26 May 2026 11:13
663
Mədəniyyət
A- A+
Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib

Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib


Pekində Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası arasında gələcək əməkdaşlıq sahələri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu musiqi ocağının Kommunist Partiyasının katibi Vanq Südonq Heydər Əliyev Fondu ilə mövcud əlaqələrdən məmnunluğunu bildirib. Vanq Südonq Çin Musiqi Konservatoriyasının ölkənin musiqi təhsili verən nüfuzlu ali məktəblərindən biri olduğunu söyləyib. O, Azərbaycanla musiqi incəsənəti sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. Söhbət zamanı həmin istiqamətdə Heydər Əliyev Fondu ilə birgə fəaliyyət imkanları müzakirə olunub.

Heydər Əliyev Fondunun nümayəndəsi, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çin dilinin və mədəniyyətinin Azərbaycanda tanıdılması istiqamətində Fondun həyata keçirdiyi layihələrin səmərəli nəticələrini qeyd edib. Bildirilib ki, milli musiqimizin Çin kimi zəngin mədəni irsə malik bir ölkədə tanıdılması iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Görüşdə tələbələr və professor-müəllim heyəti ilə Azərbaycan musiqi irsi, milli musiqi alətləri, muğam, caz, etnocaz və Azərbaycan caz ənənələri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan musiqisinin müxtəlif nümunələri ifa olunub. Heydər Əliyev Fondu tərəfindən Çin Musiqi Konservatoriyasına hədiyyə edilən Azərbaycan mədəniyyəti haqqında kitabların təqdimatı olub.

Eyni zamanda Azərbaycan incəsənət xadimləri çinli tələbələr üçün ustad dərsləri keçib. Çinin tanınmış zurna ifaçısı Zhang Qianyuan Azərbaycana səfəri zamanı zurna musiqi alətində öyrəndiyi Azərbaycan milli melodiyalarından parçalar ifa edib və mədəniyyətimizlə bağlı təəssüratlarını bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!