26 İyun 2026 08:15
287
İQTİSADİYYAT
A- A+
Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

Son illər aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafında mühüm nəticələr əldə olunmasına şərait yaradıb. Yeni dövlət proqramının icrası isə bu sahədə məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb. 

Əlbəttə, qarşıdakı illərdə əldə ediləcək nəticələr hər bir rayonun öz potensialından nə dərəcədə səmərəli istifadə etməsindən, fermerlərin və sahibkarların nə qədər fəal olmasından, dövlət qurumlarının isə üzərlərinə düşən vəzifələri nə dərəcədə operativ və məsuliyyətlə yerinə yetirməsindən asılı olacaq. Odur ki, aidiyyəti qurumlar qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində konkret fəaliyyətə başlamalı, rayonlar üzrə prioritet istiqamətləri  müəyyən etməli, investisiya layihələrinin hazırlanmasını sürətləndirməli və nəzərdə tutulan tədbirlərin icrasını gündəlik fəaliyyətlərinin mühüm tərkib hissəsinə çevirməlidirlər. 

Bu fikirlər "Azərbaycan Respublikasının kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə də səsləndirilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, artıq bir neçə gündür Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və yeni dövlət proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması üçün  müzakirələr aparılır. 

Belə müzakirələrdən biri Şəmkir rayonunda olmuşdur. Müşavirədə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat vermiş və kənd təsərrüfatının inkişafına verilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirmiş, qəbul edilən dövlət proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəklərini bildirmişlər.

Kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olan rayonlardan biri də Ağstafadır. Rayonda aqrar sahədə davamlı inkişafa nail olmaq üçün hər il müxtəlif tədbirlər həyata keçirilir. Xüsusən mövcud əkin sahələrindən səmərəli istifadə olunması, torpağın əkilib becərilməsində qabaqcıl texnologiyalara üstünlük verilməsi diqqət mərkəzində saxlanılır. 

Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov dedi ki, dövlət proqramında nəzərdə tutulan hədəflərə yalnız dövlət dəstəyi hesabına deyil, fermerlərin, eləcə də özəl sektorların fəal iştirakı hesabına çatmaq mümkün olacaq: "Bunun üçün özəl sektor aqrar dəyər zəncirinin əsas hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. İstehsal, emal, saxlama, logistika, marketinq və ixrac prosesləri bir-biri ilə sıx əlaqələndirilməli, istehsal olunan məhsulun maksimum iqtisadi dəyərə çevrilməsi təmin edilməlidir. Məhz bu yanaşma yüksək gəlirli, daha məhsuldar və güclü ixrac potensialı olan kənd təsərrüfatını formalaşdıra bilər". RİH başçısı yeni dövlət proqramının qəbul edilməsini ölkədə ərzaq təhlükəsizliyində böyük dönüş yaradacağını  söylədi. Dedi ki, indi əsas məsələ dövlət başçısının qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirməkdən ibarətdir. 

Söz yox ki, bu proqramın icra edilməsində yerlərdən verilən bir sıra təkliflərin də böyük əhəmiyyəti olacaq. Şəmkirdə keçirilən regional müşavirədə Ağstafadan olan fermer və sahibkarlar da iştirak edərək arzu və təkliflərini bildirdilər. Belə təkliflərdən biri rayonun Çeyrançol ərazisində geniş heyvandarlıq təsərrüfatları ilə bağlı oldu. Hazırda həmin ərazidə 100 mindən çox davar saxlanılır. İldə minlərlə heyvan kəsimi aparılır. Amma kəsilən heyvanların dərisi və yunu, demək olar, çölə atılır. Heyvandarlar təklif edirlər ki, regionda yun və dəri emalı müəssisəsi yaradılsın. Bundan başqa da hər il Ceyrançöl ərazisində 18 min tondan çox süd istehsal edilir. Onun saxlanmasında və emalında çətinliklər olur. Fermer İbrahim Quliyev Çeyrançöldə böyük heyvandarlıq təsərrüfatı yaratmışdır. Hazırda təsərrüfatında 900 baş xırdabuynuzlu heyvan var. Hər il sürüdən 500 baş bala alır. Qoyunların kəsimindən isə 50 ton ət satır. Kəsilmiş heyvanların həm dərisi, həm də yunu tələf olur. Yalnız emal müəssisə açmaqla bu problemi həll etmək mümkündür. 

Məlum olduğu kimi, Ağstafada üzümçülük geniş inkişaf etmişdir. Hər il bağlardan tonlarla məhsul yığılaraq satılır, ancaq bir hissəsi. Yerdə qalan məhsul isə zay olur. Üzümçülər deyirlər ki, rayonda şərab emalı müəssisələri yaradılsa, məhsul da əllərində qalmaz. Bu, həm istehsalçıların güzəranına müsbət təsir göstərər, həm də ölkəmizin şərab ixracını artırar. 

Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov  dedi ki, söylənən bu təkliflər həyata keçirilsə, rayonda daha sürətli inkişafa nail olmaq mümkündür. Söz yox ki, yeni dövlət proqramının icrası Ağstafada da aqrar sektorun inkişafı üçün yeni imkanlar yaradacaq.


Sabir ƏLİYEV,

"Azərbaycan"          

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

Torpağın ruzisinin əvəzi yoxdur

08:20
26 İyun

Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

08:15
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!