25 Avqust 2026 17:59
75
İQTİSADİYYAT
A- A+
Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

Mobil telefonların da özünəməxsus “şəxsiyyət vəsiqəsi” var - IMEI kodu. Lakin bu rəqəmlər saxtalaşdırıldıqda, cihazın rəqəmsal kimliyi də kölgəyə düşür. Azərbaycanda  bu cür “kölgə izləri”nin qarşısını almaq üçün mübarizə davam edir.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin məlumatına görə, bu günədək 77 614 kopyalanmış IMEI kod “klon” statusu verilərək bloklanıb. Araşdırmalar zamanı məlum olub ki, həmin kodlardan istifadə etməklə Azərbaycanın mobil rabitə şəbəkəsinə 1 milyon 613 min 177 dəfə qoşulmağa cəhd göstərilib. Ancaq bu cəhdlərin heç biri sistemin diqqətindən yayınmayıb. “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi saxta kodları aşkar edərək onların şəbəkəyə çıxışına mane olub.

Qaydalara əsasən, xaricdən gətirilən mobil telefonların Azərbaycanda istifadə olunması üçün IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu proses “mygov” portalı üzərindən onlayn və ya poçt məntəqələrində həyata keçirilə bilər. “AzInTelecom” vətəndaşlara telefon alarkən cihazın qutusu üzərindəki IMEI nömrəsini “mygov” portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üz tutmağı tövsiyə edir.

Çünki telefonda görünən ekran nə qədər parlaq olsa da, onun görünməyən rəqəmsal kimliyi  - IMEI kodu - saxta olarsa, cihazın yolu şəbəkəyə qədər uzanmaya bilər.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ABŞ ölkəyə sığınmaq üçün müraciət edən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır  

16:09
25 Avqust

Laçında enerji masası: sərhəddə elektrik xətlərinin “işığı” müzakirə edildi

15:08
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!