16 Dekabr 2025 08:00
1177
SİYASƏT
A- A+
Tarixdə ilk dəfə

Tarixdə ilk dəfə


Dünya Türk Dili Ailəsi Günü təsis edildi 


Dünən bəşər tarixində ilk dəfə olaraq 15 dekabr təqvim günü Dünya Türk Dili Ailəsi Günü kimi qeyd edildi. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-nun bu il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş 43-cü Baş Konfransında təsis edilib.

Azərbaycan, türk, qazax, qırğız, türkmən və özbək dillərinin daxil olduğu türk dilində təxminən 12 milyon kvadratkilometr ərazini əhatə edən ərazidə 200 milyondan çox insan danışır. Dünya Türk Dili Ailəsi Gününün elan edilməsi türk dilinin dünya miqyasında tanınması, qorunması və təbliği baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir.

Qeyd edək ki, 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. Məhz bu gün - 1893-cü il dekabrın 15-də məşhur danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey yazılarını deşifrə edərək türk dillərinin ən qədim yazılı abidələrinin sirrini dünyaya açmışdır. Bu hadisə türk dilinin tarixi dərinliyini, zənginliyini və mədəni potensialını elmi şəkildə təsdiqləyən dönüş nöqtəsi hesab olunur.

UNESCO-nun qəbul etdiyi qərarda vurğulanır ki, türk dili ailəsinə daxil olan dillər bu gün Avrasiya məkanında geniş coğrafiyada yayılıb. Bu dillər təkcə kommunikasiya vasitəsi deyil, eyni zamanda minilliklər boyu formalaşmış sivilizasiya, dövlətçilik ənənəsi, mədəniyyət və mənəvi irsin daşıyıcısıdır. 

Beynəlxalq təşkilatın bu addımı türk dünyası üçün simvolik və strateji əhəmiyyət daşıyır. Qərar türk dillərinin qorunması, gənc nəsillərə ötürülməsi, elmi-akademik tədqiqatların genişləndirilməsi və beynəlxalq mədəni dialoqda türk dilinin rolunun gücləndirilməsi baxımından yeni imkanlar açır. Beləliklə, dekabrın 15-inin Dünya Türk Dili Ailəsi Günü kimi təsis edilməsi türk dili və türk dünyası üçün qürurverici, gələcəyə ümid verən və mədəni birlik ideyasını gücləndirən əlamətdar beynəlxalq hadisədir. Bu günün qeyd edilməsi həmçinin türk dilinin qlobal səviyyədə daha yaxşı tanınmasına, türk xalqları arasında ortaq bir dil birliyinin qurulmasına xidmət edir.

Dünya Türk Dili Ailəsi Günü yalnız dilin əhəmiyyətini deyil, həm də türk mədəniyyətinin zənginliyini və müxtəlifliyini önə çıxarır. Türk dili, sadəcə, bir kommunikasiya vasitəsi deyil, həm də bir xalqın düşüncə tərzini, dünyagörüşünü və mədəniyyətini ifadə edən bir vasitədir. Türk dünyasında hər bir ölkə və toplum öz dilini fərqli şəkildə inkişaf etdirib. Ancaq bütün bunlar ortaq bir irsə, ortaq köklərə dayanır.

Dünya Türk Dili Ailəsi Günü yalnız bir günlə məhdudlaşmamalıdır. Bu günün qeyd edilməsi hər bir türk dövlətində dilin qorunması və inkişafı ilə bağlı davamlı fəaliyyətlərin təşviq edilməsi üçün bir vasitə olmalıdır. Türk dili hər bir türk xalqının mədəni irsinin təməl daşını təşkil edir və bu dili yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimiz üçün böyük bir məsuliyyətdir.

Bu gün türkdilli ölkələri birləşdirən və getdikcə qlobal təşkilata çevrilən Türk Dövlətləri Təşkilatı (TDT) qardaş ölkələri bir-birinə möhkəm bağlarla daha da yaxınlaşdırıb. TDT, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzu getdikcə daha da artır. Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər qardaş ölkələri bir ailə kimi birləşdirir. Azərbaycan bu təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirib.

Bu il oktyabr ayının 7-də Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev təşkilatın yaranması, qısa zamanda formalaşması və getdikcə necə bir güc mərkəzinə çevrildiyini söyləyərək, hər zaman olduğu kimi, görülən işləri qiymətləndirdi və qarşıdakı hədəfləri göstərdi.  Prezident İlham Əliyev qəbul edilən qərarları, həyata keçirilən layihələri yüksək qiymətləndirərək bildirmişdir ki, bütün bunlar təşkilatın daha da güclənməsinə xidmət edən proseslərdir. Ümumiyyətlə, TDT-nin Qəbələ zirvəsində Prezident İlham Əliyevin çıxışını həm də təşkilatın qarşıdakı dövr üçün yol xəritəsi də adlandırmaq olar. 

TDT-nin 12-ci Zirvə Görüşü Azərbaycan və türk dünyası üçün əhəmiyyətli bir tarixi an oldu. Bu zirvə görüşündə Prezident İlham Əliyev yalnız regionda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətindəki mülahizələrini açıqlamaqla kifayətlənmədi, həm də Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair strateji hədəflərini vurğuladı.

Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının gələcək inkişafını təmin edəcək bir çox mühüm sənədin imzalanması ilə yadda qaldı. İmzalanan sənədlər türk dünyası ölkələri arasında sıx əlaqələrin qurulmasına, birgə strateji layihələrin həyata keçirilməsinə və regional məsələlərə qarşı birgə yanaşmanın inkişafına zəmin yaratdı. Bu sənədlər türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını daha da irəlilətmək üçün əsaslı bir addım oldu.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

16:24
20 Yanvar

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:23
20 Yanvar

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri keçirilib  

16:20
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

16:16
20 Yanvar

Qərbi Azərbaycan İcmasının üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər  

16:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNƏCƏK  

16:13
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

16:12
20 Yanvar

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib  

16:11
20 Yanvar

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

16:09
20 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

15:53
20 Yanvar

NİİM sürücülərə müraciət edib

15:46
20 Yanvar

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

15:32
20 Yanvar

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!