26 Avqust 2026 08:20
120
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir


Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşməsinə böyük töhfə verəcək. Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr ikitərəfli əməkdaşlıqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropanı birləşdirəcək geosiyasi və geoiqtisadi proses kimi qiymətləndirilir. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük xidməti olub: "Artıq Azərbaycan Mərkəzi Asiya regionunun da bir hissəsi kimi qəbul edilir. Azərbaycan və Özbəkistanın qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında səmimi dostluq və etimad xüsusi rol oynayır. İki dövlət liderləri arasında olan bu münasibət dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına da əhəmiyyətli təkan verir. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında müqavilə ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik əlaqələrini ən yüksək səviyyəyə çatdırıb". 

Ekspert qeyd edib ki, Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsinin yaxın vaxtlarda bir milyard dollara çatdırılması barədə qərar olduqca önəmli bir addımdır. Prezident İlham Əliyev mətbuata bəyanatında iki dövlət arasında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və bir sıra digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı. Bu baxımdan SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılmasını xüsusi qeyd etmək lazımdır. Enerji sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətli addımdır. Azərbaycanla Özbəkistan arasında neft-qaz kəşfiyyat layihələrinin son mərhələyə çatması olduqca strateji bir hadisədir və gələn il istismar quyularının qazılması haqqında qərar iki dövlət arasında enerji əməkdaşlığının mühüm göstəricisidir. "Bu, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə böyük töhfə verəcək. Xəzər dənizində birgə donanmanın istifadəyə verilməsinin sürətləndirilməsi, eləcə də Azərbaycan-Özbəkistan dəhlizinin yaradılması haqqında razılaşma olduqca mühüm əhəmiyyət daşıyır. Özbəkistan işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərində də olduqca fəal iştirak edir. Füzulidə 960 yerlik məktəbin və Xankəndidə tikiş fabrikinin Özbəkistan dövləti tərəfindən tikilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. Azərbaycanla Özbəkistan arasında sıx siyasi-iqtisadi, eləcə də qardaşlıq əlaqələri iki dövlətlə yanaşı, türk dünyasının inteqrasiyasına böyük təkan verir",- deyə o əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!