13 Mart 2025 21:09
509
SİYASƏT
A- A+
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib. O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: “Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər”.

Nazir bildirib ki, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımdan daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.


“Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik”, - deyə nazir əlavə edib.


Finlandiyanın sabiq Prezidenti Tarya Halonen çoxqütblü dünyanın hər kəs üçün vacib olduğunu bildirərək vurğulayıb: “Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Hazırda bütün dünyada gedən dəyişikliklər olduqca mürəkkəbdir”.


İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə sülhə nail olmağın yolunun qarşılıqlı məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük mövzusunun müzakirə edilməsi olduqca vacib məsələdir.


“Bir çox məsələlər müzakirə olunur. Ancaq əsas düşündürücü məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar süni intellekt, kosmos və insan irqi barədə narahatdırlar. Çalışmaq lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın. Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma olduğunu düşünürəm”, - deyə o əlavə edib.


BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu xatırladaraq qeyd edib: “Biz əsas diqqətimizi qeyri-tarazlığın necə aradan qaldırılmasına yönəltməliyik. Yeni dünya düzənində güclərin tarazlığı olacaqmı, yoxsa maraqların? Bu, ən vacib iki məqamdır”.


O, həmçinin bildirib: “BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq.”


Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: “Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir”.


“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: “İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət, 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi”, - deyə o diqqətə çatdırıb.


Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.


“Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür”, – deyə o diqqətə çatdırıb.


Vanq Yivei, həmçinin əlavə edib: “Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq”.


Panel mövzu ətrafında müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

23:54
16 Avqust

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

23:23
16 Avqust

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

21:39
16 Avqust

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

20:59
16 Avqust

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

20:13
16 Avqust

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

19:43
16 Avqust

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

18:09
16 Avqust

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

15:29
16 Avqust

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

15:17
16 Avqust

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

14:31
16 Avqust

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

14:27
16 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

13:29
16 Avqust

Həftənin ilk iş günündə hava necə olacaq?

13:07
16 Avqust

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

12:23
16 Avqust

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

11:17
16 Avqust

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

10:59
16 Avqust

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

09:07
16 Avqust

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!