27 May 2026 08:45
924
Mədəniyyət
A- A+
İsmayıl qurbanından başlayan mənəvi yol

İsmayıl qurbanından başlayan mənəvi yol


İslam dünyasının ən müqəddəs və mənəvi dəyəri zəngin olan günlərindən biri də Qurban bayramıdır. Bu bayram təkcə dini mərasim və ya ibadət anlayışı deyil, həm də insanın Yaradan qarşısında sədaqətinin, mənəvi kamilliyinin, paylaşmaq duyğusunun və vicdan məsuliyyətinin təcəssümüdür. Əsrlərdir milyonlarla insan bu müqəddəs günlərdə yalnız qurban kəsmir, eyni zamanda mərhəmətin, varından bölmək duyğusunun və mənəvi bütövlüyün nə qədər ali dəyər olduğunu nümayiş etdirir.

Qurban bayramının fəlsəfəsinin kökündə mərhəmət dayanır. Tarixdən məlumdur ki, "qurban" anlayışı islam dininin yaranmasından əvvəl mövcud olub. Müxtəlif dövrlərdə və fərqli inanclarda insanlar özlərini Tanrıya yaxınlaşdırmaq üçün müxtəlif qurban mərasimləri həyata keçiriblər. Lakin qədim dövrlərdə bu mərasimlər bəzən qəddarlıq, qorxu və xurafatla müşayiət olunurdu. İnsanların tanrılara insan qurban verməsi, odda yandırılması və ya müxtəlif ayinlərlə öldürülməsi tarixdə acı səhifələr kimi qalıb. İslam dini isə "qurban" anlayışına tamamilə yeni bir mahiyyət gətirdi - insan həyatını müqəddəs elan etdi.

"Qurani-Kərim"də Habil və Qabil hadisəsi qurbanın mahiyyətini açan ilk böyük nümunələrdən biri kimi təqdim olunur. Hər iki qardaş Allaha qurban təqdim etsə də, yalnız səmimiyyət və təqva ilə verilən qurban qəbul edildi. Bu hadisə göstərdi ki, Allah üçün əsas olan insanın qəlbindəki niyyət və mənəvi saflıqdır. "Qurani-Kərim"in buyurduğu kimi, Allaha nə qurbanın əti, nə də qanı çatır, ona çatan yalnız insanın mərhəmətidir.

Qurban bayramının ən böyük mənəvi zirvəsi isə Həzrət İbrahim və oğlu Həzrət İsmayılın timsalında ortaya çıxır. Bu hadisə insan iradəsinin, iman gücünün və Allah sevgisinin bəşəriyyətə təqdim etdiyi böyük mənəvi dərsdir. Rəvayətə görə, Həzrət İbrahim yuxusunda oğlunu Allah yolunda qurban etdiyini görür. Peyğəmbərlərin yuxusu ilahi vəhy hesab olunduğundan o bunu Allahın əmri kimi qəbul edir. Ən ağır məqam isə budur ki, illərlə həsrətində olduğu övladını Allah yolunda fəda etməyə hazır olur. Burada təkcə İbrahimin böyüklüyü deyil, İsmayılın mənəvi ucalığı da aydın görünür. Çünki o, atasına "Sənə əmr olunanı et" deyərək böyük bir təslimiyyət nümunəsi göstərir. Məhz bu anda ilahi hikmət təcəlli edir. Allah-taala İbrahimin sınaqdan uğurla çıxdığını bildirir və İsmayılın əvəzinə qurbanlıq qoç göndərir. Bununla da insan qurbanı anlayışına son qoyulur və bəşəriyyətə mühüm mesaj verilir: "Allah insan qanı deyil, insanın mənəvi ucalığını istəyir".

Bu hadisədən sonra qurban ibadəti Həzrət İbrahimin sünnəsi kimi davam etdirildi və islamla birlikdə daha böyük mənəvi məna qazandı. Həzrət Məhəmməd peyğəmbər isə bu ənənəni yaşadaraq Qurban bayramını bütün müsəlman ümməti üçün müqəddəs ibadət və birlik gününə çevirdi.

Qurban bayramının mahiyyətində sosial ədalət və paylaşmaq duyğusu xüsusi yer tutur. Bu bayram imkanlı insanlarla ehtiyac içində yaşayanlar arasında mənəvi körpü yaradır. Qurban əti yalnız bir ailənin süfrəsini deyil, yüzlərlə ehtiyac sahibinin ümidini və sevincini paylaşmaq üçündür. Bu müqəddəs gündə insanlar arasında din, məzhəb, millət fərqi qoyulmur, yardım və mərhəmət hər kəsi əhatə edir. Bayramın müqəddəsliyi də elə bundadır.

İslamda qurban kəsmək imkanlı şəxslərə aid ibadət sayılır. Çünki islam insanı çətinliyə salmağı yox, paylaşmağı və mərhəməti təşviq edir. Ona görə də borca girərək nümayiş naminə qurban kəsmək islam dininin ruhuna uyğun hesab olunmur. Əsl qurban insanın riya hissini, təkəbbürünü və eqosunu kəsməsidir.

Bu gün müasir dünyada insanların ən çox ehtiyac duyduğu dəyərlərdən biri də mənəvi birlikdir. Texnologiyanın inkişaf etdiyi, lakin insanların bir-birindən uzaqlaşdığı bir dövrdə Qurban bayramı cəmiyyətə humanizm, mərhəmət və paylaşmaq mesajı verir. Bu bayram insanlara xatırladır ki, dünyanı ayaqda saxlayan mənəvi bağlar, xeyirxahlıq və vicdandır.

Azərbaycan xalqı da əsrlər boyu Qurban bayramını böyük ehtiramla qeyd edir.  Müstəqillik illərindən milli-mənəvi dəyərlərimizin yenidən dirçəlməsi ilə bu müqəddəs bayram həmçinin dövlət səviyyəsində qeyd olunmağa başlayıb. Bu gün ölkəmizdə Qurban bayramı dini mərasim olmaqla yanaşı, həm də milli həmrəylik, humanizm və birlik nümunəsi kimi yaşadılır.

Qurban bayramı bizə bir həqiqəti yenidən xatırladır: insan öz mənəviyyatını qoruduğu müddətdə güclüdür. İbrahim peyğəmbərin sədaqəti, İsmayılın təslimiyyəti və peyğəmbərimizin mərhəmət yolu bu gün də bəşəriyyət üçün ən böyük mənəvi örnəklərdən biri olaraq qalır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

11:02
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!