26 Avqust 2026 08:25
96
SİYASƏT
A- A+
Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir


Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm coğrafi mövqeyə malik olan Azərbaycan türk dünyasının siyasi və iqtisadi inteqrasiyasında fəal iştirak edir, Avropa ilə strateji tərəfdaşlığını genişləndirir, Mərkəzi Asiya ilə əlaqələrini dərinləşdirir, Rusiya və Ukrayna ilə münasibətlərini milli maraqlar əsasında qurur, Çinlə strateji tərəfdaşlığını möhkəmləndirir və Cənubi Qafqazda yeni sülh reallığını formalaşdırır. 

Bu mənzərə təsadüfi siyasi qərarların məcmusu deyil. Bunun arxasında uzun illər ərzində formalaşmış dövlət siyasəti dayanır və onun əsas müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Müasir dünyada dövlətin gücündən söz açarkən hərbi potensialı önə çıxarmaq  kifayət etmir. Güc həm də diplomatik manevr imkanında, iqtisadi əlaqələrin genişliyində, nəqliyyat marşrutlarının əhəmiyyətində, enerji təhlükəsizliyində, beynəlxalq təşəbbüslərdə və başqa dövlətlərin həmin ölkənin mövqeyini nəzərə almaq məcburiyyətində qalmasında ifadə olunur. Azərbaycanın son illər qazandığı ən mühüm nəticələrdən biri də məhz budur - ölkəmizin beynəlxalq münasibətlər sistemində siyasi çəkisi əhəmiyyətli dərəcədə artıb.

Ölkəmizin bugünkü geosiyasi mövqeyini 2020-ci ilin Zəfərindən ayrı təsəvvür etmək mümkün deyil. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün böyük hissəsinin bərpası, 2023-cü ildə isə ölkənin suverenliyinin tam təmin olunması Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələ açdı. Bu mərhələ Prezident İlham Əliyevin uzunmüddətli və ardıcıl siyasətinin mühüm tarixi nəticəsidir. Qarabağ Zəfərinin əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmadı, əsl siyasi sınaq ondan sonra başladı. Qələbəni davamlı sülhə, iqtisadi inkişafa və regional əməkdaşlığa çevirmək böyük siyasi iradə tələb edirdi. Azərbaycan məhz bu yolu seçdi. Qarabağ və Şərqi Zəngəzur bu gün bərpa-quruculuq işləri ilə yanaşı, yeni iqtisadi, nəqliyyat, enerji və sosial inkişaf modelinin tətbiq olunduğu məkana çevrilib. Şuşanın türk dünyasının siyasi və mədəni həyatında xüsusi yer qazanması isə Azərbaycanın bu coğrafiyadakı rolunun daha bir ifadəsidir.

Türk dünyasının bugünkü inteqrasiya prosesini Azərbaycanın fəal iştirakı olmadan təsəvvür etmək çətindir. Burada söhbət yalnız Azərbaycan-Türkiyə münasibətlərindən getmir, eyni zamanda tarixi və mədəni yaxınlığı siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və texnoloji əməkdaşlığa çevirən daha böyük prosesdən gedir. Prezident İlham Əliyevin türk dünyasına münasibətdə siyasətinin mühüm xüsusiyyəti də məhz budur: ortaq keçmişi yalnız tarixi yaddaş kimi qorumaqla yanaşı, onu ortaq gələcəyin siyasi və iqtisadi resursuna çevirmək. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq təkcə mədəni əlaqələrlə məhdudlaşmır, həm də nəqliyyat, investisiya, ticarət, enerji, rəqəmsallaşma, təhsil və digər istiqamətlərdə əlaqələr də genişlənir. 2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü də bu prosesin mühüm siyasi mərhələlərindən biri oldu. Azərbaycan türk dünyasının inteqrasiyasında yalnız iştirak edən deyil, bu prosesə siyasi dinamika verən dövlətlərdən birinə çevrilib.

Türk dünyasının iqtisadi və geosiyasi potensialını artıran əsas amillərdən biri Orta dəhlizdir. Azərbaycan Xəzərin qərb sahilində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Türkiyə ilə Mərkəzi Asiyanı, daha geniş mənada isə Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Orta dəhliz bu baxımdan yalnız yükdaşıma marşrutu olmayıb, Avrasiyanın iqtisadi xəritəsini dəyişə biləcək geoiqtisadi bağlantıdır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin sürətli inkişafı da bu strategiyanın mühüm istiqamətidir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanla əlaqələr son illər yeni məzmun qazanıb. Burada Özbəkistanla münasibətlərin inkişafını xüsusi qeyd etmək lazımdır. Azərbaycan-Özbəkistan əlaqələri siyasi münasibətlərdən iqtisadi, mədəni, təhsil və investisiya əməkdaşlığına qədər genişlənir. Bu günlər Prezident İlham Əliyevin Daşkənd səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında yeni layihələrin həyata keçirilməsi, o cümlədən "Azərbaycan" parkının təməlinin qoyulması və Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılışı iki ölkə arasında münasibətlərin çoxşaxəli xarakter aldığını göstərən son nümunələrdəndir.

Pakistanla münasibətlər də Azərbaycanın genişlənən geosiyasi əməkdaşlıq coğrafiyasının mühüm istiqamətlərindəndir. Pakistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi prinsipial dəstək qarşılıqlı siyasi etimadın möhkəm təməlini yaradıb. Eyni zamanda Pakistan Azərbaycan üçün Cənubi Asiyaya açılan mühüm siyasi və iqtisadi tərəfdaşdır. Pakistanla əlaqələrin inkişafına daha geniş regional əməkdaşlıq kontekstində yanaşmaq lazımdır. Bu, ölkəmizin əməkdaşlıq coğrafiyasını etnik sərhədlərlə məhdudlaşdırmadığını göstərir.

Eyni yanaşma Azərbaycanın qonşu və böyük dövlətlərlə münasibətlərində də özünü büruzə verir. Rusiya ilə münasibətlər yüksək diplomatik çeviklik və milli maraqların ardıcıl müdafiəsini tələb edən istiqamətlərdəndir. Azərbaycan bu münasibətlərdə müstəqil mövqeyini qorumağa çalışır və heç bir böyük güclə münasibətlərini digər tərəflə qarşıdurmanın alətinə çevirmir.

Azərbaycan-Ukrayna münasibətlərində isə ölkəmizin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə verdiyi əhəmiyyət aydın görünür. Ölkəmizin özünün uzun illər ərazi bütövlüyünün pozulması problemi ilə üzləşməsi bu prinsipial mövqenin siyasi mahiyyətini daha aydın izah edir.

Qonşu İranla münasibətlər də Azərbaycanın balanslı və qarşılıqlı hörmətə əsaslanan regional siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycanla İranı yalnız ümumi sərhəd deyil, tarixi, mədəni və humanitar bağlar da birləşdirir. 

Azərbaycanın Avropa ilə münasibətlərinin inkişafı ölkənin geosiyasi çəkisinin artmasının mühüm göstəricisidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində tərəfdaş olmaqla yanaşı, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat və logistika sistemində strateji mövqe tutur. Enerji, nəqliyyat, "yaşıl enerji", rəqəmsal bağlantı və regional təhlükəsizlik məsələlərinin bir-birini tamamlayan istiqamətlərə çevrilməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının məzmununu genişləndirib.

Yeni dünya düzənindən danışarkən Çin istiqamətini də nəzərdən qaçırmaq olmaz. Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat ölkəmizin xarici siyasət coğrafiyasının genişliyini göstərən mühüm siyasi hadisədir. Çinlə əlaqələrin inkişafı Orta dəhlizin perspektivləri baxımından da xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan bir tərəfdən, türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır, digər tərəfdən, Çin, Avropa və digər qlobal güc mərkəzləri ilə əməkdaşlığını inkişaf etdirir. Bu istiqamətlər bir-birinə zidd deyil, əksinə, Azərbaycanın geosiyasi əhəmiyyətini artıran amillərdir.

Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyətlərindən biri də hərbi qələbənin siyasi nəticəyə çevrilməsi istiqamətində nümayiş etdirilən iradədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionun gələcəyinin qarşıdurma üzərində qurulmasının mümkünsüzlüyünü ortaya qoydu. Çünki Cənubi Qafqazın gələcəyi müharibədə deyil, sülhdə, əməkdaşlıqda və iqtisadi inteqrasiyadadır. Azərbaycan-Ermənistan münasibətlərində 2025-ci ildə əldə olunan mühüm siyasi irəliləyişlər də bu baxımdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sülh gündəliyinin irəliləməsi yeni nəqliyyat xətlərinin açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və regionun beynəlxalq bağlantılarının artması üçün imkanlar yaradır. 

Dövlətin beynəlxalq nüfuzu yalnız dövlət institutlarının fəaliyyəti ilə formalaşmır. Liderin şəxsi siyasi nüfuzu da ölkənin diplomatik imkanlarının mühüm hissəsinə çevrilə bilər. Prezident İlham Əliyevin müxtəlif siyasi qütblərlə dialoq aparmaq, fərqli maraqları uzlaşdırmaq və Azərbaycanın milli mövqeyini beynəlxalq müstəvidə ardıcıl müdafiə etmək bacarığı ölkəmizin siyasi kapitalını artıran amillərdəndir. Əsas məsələ şəxsi nüfuzun arxasında dayanan nəticələrdir - Qarabağ Zəfəri, ərazi bütövlüyünün və suverenliyin bərpası, türk dünyasında Azərbaycanın artan rolu, Orta dəhlizdə strateji mövqe, Avropanın enerji təhlükəsizliyində artan əhəmiyyət, Çinlə strateji tərəfdaşlıq, Mərkəzi Asiya ilə dərinləşən əlaqələr və Cənubi Qafqazda sülh gündəliyinin formalaşdırılması.

Dünya dəyişir, yeni güc mərkəzləri formalaşır, yeni ittifaqlar və bağlantılar yaranır, dövlətlər milli maraqlarını dəyişən geosiyasi reallıqlara uyğunlaşdırır. Belə bir dövrdə əsas məsələ yalnız dəyişikliklərə uyğunlaşmaq deyil, onların formalaşmasına təsir göstərməkdir. Azərbaycanın son illər keçdiyi yol göstərir ki, coğrafi mövqeyi geosiyasi üstünlüyə, enerji imkanlarını strateji tərəfdaşlığa, nəqliyyat potensialını geoiqtisadi gücə, tarixi-mədəni bağlılıqları türk həmrəyliyinə, Qarabağ Zəfərini isə yeni regional sülh gündəliyinə çevirmək bu siyasətin mühüm nəticələridir. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!