08 Mart 2025 08:05
1805
CƏMİYYƏT
A- A+
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə növbəti səfəri də şəhər sakinlərinə unudulmaz anlar yaşatdı

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə növbəti səfəri də şəhər sakinlərinə unudulmaz anlar yaşatdı


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə təhsil, səhiyyə, eləcə də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyəti danılmazdır. Bu səbəbdən ölkəmizin hər yerində, o cümlədən Gəncədə bu istiqamətdə görülən genişmiqyaslı işlər əhali tərəfindən böyük razılıqla qarşılanır. 

Mehriban xanımın Gəncə və gəncəlilərə göstərdiyi diqqət və qayğının əvəzi yoxdur. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərdə milli-mənəvi dəyərlərin qorunması sahəsində böyük layihələr həyata keçirilmiş, o cümlədən xalqımızın uzaq və qaranlıq keçmişinin öyrənilməsində müstəsna əhəmiyyəti olan tarixi abidələr bərpa edilmişdir. Şəhərdəki Cavad xan və Comərdqəssab türbələrinin, Gəncə memarlığının incilərindən hesab edilən Şah Abbas məscidinin təmir olunmasına və digər bu kimi layihələrin icrasına gəncəlilər böyük dəyər verirlər. 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva martın 6-da növbəti dəfə Gəncəyə səfər etmişdir. Mehriban xanım, qızları Leyla Əliyeva və Arzu Əliyeva səfər çərçivəsində Gəncədə çoxsaylı tədbirlərdə iştirak etmiş, şəhər sakinləri ilə görüşmüşlər. Ölkənin birinci xanımı Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılan abidəsini ziyarət etdikdən sonra Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri, həmçinin inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olmuş, şəhərdəki 40 saylı körpələr evi-uşaq bağçasına, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə, şəhərdəki Şah Abbas və Hüseyniyyə məsçidlərinə, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinə baş çəkmişdir. 

Gəncəyə hər səfəri sakinlər arasında razılıqla qarşılanan Mehriban xanım Əliyevanın bu gəlişi də gəncəlilərdə xoş ovqat yaratmışdır. AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev deyir ki, yarandığı gündən elm və təhsilə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi proqramlar həyata keçirərək ölkəmizdə təhsilin inkişafına öz dəstəyini əsirgəmir: "Məktəblərdə təmir-tikinti işləri, şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr təhsilin keyfiyyətinin yüksəldilməsində uğurlu nəticələrə səbəb olur. Fondun gördüyü tədbirlər sırasında Gəncədə reallaşdırılan layihələr də saysız-hesabsızdır. Ölkənin birinci xanımının Gəncəyə bu səfəri də yaddaqalan oldu. Onun təhsil, səhiyyə müəssisələrindəki görüşləri, verdiyi məsləhətlər söz yox ki, bu sahələrdə inkişafa əlavə təkan verəcək".

Gəncə Perinatal Mərkəzinin həkimi Sevda Bünyatzadə isə bildirdi ki, uzun illərdir səhiyyə sahəsində işləyir: "Bu müddət ərzində Heydər Əliyev Fondunun Gəncə səhiyyəsinə göstərdiyi xidmətin dəfələrlə şahidi olmuşam. Fondun prezidenti Mehriban xanım Əliyeva Gəncəyə hər səfəri zamanı mütləq səhiyyə ocaqlarında olur, onların problemləri ilə maraqlanır. Uşaqların sağlamlığı üçün öz tövsiyələrini verən Birinci vitse-prezident yeri düşəndə səhiyyə ocaqlarının tibb avadanlıqları ilə təminatına da kömək göstərir. Onun diqqət və qayğısı ilə mənim işlədiyim xəstəxana da əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təmin olunmuşdur. Birinci xanımın bu səfəri də unudulmaz oldu. O, Gəncə Perinatal Mərkəzə müasir tibb avadanlıqları hədiyyə etdi. Bundan başqa, yeni doğulmuş körpələri ziyarət edərkən anaları fondun hədiyyələri ilə  sevindirdi. Bütün bunlara görə kollektivimiz adından Mehriban xanıma minnətdarlığımı bildirirəm".

37 nömrəli məktəbin tarix müəllimi Bəyanət Hüseynov: "İşlədiyim məktəb son illər qəzalı vəziyyətə düşmüşdü. 1969-cu ildə istifadəyə verilmiş tədris ocağında 700-dən çox şagird təhsil alırdı. Sağ olsun Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva. Vəziyyəti öyrəndikdən sonra 2024-cü ilin sentyabr ayında fondun köməyi ilə təmir-bərpa işlərinə başlanıldı. Gəncəyə növbəti səfəri zamanı Mehriban xanım təmir-bərpa işləri ilə tanış olmaq üçün məktəbimizə gəldi. Təmirin gedişi ilə maraqlandı və əlavə tapşırıqlar verdi. İndi tədris ocağımızın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirik". 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!