26 İyun 2026 10:55
567
Təhsil
A- A+
ADA Universitetində Məzun Günü

ADA Universitetində Məzun Günü

ADA Universitetində 2025–2026-cı tədris ili üzrə Məzun Günü təntənəli şəkildə qeyd olunub. Universitetin kampusunda təşkil olunan tədbirdə məzunların valideynləri, professor-müəllim heyəti, həmçinin digər qonaqlar iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Tədbir ADA Universitetinin beynəlmiləl mühitini əks etdirən ənənəvi bayraq keçidi ilə başlayıb. Əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqları ilə səhnəyə çıxdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin tələbələri Ayxan Məmmədov və Əminə Rəhmanovanın aparıcılıq etdiyi mərasim rəsmi çıxışlarla davam edib.

Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov tələbələrin təhsil illəri ərzində qazandıqları yüksək nailiyyətləri diqqətə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Universitetin 20 illik fəaliyyəti ərzində əsas missiyalarından birinin parlaq gəncləri ölkəyə qazandırmaq və onları Azərbaycanda saxlamaq olduğunu bildirən prorektor məzunlara səslənib: “Öz tarixinizi özünüz yazın”. Müəllim və alimlərin eyni ali həqiqətlərin və dəyərlərin daşıyıcısı olduğunu vurğulayan E.Nurməmmədov təhsillərini xaricdə davam etdirəcək gənclərə dəyərli tövsiyələr verib. O, məzunları qazandıqları bilik və təcrübə ilə daim dövlətimizin tərəqqisinə, eləcə də gələcək nəsillərin inkişafına töhfə verməyə çağırıb.

Məzun gününün xüsusi qonağı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli aktyor Nurəddin Mehdixanlı səhnəyə çıxaraq məzunları təbrik edib və istedadlı gənclərlə fəxr etdiyini bildirib. O, gənclərə ölkəmizin inkişafı naminə hər zaman elmi və milli dəyərlərə sadiq qalmağı, haradan məzun olduqlarını unutmamağı, öz milli kimliyimizi və tariximizi dərindən bilməyin vacibliyini tövsiyə edib. Azərbaycanın müstəqil və ərazi bütövlüyünü tam təmin etmiş güclü bir dövlət olduğunu vurğulayan sənətkar qeyd edib ki, gənclərimiz dünyaya silahla deyil, məhz mədəniyyət, təhsil və texnologiya ilə meydan oxumalıdırlar. Sonda Nurəddin Mehdixanlı məzunların gələcəkdə dünyanın hər yerində kök salacaq nəhəng çinar ağaclarına çevriləcəklərinə əminliyini ifadə edib.

Tədbirdə təhsil müddətində yüksək akademik göstəriciləri ilə fərqlənən iki məzun tələbə heyəti adından ürək sözlərini bölüşüblər. Hüquqşünaslıq ixtisası üzrə bakalavr məzunu Rəvan Həsən və Təhsil Menecmenti ixtisası üzrə magistr məzunu Aydan Novruzova çıxışlarında ADA Universitetindəki tələbəlik həyatında qazandıqları zəngin təcrübədən bəhs ediblər.

Tədbirin yekununda çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məzunları və onların ailələrini təbrik edib. Ailə dəyərlərinin önəmini vurğulayan rektor hər bir tələbəyə öz övladı kimi yanaşdığını bildirib, ADA-nın yüksək tələbləri olan təhsil sisteminə baxmayaraq, gənclərin nümayiş etdirdiyi əzmkarlığa görə minnətdarlığını ifadə edib. Universitetin 20 illik zəngin təcrübəsinə toxunan rektor, artıq ADA məzunlarının da Universitetdə müəllim kimi fəaliyyət göstərməsini fəxrlə diqqətə çatdırıb. Elm və təhsillə yanaşı, əsl vətəndaşlıq ruhunun aşılanmasının daha vacib bir missiya olduğunu və Ümummilli Lider Heydər Əliyevin bu sahədə ən böyük örnək olduğunu qeyd edən Hafiz Paşayev, gəncləri qlobal biliklərə yiyələnməklə bərabər, milli-mənəvi dəyərləri qorumağa və Azərbaycanın adını dünyada hər zaman qürurla ucaltmağa çağırıb.

Ümumilikdə, 2025–2026-cı tədris ilində ADA Universitetindən 26 ixtisas üzrə 583 bakalavr və 245 magistr olmaqla, cəmi 828 tələbə məzun olub. Yüksək ixtisaslı kadr kimi yetişən bu gənclərin 785-i yerli, 16 ölkəni təmsil edən 43-ü isə əcnəbi tələbələrdir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Kənd təsərrüfatı və qida sistemlərinin menecmenti, İnsan resursları menecmenti və Elektrik və elektronika ixtisaslarından məzunlar olub.

Tədbir məzunların ənənəvi papaqatma mərasimi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüşüblər

10:37
28 İyul

Bu ilin ilk altı ayında proaktiv qaydada 100 minə yaxın pensiya, müavinət və təqaüd təyin edilib

10:36
28 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:34
28 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:34
28 İyul

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

 Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

10:26
28 İyul

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!