13 Mart 2025 19:47
412
CƏMİYYƏT
A- A+
Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir  

Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir  


Avropa Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Brüsseldə müsəlmanlara qarşı nifrət/irqçilik üzrə əlaqələndirmə görüş keçirilir. 15 Mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən tədbirə Avropa Şurasına üzv dövlətlərdən mövzu üzrə ixtisaslaşmış ekspertlər qatılıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən Mərkəzin icraçı direktoru Rəvan Həsənov bildirib ki, İslam mədəniyyətinin bir parçası olan Azərbaycan daim mədəniyyətlər və dinlərarası dialoqda aparıcı rol oynayır. O vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, müxtəlif etnik qruplar, dinlər və mədəniyyətlərin birgə sülh şəraitində yaşadığı məkan olub. Burada İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik və digər dinlərin nümayəndələri bərabərhüquqlu yaşayır, ölkədə dinlərarası tolerantlıq siyasəti yüksək səviyyədə qorunur. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi ilə yanaşı, multikulturalizm və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət həyata keçirir.

O, islamofobiya ilə mübarizədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə də diqqət çəkib. Bildirib ki, dünyada dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək, müxtəlif icmalar arasında dialoqu təşviq etmək Mərkəzin əsas fəaliyyət istiqamətlərinə daxildir. Bu çərçivədə mərkəz İslamofobiya ilə mübarizə istiqamətində mühüm addımlar atır. Beynəlxalq miqyasda İslamofobiya ilə mübarizəyə yönəlmiş konfranslar və forumlar təşkil edir. Belə tədbirlərin keçirilməsində əsas hədəf islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır. Həmin tədbirlərə dünyanın müxtəlif ölkələrindən alimlər, din xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və siyasətçilər qatılır, problemin cəmiyyətə və beynəlxalq münasibətlərə təsirini və həlli yollarını müzakirə edirlər.

Rəvan Həsənov vurğulayıb ki, Azərbaycan hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub, bu siyasətini indi də davam etdirir. Ölkəmiz öz multikulturalizm siyasəti və bu sahədə fəaliyyət göstərən institutları ilə İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb  

10:31
16 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:30
16 Yanvar

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

Qəhrəmanların ömür və döyüş yolu gənc nəsillər üçün örnəkdir

08:55
16 Yanvar

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

08:50
16 Yanvar

Tarixi zənginlik və strateji perspektivlər

08:45
16 Yanvar

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

08:40
16 Yanvar

2026-cı il sülh ili ola bilər

08:35
16 Yanvar

Yeni ildə ilk sifariş Amerikadan gəldi

08:33
16 Yanvar

Qadın sahibkarlara dəstək davam edir

08:30
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!