03 Mart 2026 00:47
176
Fərmanlar
A- A+
"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326 (Cild I); 2025, № 6, maddələr 541, 559, № 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"nin 8.55-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"8.55. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;".

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə"nin 8.20-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"8.20. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;".

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 73 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 218 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə"nin 8.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"8.4. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;".

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1520 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.16-3-cü yarımbənd əlavə edilsin:

"3.1.16-3. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə vermək;".

5. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 7, maddə 662; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 3.2.19-cu yarımbəndində "və digər təsərrüfat işləri görülərkən" sözləri ", təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən" sözləri ilə, "və digər təsərrüfat işlərinin" sözləri

", təsərrüfat və digər işlərin, o cümlədən minatəmizləmə fəaliyyətinin" sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 3.0.40-cı yarımbəndində "və digər təsərrüfat işləri görülərkən" sözləri ", təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən" sözləri ilə, "və digər təsərrüfat işlərinin" sözləri", təsərrüfat və digər işlərin, o cümlədən minatəmizləmə fəaliyyətinin" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I); 2024, № 8, maddə 938, № 12 (II kitab), maddə 1373; 2025, № 7, maddə 659, № 10, maddə 901; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.0.33-2-ci yarım bənd əlavə edilsin:

"3.0.33-2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə vermək;".

7. "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248 (Cild I); 2025, № 6, maddə 541) 7.1-ci bəndində "minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin" sözləri "minatəmizləmə fəaliyyəti üzrə işlərin" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 21 (Cild I) 3.1-ci bəndindən "habelə" (birinci halda) və", zərərsizləşdirilməsi" sözləri çıxarılsın və həmin bənddə "digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "ərazilərin və digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan"sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 118 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin: 

9.1. 1.1-ci bənddən "habelə" (birinci halda) və ", zərərsizləşdirilməsi" sözləri çıxarılsın və həmin bənddə "digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan (bundan sonra - minalardan və hərbi sursatdan)" sözləri "ərazilərin və digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

9.2. 2.1.5-ci yarımbəndə "ərazilərin" sözündən sonra "və digər təhlükəli ərazilərin" sözləri əlavə olunsun və həmin yarımbənddə "partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla)" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin; 

9.3. 3.1-ci bənd üzrə:

9.3.1. aşağıdakı məzmunda 3.1.1-1-ci yarımbənd əlavə edilsin:

"3.1.1-1. minatəmizləmə fəaliyyətinə dair tələblərə və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq standart əməliyyat prosedurlarını müəyyən etmək;";

9.3.2. 3.1.4-cü yarımbəndə "ərazilərin" sözündən sonra "və digər təhlükəli ərazilərin" sözləri əlavə olunsun və həmin yarımbənddə "partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla)" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə, ", daşınmasını və zərərsizləşdirilməsini" sözləri "və daşınmasını" sözləri ilə əvəz edilsin;

9.3.3. 3.1.5-ci yarımbənddə "elektron məlumat bazası yaratmaq" sözləri "informasiya sisteminin aparılmasını təmin etmək" sözləri ilə əvəz edilsin;

9.3.4. 3.1.6-cı yarımbənddə "minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış" sözləri "təhlükəli" sözü ilə, "hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə, "elektron məlumat bazasına" sözləri "informasiya sisteminə" sözləri ilə əvəz edilsin;

9.3.5. 3.1.8-ci yarımbənddə "minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalması ehtimal edilən" sözləri "təhlükəli" sözü ilə əvəz edilsin;

9.3.6. 3.1.9-cu yarımbənddə "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

9.3.7. 3.1.10-cu yarımbənddə "hərbi sursatın (kimyəvi silah istisna olmaqla)" sözləri "digər partlayıcı sursatların" sözləri ilə əvəz edilsin;

9.3.8. 3.1.11-ci yarımbənddə "hərbi sursatdan (kimyəvi silah istisna olmaqla)" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

9.3.9. 3.1.12-ci yarımbənddə "partlamamış hərbi sursatın (kimyəvi silah istisna olmaqla)" sözləri "partlayıcı sursatların" sözləri ilə əvəz edilsin;

9.3.10. aşağıdakı məzmunda 3.1.12-1-ci yarımbənd əlavə edilsin:

"3.1.12-1. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirməni aparmaq;";

9.3.11. 3.1.13-cü yarımbənddə "aparmaq" sözü "və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmək" sözləri ilə əvəz edilsin;

9.3.12. aşağıdakı məzmunda 3.1.13-1-ci yarımbənd əlavə edilsin:

"3.1.13-1. keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən minatəmizləmə fəaliyyətinə dair tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə icraçıdan pozuntunun aradan qaldırılmasını tələb etmək, buna riayət olunmadıqda icraçının minatəmizləmə fəaliyyətini dayandırmaq;";

9.3.13. 3.1.14-cü yarımbənddə "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

9.3.14.3.1.15-ci yarımbənddə "akkreditasiyadan keçirmək" sözləri "qiymətləndirmək" sözü ilə əvəz edilsin;

9.3.15. 3.1.16-cı yarımbənddə "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

9.3.16. 3.1.18-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.18. əhali arasında minaların və digər partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici tədbirlər həyata keçirmək, o cümlədən partlayıcı sursatların təhlükəsi, bununla əlaqədar dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin vəzifələri, təhlükəli ərazilər və həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə bağlı maarifləndirici materialların hazırlanmasını və yayılmasını təmin etmək;"; 

9.3.17. 3.1.19-cu yarımbəndə "etmək" sözündən sonra ", minatəmizləyənlərə qanunla müəyyən edilmiş qaydada təlimlər keçirmək və təlimlərin nəticəsində qiymətləndirmə apararaq sertifikat vermək" sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 fevral tarixli 1280 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 122 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə"nin 3.1.23-cü yarımbəndində "minatəmizləmə və minaların zərərsizləşdirilməsi işlərinin" sözləri "minatəmizləmə fəaliyyəti üzrə işlərin" sözləri ilə əvəz edilsin.

11. "Ağdam Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 454 (Cild I) 6-cı hissəsində ", partlamamış hərbi sursatdan, tərkibində partlayıcı maddə olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "və digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 3, maddə 228, № 8, maddə 777) ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nin 3.1.12-ci və 3.1.13-cü yarımbəndlərinə "təmir" sözündən sonra ", minatəmizləmə fəaliyyəti" sözləri əlavə edilsin. 

13. "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 981 (Cild I); 2025, № 2, maddə 108) aşağıdakı dəyişikliklər edilsin:

13.1. preambula üzrə:

13.1.1. "habelə" sözü çıxarılsın;

13.1.2. "digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından" sözləri "ərazilərin və digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

13.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.2. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (bundan sonra - Agentlik) təklifləri əsasında, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərinin və digər təhlükəli ərazilərinin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi sahəsində prioritet təşkil edən təhlükəli ərazilər nəzərə alınmaqla, minatəmizləmə ilə əlaqədar fəaliyyət planını hər il dekabrın 25-dək təsdiq etsin;";

13.3. 1.6-cı bəndə "ərazilərin" sözündən əvvəl "təhlükəli" sözü əlavə olunsun və həmin bənddə "hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

13.4. 2.1-ci bəndə "ərazilərdə" sözündən əvvəl "təhlükəli" sözü əlavə edilsin.

14. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1097 (Cild I) 6-cı hissəsində ", partlamamış hərbi sursatdan, tərkibində partlayıcı maddə olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "və digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin.

15. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamında(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297  (Cild I); 2024, № 4, maddə 400, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1360; 2025, № 4 (I kitab), maddə 330) aşağıdakı dəyişikliklər edilsin:

15.1. preambulanın üçüncü abzasının ikinci cümləsində "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.2. həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə:

15.2.1. 3.2-ci bəndin ikinci abzasında ", partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "və digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.2.2. "4. Hədəf göstəricilər" hissəsinin "Şəkil 1. Hədəf göstəriciləri" cədvəlinin "İNFRASTRUKTUR" sütununun birinci abzasında "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.2.3. 6.2.1-ci yarımbənd üzrə:

15.2.3.1. ikinci abzasda "hərbi sursatdan" sözləri "partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.2.3.2. üçüncü abzasda "fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər" sözləri "ilə əlaqədar fəaliyyət" sözləri ilə, "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə, "və zərəsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış" sözləri ", təhlükəli" sözü ilə əvəz edilsin;

15.2.4. 7.1-ci bəndin ikinci abzası üzrə:

15.2.4.1. birinci cümlədə "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.2.4.2. ikinci cümlədə "partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.3. "10. Dövlət Proqramına dair Tədbirlər Planı" hissəsi üzrə:

15.3.1. 1.1-ci bənddə "partlamamış hərbi sursatdan" sözləri "digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin;

15.3.2. 1.1.1-ci yarımbəndin "Tədbirin adı" sütununda ", partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan" sözləri "və digər partlayıcı sursatlardan" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!