19 Mart 2026 16:08
407
CƏMİYYƏT
A- A+
Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və İNTERPOL-un birgə təşkilatçılığı ilə Qlobal Dələduzluq Sammiti keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilk dəfə keçirilən Qlobal Dələduzluq Sammiti dələduzluqla mübarizə sahəsində keçirilən ən geniş beynəlxalq platformalardan biri olub və həmin dövlət qurumları, hüquq-mühafizə orqanları, beynəlxalq təşkilatlar, maliyyə institutları, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 100-dən artıq yurisdiksiyanı təmsil edən şəxsləri bir araya gətirib.

Sammitdə Azərbaycanın Baş Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini Vüqar Məmmədzadə və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Orxan Şirinli təmsil ediblər.

İki gün davam edən müzakirələr zamanı mürəkkəb və transmilli maliyyə cinayətləri və geniş dələduzluq sxemləri, kiberdələduzluq, təşkilatlanmış “scam centre” şəbəkələri, cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması, maliyyə axınlarının gizlədilməsi, bu tip vəsaitlərin izlənilməsi və dondurulması, eləcə də qanunsuz əldə edilən vəsaitlərin kriptovalyuta bazarlarına axımı sahəsində müzakirələr aparılıb, həmin cinayətlərin yaratdığı ciddi təhdidlər qeyd olunub.

Sammitdə, həmçinin süni intellekt alətləri, deepfake texnologiyaları, səs və görüntünün saxtalaşdırılması, sosial mühəndislik üsulları və rəqəmsal platformalardan sui-istifadə halları nəticəsində dələduzluğun daha mürəkkəb və təhlükəli xarakter alması xüsusi vurğulanıb, həmin hallarla mübarizədə istifadə edilən metodlar barədə məlumat verilib.

Bununla yanaşı, sammitdə transmilli maliyyə cinayətlərinin araşdırılmasında və təşkilatlanmış cinayətkar şəbəkələrlə mübarizədə beynəlxalq əməkdaşlığın rolu qeyd edilib, həmin şəbəkələrə qarşı birgə aparılan əməliyyatların müsbət nəticələri barədə məlumat verilib və yeni, eləcə də yayılmaqda olan həmin cinayətlərin təkbaşına öhdəsindən gəlinməsinin mümkünsüzlüyü vurğulanıb. Xüsusilə, milli antiscam mərkəzlərinin yaradılması, qarşılıqlı hüquqi yardımın operativ şəkildə həyata keçirilməsi, rəqəmsal sübutların toplanması və real vaxt rejimində məlumat mübadiləsinin aparılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!