25 Avqust 2026 16:58
68
SİYASƏT
A- A+
Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  


Azərbaycan-Özbəkistan əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi bağlantısı və sabitliyi üçün əhəmiyyətli rol oynayır


 “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistandan səsləndirdiyi bu bəyanat Bakı və Daşkənd arasında formalaşan yeni reallığın mahiyyətini dəqiq əks etdirir. Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə iki dövlətin ikitərəfli əməkdaşlığı çərçivəsindən çıxaraq Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi inteqrasiyasını təmin edən əsas hərəkətverici qüvvəyə çevrilib.


Dərinləşən əlaqələr, gerçəkləşən hədəflər 


Ölkələrimiz arasında əsrlərdən bəri mövcud olan tarixi, mədəni və mənəvi bağlar bu gün sadəcə bəyanatlarla deyil, konkret hüquqi mexanizmlər, iqtisadi layihələr və institutlaşmış strateji tərəfdaşlıqla möhkəmlənir. Bakı və Daşkənd arasında inkişaf edən münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq məntiqi üzrə uğurla irəliləyir. 2024-cü ilin avqustunda Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilədən sonra bu ilin 23 avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” əlaqələrin keyfiyyətcə yeni və ən yüksək mərhələsini özündə ehtiva edir. 

Müqavilə iki dövlətin beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini rəhbər tutaraq münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad və müttəfiqlik əsasında qurduğunu təsbit edir. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı blok və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr və ya qruplar tərəfindən digər tərəfin dövlət maraqlarına qarşı istifadəsinə yol verməməyi öhdələrinə götürürlər. Bu sənəd böyük güclərin rəqabəti fonunda iki ölkənin regional sabitlik amili kimi çıxış etməsini təmin edir. Özbəkistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası zamanı bu xüsusi nüansa diqqət çəkən ölkəmizin başçısı qeyd edib ki, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik: “Bu, avtomatik rejimdə baş verir”.

Əbədi dostluq haqqında Müqavilədə təkcə təhlükəsizlik sahəsi ilə bağlı deyil, ölkələrimizin siyasi, iqtisadi, mədəni əlaqələri barədə də mühüm məsələlər də əksini tapıb. 

İki ölkə nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət ayırır. Sənəddə əks olunub ki, yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialınınartırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.

Urgenç-Xankəndi, Urgenç-Naxçıvan və Buxara-Laçın kimi şəhərlərarası tərəfdaşlıq razılaşmaları regionlararası əməkdaşlığı gücləndirir.

Prezident İlham Əliyev və Özbəkistan rəhbəri Şavkat Mirziyoyev arasında formalaşmış yüksək şəxsi etimad dövlətlərarası münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Liderlərin həyata keçirdiyi genişmiqyaslı islahatlar hər iki ölkənin iqtisadi potensialını və beynəlxalq nüfuzunu artırıb.

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi tərəfdaşlıq konkret rəqəmlər və mexanizmlərlə möhkəmlənir. İki dövlət ticarət dövriyyəsini 2030-cu ilədək 1 milyard dollara çatdırmağı hədəfləyir.  


Vahid geosiyasi və geoiqtisadi məkan


Özbəkistan Qarabağın bərpası prosesinə praktiki dəstək verən ilk ölkələrdən biri kimi öz qardaşlıq mövqeyini nümayiş etdirib.

Ölkəmizin rəhbəri Daşkənddə mətbuata bəyanatında ölkələrimiz arasındakı bu səmimi əlaqələr barədə deyib: “Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub”. 

Azərbaycan və Özbəkistanın yaxınlaşması Xəzərin iki sahilini bir-birinə bağlayaraq vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırır. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyaya da güclü impuls verir.

Azərbaycan Xəzərdən Qərbə, Özbəkistan isə Mərkəzi Asiyadan Xəzərə çıxış imkanlarını birləşdirərək Orta dəhlizin əsas aktorlarına çevrilirlər.

İki liderin sarsılmaz siyasi iradəsi, Ali Dövlətlərarası Şura və Birgə İnvestisiya Fondu kimi institusional mexanizmlərin effektiv fəaliyyəti, habelə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi göstərir ki, bu tərəfdaşlıq kağız üzərində deyil, reallıqda dərinləşir. Azərbaycan və Özbəkistanın həm Orta Dəhliz kimi nəqliyyat-logistika layihələrində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində artan birgə rolu Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi bağlantısını və sabitliyini təmin edən əsas amilə çevrilib. Bu strateji ittifaq təkcə iki dövlətin deyil, bütövlükdə geniş Avrasiya coğrafiyasının təhlükəsizliyinə, iqtisadi tərəqqisinə və xalqlarımızın rifahına xidmət edən davamlı inkişaf modelidir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ABŞ ölkəyə sığınmaq üçün müraciət edən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır  

16:09
25 Avqust

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

15:08
25 Avqust

Son yeddi ayda 83 uşaq övladlığa verilib

15:07
25 Avqust

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

15:06
25 Avqust

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

15:03
25 Avqust

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

15:01
25 Avqust

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!