26 İyun 2026 08:25
305
İQTİSADİYYAT
A- A+
Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır


Qalır bu üstünlüklərdən yararlanıb qarşıya qoyulan vəzifələri icra etmək 


Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Qaxda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı müşavirə keçirilmişdir.

Fasilə zamanı müşavirədə iştirak edən fermerlər, iş adamları ilə görüşüb söhbət etdik, dövlət proqramı ilə bağlı onların fikirlərini öyrəndik, təkliflərini dinlədik. İlk həmsöhbətimiz olan "Ulu Aqro" MMC-nin rəhbəri Vüqar XƏlilov dedi ki, öncə kənd təsərrüfatının inkişafını müəyyən edən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş bu tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm: "Dövlət proqramının başlıca hədəfi olan - ekstensiv yanaşmadan intensiv - hər hektardan daha çox məhsul götürən modelə keçidin real mənzərəsini rəqəmlərlə diqqətinizə çatdırmaq istərdim. 2025-ci ildə meyvəçilik üzrə nəticələrimiz Qax rayonu üzrə istehsal olunan ümumi meyvə həcminin 63,4, dənli bitkilər üzrə 9,9, o cümlədən buğda üzrə 17,2 faizini təşkil etmişdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, müəssisəmizdə 145 nəfər daimi, 1400 nəfər mövsümi işçi çalışır. Yeni dövlət proqramı 2026-2030-cu illər üçün aqrar sektorun intensiv, ixracyönümlü və yüksək əlavə dəyər yaradan modelə keçidini hədəfləyir. Rəhbərlik etdiyim "Ulu Aqro" bu istiqamətlərin, demək olar ki, hamısından - intensiv bağçılıq, pivot və müasir suvarma, soyuducu logistika və zəncirvari emal modelindən istifadə etməklə ortaya əməli nəticələr qoyur. Təbii ki, bütün bunlar dövlət proqramının regionda uğurla icra olunması üçün hazır baza rolunu oynayır. Müşavirədə də qeyd olunduğu kimi, qarşıda bizi yeni layihələr, yeni hədəflər gözləyir. Yaxın dövrlərdə badam və qoz daxil olmaqla qərzəkli meyvə emalını, həmçinin heyvandarlıq sahəsini inkişaf etdirməyi planlaşdırırıq. İnamla deyə bilərəm ki, kənd təsərrüfatı sahəsində əldə etdiyimiz uğurlar Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və qayğısının nəticəsidir".

Növbəti müsahibimiz iş adamı Dilarə ƏhmƏdova oldu. O, ölkəmizdə qadın futbolunun əsasını qoyan və inkişaf etdirən xanımlardandır. Bu sahədə qazandığı uğurlara görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalına layiq görülüb. 10 ildən çoxdur ki, Dilarə Əhmədova fermer kimi fəaliyyət göstərir. Həmin günlərdən söz açan Dilarə xanım dedi ki, 2015-ci ildən rəsmi qeydiyyatdan keçərək qadın fermer kimi fəaliyyətə başlayıb: "İlk günlər arıçılıqla məşğul oldum. Sonra bağçılıq təsərrüfatı yaratdıq, fındıq bağları saldıq. Dövlət tərəfindən verilən subsidiyalarla təsərrüfatımızı xeyli genişləndirdik. İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bizə müasir avadanlıqlar verdilər, fəaliyyət göstərməyimiz üçün əlverişli şərait yaratdılar. Çox keçmədi ki, "Akasiya" kooperativini açdıq. İndi həmin kooperativə rəhbərlik edirəm. 40 nəfər daimi işçimiz var. Zaman keçdikcə dövlətin diqqət və qayğısı sayəsində təsərrüfatımızı daha da genişləndirdik. Bu gün arıçılıqla, bağçılıqla, taxılçılıqla məşğul oluruq. 50 hektardan çox fındıq və alma bağlarımız var. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi yeni dövlət proqramı biz fermerləri ürəkdən sevindirdi. Çünki qəbul olunmuş sənəd bizim kimi çalışqan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək, təsərrüfat sahələrimiz genişlənəcək, bazarlara çıxışımız asanlaşacaq, istehsal əvvəlki illərə nüsbətən artacaq, həmçinin problemlərimiz operativ həllini tapacaq.  Dövlət proqramı ilə yaxından tanış olanda gördük ki, biz iş adamlarının təklif etdikləri məsələlər də sənəddə öz əksini tapıb. Müşavirədəki çıxışları çox maraqla dinlədim. Belə bir müşavirənin keçirilməsi çox yaxşıdır. Dövlət proqramından gözləntilərimiz böyükdür. Hiss edirik ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına diqqət və qayğı var. Bu, sözsüz ki, nəticəsiz qalmayacaq". 

"2003-cü ildən fermer kimi fəaliyyət göstərirəm", - deyə digər iş adamı Hüseyn Tarverdiyev söhbətimizə qoşuldu: "Arxada qalan bu illər ərzində iş prosesində heç vaxt hansısa bir maneə ilə qarşılaşmamışıq. Yəni heç vaxt deyilməyib ki, bu olmaz, o olmaz. Qanun çərçivəsində nə vaxt, nə istəmişiksə, təmin ediblər. İş adamı kimi həmişə, hər yerdə dövlətimiz tərəfindən diqqət və qayğı görmüşük. Bu illər ərzində yaradılmış şəraitdən bacarıqla istifadə edərək təsərrüfatımızı inkişaf etdirmişik. Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır. Qazandığımız uğurların əsasında dövlətimizin diqqət və qayğısı, yüksəksəviyyəli təminatımız və zəhmətsevərliyimiz dayanır. Müşavirədə həvəslə iştirak etdik. Çünki bu gün burada danışılan fikirlər bizim sabahkı fəaliyyətimizin əsasını təşkil edəcək. Ona görə də çıxışları böyük maraqla dinlədik. Kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı biz fermerləri çox sevindirir. Çünki bu gündən sonra fəaliyyət göstərməyimiz üçün daha da əlverişli şərait yaradılacaq. Proqramın uğurla həyata keçirilməsi bizim işə olan məsuliyyətimizi də, diqqətimizi də artıracaq. Sahələrdən daha çox məhsul götürərək ərzaq təminatına olan ehtiyacın ödənilməsinə öz töhfəmizi verəcəyik. Dövlətimizin biz iş adamlarına göstərdiyi etimadı əməli işimizlə doğruldacağıq". 

Söhbətimizi Qaxın Turaclı kənd sakini, iş adamı Nəcəf MirzƏyevlə davam etdirdik. Dedi ki, 2020-ci ildə "Şan balı" adlı kooperativ yaradaraq arıçılıqla məşğul olmağa başlayıb: "Zaman keçdikcə dövlətimizin dəstəyi ilə təsərrüfatımızı daha da genişləndirdik. İndi arıçılıqla yanaşı, 3 hektardan çox fındıq bağı da salmışıq. Artıq ağaclar bar verir, məhsulumuz bol olur. İmkanlarımız artdıqca təsərrüfatımızı da genişləndiririk. Biz fermerlər, iş adamları hər addımda dövlət dəstəyini hiss edirik. Dövlətimiz aqrar sahənin inkişafı istiqamətində daim mühüm addımlar atır. Prezident İlham Əliyevin 25 may 2026-cı ildə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərdi ki, dövlət aqrar sahənin inkişafına böyük önəm verir. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün qəbul edilmiş dövlət proqramı da bunu göstərir. İş adamı kimi deyə bilərəm ki, bu, tam yerində və zamanında verilmiş qərardır. Müşavirədə çıxış edənlər çox dəyərli və vacib fikirlər səsləndirdilər. İnanırıq ki, bu fikirlər, irəli sürülən ideyalar tez bir zamanda həyata keçəcək, reallığa çevriləcək. Kənd təsərrüfatının inkişafı üçün qəbul olunmuş dövlət proqramı biz iş adamlarına yeni imkanlar yaradacaq. Bu proqramın kooperativlərin inkişafına da böyük dəstək verəcəyini gözləyirik. Ölkədə aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən zəruri tədbirlər, fermerlərə, iş adamlarına və sahibkarlara göstərilən dövlət dəstəyi yaxın zamanlarda müsbət nəticələr verəcək. Buna zərrə qədər şübhəmiz yoxdur".


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

Torpağın ruzisinin əvəzi yoxdur

08:20
26 İyun

Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

08:15
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!