26 Avqust 2026 08:10
61
CƏMİYYƏT
A- A+
Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi


Laçın Azərbaycanın qədim tarixə, bənzərsiz gözəlliyə və ən başlıcası strateji mövqeyə malik rayonlardandır. Ulu Öndər Heydər Əliyev illər öncə Laçının tarixi və strateji əhəmiyyətini dəyərləndirərək demişdir: "Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir". 

Təəssüflər olsun ki, 18 may 1992-ci ildə bu strategiya Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək odlara qalandı. İnsanların illərdən bəri əziyyət çəkib tikdikləri və əsrlərcə yaşadıqları evlər darmadağın edildi. 30 il doğma ocaqlarından didərgin düşmüş laçınlılar doğma yurdun həsrətilə yaşadılar. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Erməni qəsbkarlarının rayonun ərazisində apardıqları talan və qarət zamanı 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə Yer üzündən silinmişdir.

Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Ermənistanın işğalçı qüvvələrini diz çökdürdü. Ordumuzun  yenilməzliyi, zabit və əsgərlərimizin qəhrəmanlığı, xalqımızın yumruq kimi ölkə rəhbərliyinin ətrafında birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində Qarabağın və ətraf rayonların xeyli ərazisi işğaldan azad olundu. 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də  güllə atılmadan, qan tökülmədən Azərbaycana - əsl sahibinə təhvil verildi. Laçın 2020-ci ildə erməni işğalından azad edilən sonuncu rayon oldu. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda qalmış ermənilər Ermənistana Laçın yolu vasitəsilə gedib-gəldikləri üçün Laçın şəhəri, Zabux və Sus kəndləri yalnız 2022-ci il avqustun 26-da bütövlükdə Azərbaycanın nəzarəti altına keçdi. Həmin gün  ölkəmizin qəhrəmanlıq tarixinə şərəfli səhifə kimi yazıldı.

Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçına daxil oldu. Həmin gün Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev rəsmi "X" (tviter) səhifəsində bununla bağlı paylaşımında yazmışdı: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş hərbçiləri mükafatlandırmaq üçün 2020-ci il noyabrın 26-da  "Laçının azad olunmasına görə" medalı təsis olundu. Bu medal Laçın uğrunda döyüşənlər üçün qəhrəmanlıq rəmzinə çevrildi. Prezident İlham Əliyev 21 sentyabr 2022-ci ildə Laçına səfər edərək böyük təntənə ilə Azərbaycanın bayrağını dalğalandırdı. 

Əvvəlki illər mayın 18-i Laçının işğal günü göz yaşları içində qeyd olunurdu. Üzlərdən, gözlərdən kədər süzülürdü. Artıq həmin kədər və qəm yüklü gün tarixə qovuşub. Çünki Laçın erməni işğalçılarından azad olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" sərəncamına əsasən, avqustun 26-sı ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur. İndi üzlərdən, gözlərdən sevinc süzülür. Artıq laçınlılar Laçın Şəhəri Gününü doğma yurdlarında sevinc hissi ilə keçirirlər.

Başqa ərazilərimiz kimi, 30 ilə yaxın ermənilərin işğalında qalmış Laçın rayonu da dağıntılara məruz qalmış, evlər, məktəblər, mədəniyyət ocaqları yerlə yeksan edilmişdi. Erməni işğalından azad olunandan sonra qısa müddət ərzində Laçının  bərpasına başlanıldı. Düşmən cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikildi, rahat yollar çəkildi, tunellər salındı, elektrik stansiyaları quraşdırıldı. Dövlətimizin uğurla həyata keçirdiyi Böyük qayıdış proqramı çərçivəsində Laçında genişmiqyaslı quruculuq işləri yüksək vüsət aldı. 7-8 ay müddətində şəhərin böyük hissəsi yenidən quruldu. 

Laçın şəhərinə ilk köç 2023-cü il mayın 28-də oldu. Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşüb evlərinin açarlarını onlara təqdim etdi. Təqdimat mərasimində çıxış edən dövlətimizin başçısı bildirdi ki, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir: "Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək".

28 may 2025-ci il də Laçının tarixinə qızıl hərflərlə həkk olundu. Həmin gün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. 

Dövlətimizin qəbul etdiyi və uğurla həyata keçirdiyi Böyük qayıdış proqramı çərçivəsində Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri həm yüksək zövqlə, həm də keyfiyyətlə aparılır. Artıq 3 ildən çoxdur laçınlıların doğma yurda qayıdışı davam edir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!