03 Mart 2026 00:46
1344
Fərmanlar
A- A+
"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və  "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.16-1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11.16-1-ci maddəsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 11.16-1-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "Büdcə məlumatlarını idarəetmə" altsistemi nəzərdə tutulur;

1.4. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin adında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 

1.5. həmin Qanunun 4-1-ci maddəsinin adında "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-mühasibat" altsistemi nəzərdə tutulur;

1.6. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 

1.7. həmin Qanunun 3.9-cu maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-müqavilə" altsistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767 (Cild I); 2024, №7, maddə 788; 2025, № 2, maddə 109) 2.3-2-ci bəndində "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sistemi" sözləri "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-rüsum" altsistemi" sözləri ilə əvəz edilsin.

4. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); 2024, № 12 (II kitab), maddə 1363; 2025, № 1, maddə 24, №8, maddə 751, № 12 (I kitab), maddə 1155) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə "11.16-cı," sözlərindən sonra "11.16-1-ci (hər iki halda)," sözləri əlavə edilsin;

4.2.2.14-cü bəndə "(ikinci və üçüncü hallarda)," sözlərindən sonra "11.16-1-ci (birinci halda)," sözləri əlavə edilsin;

4.3.aşağıdakı məzmunda 2.19-1-ci bənd əlavə edilsin:

"2.19-1. həmin Qanunun 11.16-1-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "Büdcə məlumatlarını idarəetmə" altsistemi nəzərdə tutulur.".

5. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26, № 7, maddə 807; 2025, №4 (I kitab), maddə 342) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə birinci halda "maddələrində," sözündən sonra "4-1-ci maddəsinin adında," sözləri əlavə edilsin;

5.2. 2.2-3-cü bənddən "4-1.1-ci maddəsinin birinci abzasında və" sözləri çıxarılsın;

5.3. aşağıdakı məzmunda 2.2-4-cü bənd əlavə edilsin:

"2.2-4. həmin Qanunun 4-1-ci maddəsinin adında və 4-1.1-ci maddəsinin birinci abzasında "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-mühasibat" altsistemi nəzərdə tutulur;".

6."Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652, № 11, maddə 1108) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

6.1. 1.1-ci bəndə "3.7-ci," sözlərindən sonra "3.9-cu," sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 1.14-1-ci bənd əlavə edilsin:

"1.14-1. həmin Qanunun 3.9-cu maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-müqavilə" altsistemi nəzərdə tutulur;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 mart 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

19:22
15 Aprel

Avropada silahlanma artır

19:13
15 Aprel

Böyük Britaniyada maliyyə sıxıntısı artır

19:08
15 Aprel

Azərbaycanda sənaye istehsalı artmaqda davam edir

18:59
15 Aprel

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!