25 Avqust 2026 23:12
53
SİYASƏT
A- A+
Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Azərbaycanın Sudan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təqdim edib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində E.Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sudan Suveren Keçid Şurasının Sədrinə çatdırıb.

Səfir Sudan rəhbərinin Azərbaycana 2019-cu ilin oktyabr ayında rəsmi və 2024-cü ilin noyabr ayında isə COP29 Liderlər Sammitində iştirak məqsədilə işgüzar səfərlərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğu vurğulanıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan arasında 2025-ci ilin aprelində Antalya Diplomatik Forumu çərçivəsində keçirilmiş görüş məmnunluqla xatırlanıb.

Diplomat Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə və prinsipial mövqeyə görə Sudan tərəfinə minnətdarlığını ifadə edib. E.Poluxov Azərbaycanın Sudanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bildirib.

İki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Səfir Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrlik edəcəyini xatırladaraq, Sudanın Azərbaycanda keçiriləcək növbəti İslam Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Sudan tərəfinin xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib.

Al-Burhan, həmçinin gələn il iş qrafikindən asılı olaraq Azərbaycanda keçiriləcək İslam Zirvə Görüşündə iştirak etmək istədiyini vurğulayıb.

Sonda səfir Elxan Poluxov xatirə kitabına ürək sözlərini yazıb və yerli mətbuata müsahibə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!