18 Dekabr 2025 08:30
245
İQTİSADİYYAT
A- A+
İşgüzar səfər, strateji hədəf

İşgüzar səfər, strateji hədəf


İlham Əliyevin BƏƏ-yə növbəti səfəri həmçinin iqtisadi tərəfdaşlığın genişlənməsinə xidmət edir


Azərbaycanla  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı iqtisadi əlaqələr son illər xeyli inkişaf edib. Hər iki ölkənin strateji mövqeyi, iqtisadi potensialı və qarşılıqlı maraqları əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradıb. Ticarət dövriyyəsinin artması, investisiya layihələrinin reallaşması və enerji sektorunda əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. 

Azərbaycan - BƏƏ iqtisadi əlaqələrinin indiki vəziyyəti, uğurları və perspektivlərinə daha ətraflı nəzər salaq. Ondan başlayaq ki, 3 ay öncə - sentyabrın 16-da BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb edən hadisə kimi yadda qaldı. Xüsusən işğaldan azad edilmiş Şuşada BƏƏ Prezidentinin qarşılanması iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyəsini nümayiş etdirdi. Səfər çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davamını  nəzərdə tutan 14 sənəd imzalandı ki, bu da tərəflərin münasibətlərinə verilən yüksək qiymətin göstəricisidir. Əsasən də "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə"nin əhəmiyyətini qeyd etmək lazımdır. Bəyannamədə iki dövlət arasındakı iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin inkişafının zəruriliyi vurğulanır və  bu inkişafın hər iki tərəf üçün faydalı olduğu xüsusi qeyd edilir. 

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasının da iki ölkə üçün böyük əhəmiyyəti var. Sirr deyil ki, Azərbaycan və BƏƏ neft ixracatçıları kimi zəngin təcrübəyə malikdirlər. Ona görə də təcrübə mübadiləsi hər iki ölkə üçün qarşılıqlı fayda gətirir və əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradır. Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edərək Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) və Zəngəzur dəhlizi (TRIPP)  kimi beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyan infrastruktur layihələrini uğurla həyata keçirib. BƏƏ isə neft gəlirlərini ölkənin turizm və texnologiya sektoruna yönəldərək iqtisadiyyatını şaxələndirib, neftdən asılılığını minimuma endirib.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə  səfəri çərçivəsində  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında "Azərbaycan - BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında imzalanan Anlaşma Memorandumu" da iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini genişləndirib. Bu günə qədər BƏƏ Azərbaycana təxminən 2,24 milyard dollar sərmayə yatırıb və bu rəqəmin yaxın gələcəkdə daha da artacağı gözlənilir. BƏƏ-nin tanınmış şirkəti "Masdar" Azərbaycanın enerji sahəsində fəal investor kimi önəmli rol oynayır. Şirkətin tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası bir neçə ildir fəaliyyət göstərir. Bu qəbildən icrasının müxtəlif mərhələlərində olan digər layihələr də var. Bundan əlavə, ölkəmizin Energetika Nazirliyi ilə "Masdar"  şirkəti arasında imzalanan  "yaşıl enerji" zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu şirkətin Azərbaycanda  bərpaolunan enerji istehsalının genişlənməsinə, investisiyaların artırılmasına və istehsal gücünün yüksəlməsinə şərait yaradır. Bütün bunlar onu deməyə əsas verir ki,  iqtisadi, enerji və investisiya sahələrindəki əməkdaşlıq Azərbaycan - BƏƏ münasibətlərinin yalnız sözdə deyil, real layihələrdə də güclü tərəfdaşlıq olduğunu göstərir.

Söz yox ki, Azərbaycan və BƏƏ arasındakı iqtisadi əməkdaşlıq ildən-ilə genişlənir. Ticarət dövriyyəsinin artması, birgə investisiya layihələrinin həyata keçirilməsi və enerji, infrastruktur, eləcə də turizm sahələrində əməkdaşlıq münasibətlərin əsas sahələrini təşkil edir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon  dollara çatıb. Bu yüksəliş iki ölkə arasındakı qarşılıqlı iqtisadi maraqların genişləndiyini və imzalanmış sazişlərin konkret, real nəticələr verdiyini təsdiqləyir. Ticarətdəki uğurlar Azərbaycan məhsullarının BƏƏ bazarına çıxışını asanlaşdırır və BƏƏ-nin investisiya potensialının ölkəmizə yönəlməsinə şərait yaradır.

İnvestisiya sahəsində qeyd olunan əməkdaşlığın perspektivləri aydın görünür. Bu mənada Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən yaradılmış Birgə İnvestisiya Fondu prioritet layihələrin maliyyələşdirilməsinə dəstək verir, uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır və bölgədə davamlı inkişaf üçün yeni imkanlar açır. Bu addımlar iki ölkə arasındakı strateji tərəfdaşlığın sadəcə rəsmi sənədlərdə qalmadığını, konkret layihələr və uğurlu nəticələr vasitəsilə reallaşdığını göstərir. Unutmayaq ki,  BƏƏ şirkətlərinin Azərbaycana qoyduğu investisiyalar ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir, regionda iqtisadi inteqrasiyanı gücləndirir. 

İnvestisiya və iqtisadi əməkdaşlıqda əldə olunan nəticələr fonunda Prezident İlham Əliyevin BƏƏ-yə növbəti işgüzar səfəri strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. 

İlham Əliyevin  "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirakı isə Azərbaycanın beynəlxalq idman platformalarında fəal iştirakını və qlobal idman əməkdaşlığına verdiyi töhfəni  nümayiş etdirir.  Bu səfər həm də 2025-ci il iyulun 9-da imzalanmış "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin praktiki icrasına yeni dinamika verir. Səfər sözügedən sənədin konkret mexanizmlər və real əməkdaşlıq formatları vasitəsilə həyata keçirildiyini göstərir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

Elektron siqaret infarkt riskini artıra bilər  

15:11
18 Dekabr

Oman Sultanlığı Azərbaycanla kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq istəyir  

15:09
18 Dekabr

Yağış yağanda…- FOTOREPORTAJ  

14:56
18 Dekabr

Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb  

14:41
18 Dekabr

Azərbaycanın sədrliyi ilə AQEM-in Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasları keçirilib  

14:37
18 Dekabr

Zilanlıda tikinti işlərinin 80 faizi başa çatıb - kənd yenidən qurulur

14:31
18 Dekabr

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib 

14:25
18 Dekabr

Donald Tramp: Mən nizamsızlığa varis oldum və onu düzəldirəm  

14:18
18 Dekabr

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb  

14:01
18 Dekabr

Fransada fermerlərin narazılığı artır  

13:58
18 Dekabr

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib  

13:56
18 Dekabr

Azərbaycan və ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:43
18 Dekabr

Humanizmə əsaslanan dövlət siyasəti və amnistiya ənənələri

13:28
18 Dekabr

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:05
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!