
13 May

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

08:25
13 May

Ermənistanın "himayədar" axtarışı 

08:20
13 May

Cənubi Qafqazda sülhün təşəbbüskarı da, qarantı da Azərbaycandır

08:15
13 May

Minsk qrupunun iflası ikili standartlara vurulmuş zərbədir

08:10
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!